Bizə yazın

Uşağı ana südündən ayırma zamanı və üsulları

17.01.2017

Bir vaxt uşağı ana südündən ayırmaq zamanı gəlib çatır. Lakin vacib olan sual: onu nə zaman etmək lazımdır? Həkimlər süddən ayırmağın ən optimal zamanını 2 yaşda olmasını deyirlər. Beləki, iki yaşlı uşağın bədəni artıq möhkəmlənmişdir. Psixoloqlar deyirki; 1 yaşlı uşağın ana südünə tələbatı psixoloji deyil, fizioloji olur. Tez-tez uşaq ana sinəsini, anaya yaxın olmaq məqsədi ilə istəyir. Buna görə də, bu yaşda ana südü ilə qidalanma nəvazişlə, əldə yelləməklə, nağıl oxumaqla, oyunlarla, sevgi ilə əvəz edilə bilər. Körpə üçün ana ilə sıx əlaqə vacibdir!

Hər bir ana uşağını süddən ayırma vaxtını özü həll etməlidir. Ən vacibi odurki, həm ana, həm də uşaq buna psixoliji və fizioloji hazır olsun.

Körpə nə zaman ana südündən ayrılmağa hazırdır?emizdirmeden tergitme

Məşhur pediatr və aparıcı Komarovski uşağın süddən ayrılmaya hazır olmasının bir neçə əlamətlərini müəyyən etmişdir:

  • Körpənin əsas süd dişləri olduğu zaman.
  • Uşaq gündüz rasionunda, əsas 2-3 dəfə adi yeməyin qəbulundan sonra çox qısa müddətli ana südü ilə qidalanırsa.
  • Döşlə əmizdirmə sutka ərzində maksimum 2-3 dəfə olursa.
  • Körpə döş istədiyi zaman, onu oyun və ya başqa məşquliyyətlə yayındırmaq asan olarsa.
  • Körpə döş yemədən yuxuya gedirsə.

Bu əlamətlərin bir çoxu bir yaşlı uşaqlar üçün xarakterikdir.  Belə ki, bir yaşlı uşağı döş əmizdirmədən tərgitdirmək realdır.

Lakin, Dr. Komarovski uşağın ana südündən ayrılmasına hazir olmama əlamətlərini də qeyd edir. Bu əlamətlər zamanı uşağın ana südündən ayırması, uşağı çox zədələyə bilər.

  • Əgər dişlər çıxırsa.
  • Virus və infeksiyaların epidemiyası dövründə. Axı bu dövrdə uşağın immun sistemini ana südü tənzimləyir. Bu ərəfədə ana südündən imtina, bu xəstəliklərin riskini artıra bilər.
  • Stressli vəziyyət zamanı. Əgər uşaq baxçaya gedirsə və ya siz köçürsünüzsə, bu zaman uşaq stress keçirir. Ana südündən ayırma stress vəziyyətini daha da keskinləşdirəcək.
  • Əgər uşaq xəstədirsə. Umumiyyətlə həkimlər xəstəlikdən ən azı bir ay sonra süddən kəsməyi məsləhət edirlər.

İndi isə gəlin uşağın ana südündən tərgitmə üsullarına aydınlıq gətirək.

Mütəxəssislər süddən tərgitməni laktasiyanın involyusiya dövrünə məsləhət edirlər. Bu dövrdə süd istehsalı azalır, onun əvəzinə çox az bulama gəlir. Bir qayda olaraq, involyusiya dövrü uşağın 1 yaşından sonra başlayır. Lakin 1,5-2 yaşda da ola bilər.

Bundan başqa uşağın özünün döşdən imtinasını gözləmək olar. Amma adətən uşaq süddən 2 hətta 3 yaşda imtina edir. Hər iki halda döşlə əmizdirmə uzun zaman davam edə bilər. Uzun müddətli qidalanma qadınlarda narahatlıq doğurur. Bundan başqa, qadınlarda işə və ya səyahətə çıxmaq zəruriyyəti yaranır. Bu zaman laktasiyanı bitirmək və körpəni süddən ayırmağa kömək edəcək metodlar lazım olacaq.

Nənənin metodu

Nənələr uşağı birdən kəsmək və sinəni tənziflə bərk sixaraq bağlamağı tövsiyyə edirlər. Bu üsul körpə ana üçün çox ağırdır.  Belə bir üsul psixoloji zərbədən başqa, sağlamlığa da təsir edə bilər. Laktasiya dayandırmaq üçün qadınlar sinəsini bərk bağlayırlar. Bu isə qəti qadağandır! Toplanmış süd bərkiyə bilər, bu da öz növbəsində döşgəlməyə (mastitə) səbəb olur.

Dərman və tibbisudun azaldilmasi ucun dermanlar ləvazimatlar

Unutmayın ki, həkimin məsləhəti olmadan dərman qəbul etmək olmaz! Dərman vasitələri daha çox laktasiyanı dayandırılması və azaldılması üçündür, bilavasitə uşağı süddən ayıra bilməzlər. Hətta ən məsləhət edilən dərmanı qəbulu zamanı, eyni intensivliklə uşağa döş versəniz, dərmanın xeyiri olmayacaq.
Uşağı döşdən ayırmağın digər populyar üsullardan biri də; döşə xardal və ya boya sürtməkdir.  Lakin bu, uşağın psixoloji durumuna mənfi təsir göstərir. O anaya olan etibarını itirir.

Ana südündən ayırmanın ən təbii və asan üsulu

Lakin hazır olun ki, bu uzun prosesdir — Bu nə involyusiya və nə də uşağın özünün ayrılması deyil. Bu usulda əmizdirmənin tədricən dayandırılması nəzərdə tutulur. Uşağın 1 yaşda olması bu üsulun başlaması üçün əlverişlidir.

 

Ana südündən ziyansız ayırmanın 12 üsulu

  1. Südvermə müddətini azaldın
  2. Qidalanma cədvəlindən əlavə südvermələri ləğv edin. Çox zaman uşaq ana diqqətini cəlb etmək və ya darıxdığı üçün döş istəyir.
  3. O qədərdə zəruri olmayan südverməni maraqlı oyun və ya oyuncaqla əvəz edin.
  4. Gündüz yuxuya yaxın südverməni ləğv edin.
  5. Uşağın rasionuna əlavə yeməklər daxil edin.
  6. Gecə yuxusu əvvəli əmizdirməni ləğv edin. 1 yaşlı uşaq artıq döş olmadan yatmalıdır! Uşağın yatması üçün əlinizdə yellədin, nağıl və ya musiqi oxuyun.
  7. Gecə əmizdirmənin sayını azaldın.
  8. Qapalı geyim geyməklə, sinənizi bağlayınki, körpə yemləmə məmbəyini görməsin.
  9. Körpənizi hər zaman öpün əzizləyin, axı o, çox vaxt diqqət və nəvaziş çatışmamazlığı üzündən sinə istəyir. Bu yolla siz uşağa ana yanındadır deyərək, uşagın özünə inamını artıracaqsız.
  10. Hərdən uşağı nənə və ya atası ilə qisa müddətlik buraxın. 1 yaşlı uşaq ana ilə qisa müddətlik ayrılığa adət etməlidir.
  11. Lazım olduqda döş südünü digər südlü yemlərə dəyişmək olar.
  12. Körpənizi sevdiyi yeməklə əzizləyin və daha çox maye içirdin.

Laktasiya dövrdə olan döş ilə nə edək?

Təbii üsul körpəyə zərər dəymədən onu süddən kəsməyə kömək edəcək. Əgər körpə artıq döşdən imtina edib, lakin süd hələdə gəlirsə.. Kamarovski laktasiyanın bitməsi üçün bir neçə üsullar təklif edir:

  • Az maye için.
  • Laktasiyanı artıran yemək və məhsulları yeməyin. Məsələn bunlara isti şorba və bulyon, tmin,  qara qarağat və qurudulmuş meyvə daxildir.
  • Fiziki fəaliyyəti artırın. İdman və ya təlimlər edin.

Bundan başqa, bir sıra dərman və xalq üsulları mövcuddur. Nanə, adaçayı və cəfəri dəmləmələri süd istehsalını azaldır. Adaçayı kələm kompresi də kömək edə bilər. Süd istehsalını xüsusi həblərin qəbulu da azaldır. Edəcəyiniz hər bir usul barədə həkiminizlə məsləhətləşməniz lazımdır.

 

 

 

 

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az