Bizə yazın

Uşaq tez-tez xəstələnir?

23.01.2017

Uşaq xəstələndiyi zaman hər bir ana narahatlıq keçirir, lakin müxtəlif soyuqdəymə xəstəliklərindən heç kəs sığortalanmayıb. Əslində uşaq xəstəlikləri tamamilə normal haldır. Körpə formalaşmamış imun sistemi ilə dünyaya gəlir və müxtəlif növ infeksiyalarla tanışlıq onun formalaşması üçün vacibdir. Amma bəzi uşaqlar başqa uşaqlara nisbətən daha tez-tez xəstəlnir. İlk əvvəl uşağın niyı tez-tez xəstələnmə səbəbini diqqətlə aydınlaşdırmaq lazımdır.

Tez-tez xəstələnən uşaqlar qrupu

Beləki tez-tez xəstələnən uşaqlar qrupuna daxildir, əgər uşaq il ərzində …

  • 1 yaş – 4 dəfədən çox xəstələnirsə
  • 1-3 yaş – 7 dəfədən çox xəstələnirsə
  • 3 -5 yaş – 6 dəfədən çox xəstələnirsə
  • 5-6 yaş – 5 dəfədən çox xəstələnirsə
  • 6 yaşdan sonra – 4 dəfədən çox xəstələnirsə

Həmçini tez-tez xəstələnən uşaqlar qrupuna, xəstəliyin uzun müddət (2 həftədən çox) davam edən və daimi zökəm, öskürək, soyuqdəymə əlamətləri olan uşaqlar daxildir.

Tez-tez xəstələnməyin səbəbləri

Valideynlərə başa düşmək lazımdır ki, bir sıra amillər vardırki, onlar birbaşa uşağın immun sisteminin zəifləməsinə səbəb olur;

  • Hamiləliyin patologiyası və ağır doğuş;
  • Mənzildə pozulmuş mikroiqlim  (çox quru hava, temperatur + 20-22 ° C), havaya uyğun olmayan həddindən artıq isti geyim;
  • Fiziki fəaliyyətin azlığı;
  • Balanslaşdırılmamış qidalanma. Həmçinin körpənin ana südü əvəzinə qarışıq yemlərlə qidalanması imun sistemə mənfi təsir göstərir;
  • Müntəzəm gəzintinin olmaması;
  • Allergik reaksiyalar;
  • Orqanizmdə infeksiyanın mövcudluğu;
  • Uşaq iştirakı zamanı baş verən mübahisələr, uşaqda nevrozun yaranmasına səbəb ola bilər, bu da bədənin qoruyucu imkanlarını azaldır. 
  • Valideynlərin zərərli vərdişləri uşaq sağlamlığına birbaşa zərbə vurur. Sübuta yetirilibki, siqaret çəkən valideynlərin uşaqları, çəkməyən valideynlərin uşaqlarına nisbətən daha çox ağciyər xəstəliklərinə tutulurlar. Məsələ ondadır ki, siqaret tüstüsü yuxarı tənəffüs yollarının selikli qişasının qoruyucu seliyini qurudur və buda seliyin miqdarı azalır. Seliyin tərkibinə infeksiyanın daxil olması yolunda ilk səddi rolunu yerinə yetirən maddələr daxildir. Seliyin azalması nəticəsində mikroorqonizmlər selikli qişanın daha dərin qatlarına daxil ola bilir. Ona görə də, siqaretdən imtina valideynlər və uşaqlar üçün çox faydalı olar.

Bunlar uşağın səhhətində yaranan problemlərin əsas səbəbləridir. Bu səbəblər olduğu zaman uşağın immun sistemi zəifləyir və uşaq daha tez-tez boğazgəlmə, bronxit, soyuqdəymə  və digər xəstəliklərlə mübarizə aparmalı olur. Burada mütləq imun sisteminin möhkəmləndirilməsinə lazımi diqqət yetirmək lazımdır.

İmmun sistemi həyat şəraitindən asılıdır!

  • Uşaq otağı əsasəndə yatan zaman sərin və nəmli olmalı
  • Küçədə uzun gəzintilər olmalı.
  • Uşaq otağında toz yığının olmaması üçün minimal əşyalar qoyulmalıdır. Üstəgəl müntəzəm yaş təmizləmə otaqda mikrobları və toz gənələrinin sayını azaltmağa imkan verəcək.
  • Tam balanslaşdırılmış qidalanma. Fast-fuddan və tərkibində böyük miqdarda konservant, boya maddəli qidalardan imtina.
  • Gündəlik uşağın yaş və hər kq-na görə təxmini  80 ml-e qədər sadə su içirməli. Şirin qazlı sulardan imtina etmək, əvəzində kompotlar, meyvə şirələri  və ya çay içmək.
  • Havaya görə geyim.
  • Sağlamlıq və fiziki inkişaf üçün idman.
  • Şəhərdən uzaq yay tətili.

Niyə uşaq bağçada tez-tez xəstələnir?

usaq bagcada tez-tez xestelenir

Bir çox valideynlər soyuqdəymənin daha çox uşağın məktəbəqədər müəssisəyə göndərilməsindən sonra başlamasını hiss edirlər. Uşaq balaca yad mühit və yeni viruslar ilə görüşür. Bu zaman uşaqların immun sistemi rast gəldiyi xəstəliklər vasitəsilə bilavasitə məşq edir. Xəstəliklərin müddət tezliyini azaltmaq üçün, hər bir xəstəliyi tam sağaltmaq vacibdir. Sağalma dövrünə diqqət yetirmək daha önəmlidir, yəni kollektiv ziyarətinə tələsməmək lazımdır. Əgər körpə bronxitə məruz qalıbsa və artıq  dəfələrlə ağ ciyər iltihabı diaqnozu təyin edilirsə, onda bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Bu halda yalnız təcrübəli pediatr uşağın niyə tez-tez xəstələnməsini izah edəcək və lazımi tövsiyələr verə biləcək.

Əgər uşaq tez-tez xəstələnirsə, ne edək?

Əgər uşaq tez-tez xəstələnirsə, yuxarıda deyildiyi kimi uşağın immun sistemini qaldırmaq lazımdır. Xroniki xəstəlikləri müalicə etmək vacibdir, xüsusilə də burun-boğaz orqanlarının patologiyası: Xroniki tonzilit, sinusit, (qaymorit, frontit) adenoidlər. Tez-tez xəstələnən uşaqların valideynləri həkimə (pediatr, qastroenteroloq, immunoloq) müraciət etməsi lazımdır. Zəifləmiş immun sisteminin səbəbini aydınlatmaq üçün müəyyən  qan, nəcis analizlərindən keçmək lazımdır. Bəzən kəskin respirator xəstəliklər nəticəsində xüsusi analizlərdən keçilə bilər. Tez-tez xəstələnən uşaqların müalicəsi üçün  dərman preparatları, vitaminlər, adaptogenlər, biogen stimulyatorlar, spesifik preparatlarla terapiyadan istifadə oluna bilər.

Hər bir halda özbaşına müalicə yolverilməzdir, mütləqdirki həkim pediatrla meslehetləşəsiz!

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan