Bizə yazın

Uşaq dişlərini xırçıldayır?

17.06.2017

Təxminən hər üçüncü-beşinci uşaq yatarkən dişlərni xırçıldayır. Tibbi statistika belədir, amma bir çox mütəxəssislər hesab edirlər ki, epizodik olaraq bunu demək olar ki, bu hər bir uşaqda olur. Həkimlər bu halı «bruksizm» adlandırır, yunan tərcüməsində elə «dişləri xırçıldamaq» mənasındadır. Bruksizm xəstəlik və ya hansısa patologiya deyil, lakin bu hal normalda insana xas olan hal deyil. Bruksizm haqqında deyirlər ki, əgər çeynəmə əzələlərinin qeyri-ixtiyari sıxılması baş verirsə, nəticədə insan öz iradəsindən asılı olmayaraq, çənəsini sıxır və dişlər sürtülərək xırçıltı səsi verir. Bruksizm yaşlı əhalinin arasında da rast gəlinir, lakin ona daha çox uşaqlar meyllidir, xüsusilə oğlanlar. Bu hal adətən gecə yatarkən baş verir.

Gəcə yuxusu zamanı uşaqların diş xırçıldama səbəbləri

Bruksizmin mexanizmi tibbdə yaxşı məlumdur, lakin onun yaranma səbəbləri isə alimlər üçün qaranlıq qalır. El arasında inam mövcuddur ki, guya əgər uşaq gecələr dişlərini xırçıldayırsa, bu bağırsaqda qurdun olmasının əlamətidir. Lakin həkimlər bu yanlış fikirlə razı deyillər. Əgər körpədə qurd varsa, burada diş xırçıltısının heç bir aidiyyatı yoxdur.

Bruksizm — çeynəmə əzələsinin yüksək tonusda olması, sinir və emosional yüklənməsi zamanı yaranır. Bildiyimiz kimi uşaqların sinir sistemi qeyri-sabit, asan dəyişəndir; çox vaxt biz böyüklərin, elədə önəm vermədiyimiz hadisələr və sözlər uşağı tez zamanda təsirləndirir. Uzun illərdir bruksizmi öyrənən alimlər belə qənaətə gəliblər ki, onun yaranışının xaraxteri uşaqlara görə fərqlənə bilər. Onlar uşağın dişinin xırçıldamasının bir neçə mümkün səbəblərini təyin ediblər:

  • Stress vəziyyəti. Emosional səslər, böyük psixi yük, həddən artıq yorğunluq. Bütün bu amillər sinir sisteminin tarazlıq vəziyyətindən çıxarda bilər ki, bu da saysız-hesabsız müxtəlif nəticələrə (bruksizmə) çevrilir.
  • Süd dişlərinin dəyişməsi və ya yeni dişlərin çıxması. Bütün valideynlərə aydındır ki, uşaqlarda diş çıxarma prosesi, damaqda diskomfort, ağrı və qaşınma ilə müşayiət olunur. Uşaqlar damaqlarını qaşımağa çalışarkən, dişlərini xırçıldada bilir. Onun ikinci kəskinləşmiş səbəbi — süd dişlərinin kök dişləri ilə əvəzlənməsi dövrüdür. Elə buna görədə adətən məktəbəqədər və erkən yaşda olan uşaqlar dişlərini xırçıldayır.
  • İrsiyyət. Müşahidə edilibki, dişlərini xırçıldayan və ya uşaqlıqda bunu edən valideynlərin uşaqları bu «zərərli vərdişi» çox vaxt irsən alırlar. 
  • Orqanizmdə qida maddələrinin defisiti. Bəzi alimlər hesab edirlər ki, bruksizm, uşağın orqanizmində kalsiumun və bəzi digər maddələrin (amin turşuları, maqnezium, B vitamin qrupu) çatışmazlığı nəticəsində yaranır.
  • Yuxunun pozulması təzahürü. Bəziləri hesab edir ki, bruksizm digər  somnambulizm, lunatizm, xoruldama, gecə yerini islatma və s. kimi yuxu pozğunluğunun əlamətidir.
  • Çənə oynağının iltihabı. Bu səbəb tez-tez rast gəlinmir, lakin əgər uşaqda çənə oynağı  iltihabı varsa (yeri gəlmişkən, valideynlər bunu hətta şübhələnməyə bilər) o, böyük ehtimalla dişlərini xirçıldadacaq.

Bəzən balacalar, onlara anlaşılmayan hisslərə (qulaq tixanı və ya ağrısı, çətin nəfəsalma)  cavab olaraq, dişlərini xirçıldayır. Belə fikir də mövcuddur ki, uşaq, vərdişsizlikdən ilk dişlərini xırçıldayır. Bu yolla o, ağız dəyişikliklərini öyrənir.

Gün ərzində uşaqların diş xırçıldama səbəbləri

Bruksizm zamanı çənə əzələlərinin gərginliyi qeyri-ixtiyari baş verir, yəni insan onu bilərəkdən deyil, özündən asılı olmayaraq edir. Valideynlər bunu daha çox uşaq yatarkən, gecə saatlarında eşidir. Amma bəziləri qeyd edirlər ki, uşaq gündüz də dişlərini xırçıldayır. Ola bilər ki, o sadəcə şıltaqlıq edərək, öz dişləri və damaqlarının imkanlarını öyrənir. Bu halda, o anlamadan onun diggətini başqa səmtə (heyvan səslərini yamsılama oyunu yaxşı kömək edir) yönəltmək tövsiyə olunur.

Mütəxəssislər hesab edirlər ki, gündüz bruksizm təzahürləri diş çıxarma və bununla bağlı xoşagəlməz hisslərin nəticəsində yaranır. Bəziləri isə körpələrdə bunun yaranma səbəbəbini, bəzi körpələrin qeyri-ixtiyari hər şeyi ağzına alıb, gəmirmək adəti ilə yaranmasını deyir.

Həm də sinir zəmində də uşaq çənəsini bilmədən sıza bilər. Yeri gəlmişkən, fikirlər var ki, belə hal çənə sümüyü kifayət qədər yüklənməməsi nəticəsində gərilir. Bu halda gündüz saatlarında uşağın çənə sümüyünü yükləmək, məsələn, ona bərk çiy tərəvəz və meyvələr, qoz çeynəmək vermək tövsiyə olunur.

Müalicə üsulu varmı?

Bruksizm bir xəstəlik olmadığı üçün hansısa müalicə haqqında da danışmağa ehtiyac olmur. Bununla belə,  uşağın dişlərini xırçıldaması ilə bağlı müxtəlif həkimlər müxtəlif tövsiyələr verir. Ümumiyyətlə, əksər hallarda bruksizm asan şəkildə keçir gedir və yalnız uşaqların 4% -i, bu vərdişi böyük yaşda davam etdirir. Bəzən onun təhlükəsi  olmur. Amma bəzən bruksizm — dişlərin sınmasına, diş emalının korlanmasına, qulaq bölgəsində ağrılara, elecədə gecə rahatlığının pozulmasına səbəb olur. Çənə bölgəsinin iltihabını yalnız mütəxəssis aşkar edə bilər.  Əgər bu  sahədə heç bir pozğunluq yoxdursa, onda bütün diqqətimizi əsasən, uşağın emosional psixiki vəziyyəti üzərinə yönəltmək lazımdır. Çox vacibdir ki, onu heç şey narahat etməsin: istənilən həll olunmamış münaqişə, qorxu, həyəcan, problemlər həll edilməlidir.

Əgər Siz uşağın dəqiq heç nə ilə narahatlıq keçirmədiyinə əminsizsə, o zaman, onun axşamları necə keçirməsini izləyin. Yuxuya bir neçə saat qalmış televizor baxışını, kompyuter və telefon oyununu, istənilən stressi, fiziki və emosional fəallığı (hətta müsbət yaşanan emosiyalar gecə saatlarında uşağı həyəcanlandıra bilir) çıxarmaq lazımdır. Vacibdir ki, balaca yatağa yaxşı əhval-ruhiyyədə getsin. Uşağın yuxusu maksimum dərəcədə sağlam və faydalı olması üçün, otağının havasını yuxu öncəsi dəyişilməli və əgər mümkündürsə, nəm təmizlik işləri edilməlidir.

Gecə yuxuda daim dişlərini xırçıldayan uşaq, səhəri özünü yorğun və əzilmiş hiss edir, onun başı ağrıyır, qulaqları uğuldayır, pis əhval-ruhiyyədə olur. Gün ərzində yüksək sinir qıcıqlanmasının nəticəsində, o yenə gərilir və gecə yuxusu zamanı yenidən dişlərini sürtməyə başlayır. Bu yanlış dövrü yalnız valideynlər poza bilər. Lakin əgər  siz, uşağın heç bir səbəbdən, hər gecə tez-tez, uzun müddət ərzində dişlərini xırçıldamağını müşahidə edirsizsə, onda yəqin ki, kömək üçün mütəxəssislərə müraciət etmək lazım gələcək.

Pediatr Yevgeni Komarovski

Ümumilikdə məşhur pediatr Yevgeni Komarovski valideynləri, briksizm müalicəsi ilə çox məşqul olmamağa çağırır. Beləki onun sözlərinə görə bu qorxusuzdur və müvəqqəti xarakter daşıyır.  Bu halın uzun müddət davam etməsi səbəbi ilə həkim pediatr, uşağa əlavə kalsium preparatlarının qəbulunu, ortodont — gecələr xüsusi ağac fırının taxılmasını (güclü sürtülmə zamanı diş emalının korlanmasının qarşısını alır) məsləhət edə bilər.
Qalan şeylərdə Komarovski müasir uşaq həkimiləri və terapevtləri ilə həmfikirdir. Bu gün dəqiqliklə uşağın diş xırçıldama səbəbinin nə olduğu məlum deyil. Amma bunun düz bağırsaq qurdularına heç bir aidiyyatı olması dəqiqdir!

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az