Bizə yazın

Uşaqlarda bağırsaq qurdu

02.08.2016

İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur. Uşaqlarda,  əksər hallarda, askaridoz (bağırsaq və ağciyər təzahürləri) yaradan askaridlərə və enterobioz (bağırsaq və immun təzahürləri) yaradan bız qurdlara rast gəlinir. Əsas diaqnostika növü əyani diaqnostikadır, yəni bağırsaq qurdlarının ifrazatlarda aşkarlanmasıdır. Əlavə və dəqiq diaqnostika növü immunitetin parazitlərə qarşı gərginliyini müəyyən etmək üçün qanın təhlilidir.

Uşaq bağırsaq qurdlarına necə yoluxa bilər?

Yoluxma bətndaxili qaydada, eləcə də ev heyvanları vasitəsi ilə, həmçinin keyfiyyətsiz qida məhsullarının (ət, balıq, süd, tərəvəz və s.) baş verə bilər. Şəxsi və məişət gigiyenasının pozulması da yoluxmaya səbəb ola bilər.

Uşaqlarda bağırsaq qurdu əlamətləri, bağırsaq qurğu invaziyasının simptomları hansılardır?

Bağırsaq qurduna yoluxmanın simptomlarına bədən kütləsinin çatışmazlığı, anal dəliyinin qaşınması, bruksizm (yuxuda dişlərin xırçıldaması), erkən karies, gecələr tüpürcək ifrazatı (yastığın üzərində yaş ləkələr), səhərlər ürəkbulanma, göbəkyanı nahiyədə səbəbsiz ağrılar, qəbizlik, iştahın pozulması, biləkdə və ombada uzunmüddətli səpkilər (“cadarlar”), gözaltı göyərmələr və dəri örtüyünün ağarması aid edilir. Əgər uşaqda 5-dən artıq bu cür simptom müşahidə olunursa, bu halda bağırsaq invasiyasını ehtimal etməyə tam əsas var.

Bağırsaq qurdları nə ilə təhlükəlidir?

Bağırsaq qurdları güclü çoxhüceyrəli infektdir (infeksiya oyadıcısıdır). Bakteriyalardan və viruslardan fərqli olaraq, parazit – orqanizm və ya orqanizmlər qrupudur, insan bədəni onlara bir “sığınacaq” kimi lazımdır və onlar insan bədənində “məskunlaşırlar”.

Bağırsaq qurdlarının mövcudluğunu müəyyən etmək üçün hansı analizlər aparılmalıdır?

Bağırsaq qurdu invaziyasının mövcudluğunu ifrazatların vizualizasiya və mikroskopik analizi üsulu ilə, eləcə də immunitetin parazitlərə qarşı gərginliyini müəyyən etmək üçün qan analizinin köməyi ilə müəyyən etmək lazımdır.

Bağırsaq qurdları ilə necə mübarizə aparmalı?

Beş və ya daha artıq yoluxma simptomu aşkarlandıqda, ilk növbədə, uşağa tənmizləyici imalə etmək və ifrazatları diqqətlə nəzərdən keçirmək lazımdır. Əgər ifrazatlara nəcis daşları, «qum», «sap», «tük», «corablı» nəcis, çəhrayı və ya ağ rəngli uzun, selikli ipciklər, xırda ağ qurdlar aşklarlanarsa, deməli, uşaq bağırsaq qurduna yoluxub. Uşağın məhz hansı bağırsaq qurduna yoluxmasını müəyyən etmək üçün nəcisin analizi aparılmalıdır. Bununla belə, böyük ehtimalla, tədqiqatın nəticəsi mənfi olacaq – bu halda mütəxəssislər immunitetin qurdlara qarşı gərginliyini müəyyən etmək üçün qan analizinin aparılmasını tövsiyyə edirlər. Bu immun fermenti analizi 15 parazit növünü aşkarlayır və bir gün ərzində aparılır. Əgər analiz nəticəsində bağırsaq qurdunun invaziyası təsdiqlənərsə, müalicəni, ilk növbədə, evdə təmizlik işlərindən başlamaq lazımdır: uşaq evin dəhlizindən və küçə ayaqqabılarının saxlandığı yerdən təcrid olunmalı; yataq dəsti və uşağın alt paltarları tez-tez yuyulmalı və hər iki tərəfdən ütülənməldir. Bağırsaq invaziyasının dərman vasitələri ilə müalicəsini həkim tövsiyyə etməlidir.

Profilaktik qurdqovucu tədbirlərə ehtiyac varmı?

Bəli, profilaktik tədbirlərin görülməsi məqsədə uyğundur – həkimlər ən azı 6 ayda bir dəfə bu tədbirlərin görülməsini tövsiyyə edirlər.

Bağırsaq qurdlarına başqa uşaqlardan yoluxmaq mümkündürmü?

Əgər uşaq sağlamdırsa, onun bağırsaq qurdlarına yoluxma ehtimalı son dərəcə azdır. Sağlam bədəndə helmintlərin inkişafı üçün şərait yoxdur. Bağırsaq qurdu xəstəliklərinin yaranmasına qida çatışmazlığı, eləcə də qidada zülalların və vitaminlərin azlığı səbəb olur. Reallıqda, insanın mədə-bağırsaq traktına, demək olar ki, hər zaman müxtəlif parazitlərin yumurtaları düşür, amma yoluxma və xəstəliyin inkişafı baş vermir. Məktəbəqədər yaşlı uşaqların bağırsaq qurdlarına yoluxmasının qarşısını almaq məqsədi ilə ildə 2 dəfə profilaktik tədbirlərin görülməsi ilə bağlı klassik tövsiyyələr mövcuddur. Amma qurdqovucu preparatlar yüksək toksik təsirə malik olduğundan və yumurtalar təbiətdə hər yerdə mövcud olduğundan (yəni onlara hər yerdə yoluxmaq mümkün olduğundan), bu tövsiyyələr kifayət qədər mübahisəlidir. Bağırsaq qurdu xəstəliklərinin profilaktikası üçün lazımi qaydada qidalanmaq, yeməkdən qabaq əlləri yaxşıca yumaq, mütəmadi qaydada nəm təmizlik işləri aparmaq, yataq dəstinin və paltarın təmizliyinə nəzarət etmək kifayətdir.

Uşaq ev heyvanlarından bağırsaq qurduna yoluxa bilərmi?

Əgər it və ya pişik küçədə gəzdikdən sonra yuyulmamış ayaqlarla evdə gəzirsə, o, küçə zibilində mövcud olan insan parazitlərinin yumurtalarını evə gətirə bilər. İtlərin və pişiklərin özlərinin yoluxduğu bağırsaq qurdları insana keçmir, amma itlər və pişiklər digər parazitik xəstəliklərin yayılmasına səbəb ola bilər – məsələn, pişikdən toksoplazmoza yoluxmaq mümkündür. Evdə ev heyvanları saxladıqda, mütəmadi olaraq evdə nəm təmizlik işləri aparmaq zəruridir.

Bağırsaq qurdlarını kompüter diaqnostikası vasitəsi ilə müəyyən etmək olarmı?

Bir çox qeyri-ənənəvi tibb mərkəzləri orqanizmin vəziyyətinin kompüter biorezonans diqanostikası üçün müxtəlif variantlar təklif edirlər. Bu cür ekspress-diaqnostika üsullarının effektivliyi haqqında rəsmən təsdiqlənmiş məlumatlar mövcud olmasa da, onlar dövlət tərəfindən qadağan edilmir, amma dövlət tibb müəssisələri öz təcrübəsində bu üsullardan istifadə etmirlər. Kompüter biorezonans diaqnostikası insan hüceyrələrinin, toxumalarının və orqanlarının bioelektrik xüsusiyyətlərinin müəyyən edilməsinə əsaslanır ki, bu da, həmin metodikanın tərəfdarlarının fikrincə, patoloji sapıntıları aşkarlamağa şərait yaradır. Orqanizmin maqnit sahələrinin dəyişilməsi bu və ya digər sahədə problemlərin mövcudluğundan xəbər versə də, bu üsul son dərəcə qeyri-dəqiqdir və bir çox hallarda hiperdiaqnostikaya gətirib çıxarır. Daha bir qeyri-dəqiq diaqnostika üsulu alman tibb alimi Reynhold Foll tərəfindən işlənib hazırlanmış Foll elektropunktur diaqnostikasıdır. Bu diaqnostika zamanı insan bədənindəki bioloji fəal nöqtələrdə elektrik potensialı ölçülür (akupunktura). Bu və digər analoji üsullar, əksər hallarda, hətta tamamilə sağlam insanlarda da bu və ya digər parazitlərlə əlaqənin əlamətlərini, parazitlərə yoluxmanın «qalıq əlamətlərini» göstərir. Odur ki, bağırsaq qurdu xəstəliklərinin kliniki simptomları olmadıqda, müalicə aparmağa ehtiyac yoxdur. Kliniki simptomlar mövcud olduqda isə klassik diaqnostika üsullarını tətbiq etmək: qanın və nəcisin analizini aparmaq daha yaxşıdır.

Xalq təbabətinin köməyi ilə uşaqları bağırsaq qurdundan müalicə etmək mümkündürmü?

Əksər hallarda bağırsaq qurdunun müalicəsi üçün balqabaq toxumundan istiafdə olunur, amma kifayət qədər balqabaq toxumunu qabığı ilə birlikdə (bir neçə həftə ərzində, gündə bədən çəkisinin hər 10 kiloqramı üçün 100 qram təmizlənməmiş balqabaq toxumu) yemək uşaq üçün çox çətindir. Odur ki, bu üsul uşaqlara tövsiyyə olunmur. Təzə sıxılmış yerkökü şirəsi də təsirli qurdqovucu vasitə hesab olunur. Bu şirədən, həmçinin, helmintlərə (bağırsaq qurdlarına) yoluxmanın qarşısını almaq üçün də istifadə etmək mümkündür. Bunun üçün uşağa hər gün 50-100 qram təzə sıxılmış yerkökü şirəsi vermək olar. Bağırsaq qurdlarına qarşı ən effektiv üsullardan biri də gigiyenik üsullardır: mənzildəki bütün yataq dəstini dəyişmək, otaqlarda nəm təmizlik işləri aparmaq lazımdır. Əl dırnaqları “kökündən” qırxılmalıdır. Bütün ailə üzvləri hər gün (hətta gündə bir neçə dəfə) paltarlarını dəyişməli, bədəndə kip oturan alt paltarda yatmalı, yuxudan oyandıqdan sonra duş qəbul etməlidir. Helmintlərin həyat müddəti 28 gündür, «özünüyoluxdurmanın» qarşısını aldıqda isə problem bir ay müddətində həll olunur.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan