Bizə yazın
[contact-form-7 404 "Not Found"]

Uşağın yaddaşını yaxşılaşdıran qida məhsulları

15.03.2018

Balanslaşdırılmış qidalanma, sağlam yuxu, təmiz havada gəzinti və istirahət – uşaq sağlamlığının təminatıdır. Qida rasionu onun əqli qabiliyyətinin, yaddaşını və intellektinin formalaşmasında mühüm rol oynayır. Əgər uşağınızın hər bir məlumatı tez bir zamanda mənimsəməsini istəyirsizsə, qida rasionuna, beynini inkişaf etdirən qida məhsulları daxil edin.

Mütəxəssislərin rəyinə görə, beynin düzgün işləməsini təmin etmək üçün yaxşı oksigen və su qaynağı lazımdır. Qeyd etmək lazımdır ki, uşağın intellektual inkişafı üçün sink, dəmir və yod kimi elementlər lazımdır. Sink beyin hüceyrələrini zərərli təsirlərdən qoruyur, maddələr mübadiləsinə təsir göstərir, yaddaş və diqqət konsentrasiyasına cavabdeh olan zülalların sintezinə nəzarət edir. Dəmir beyin hüceyrələrinə oksigeni təmin edir. Dəmir çatışmazlığından əziyyət çəkən uşaqlar adətən diqqətsiz, passiv və unutqan olurlar. Yod uşağın zəka qabiliyyətlərinin inkişafı üçün vacibdir.

Balıq və dəniz məhsulları

Somon və qızılbalıq omeqa-3 yağ turşuları ilə zəngindir. Dəniz məhsulları tərkibində beynin məhsuldar işi üçün kifayət qədər lazım olan yod və fosfor var. Bu maddələr sayəsində uşağın yaddaşı yaxşılaşır, tez bir zamanda məlumatı mənimsəyir, diqqət qabiliyyətini artırır.

Yumurta

Beynin hüceyrələrinin normal fəaliyyət göstərməsi üçün, xolinə ehtiyac duyulur. Xolin beyinə daxil olduqda asetilxolinə çevrilir. Asetilxolinin aşağı səviyyədə olması, yaddaş itkisi və unutqanlığa səbəb ola bilər. Xolin yumurta sarısında yerləşir. Səhər yeməyi üçün göyərtili omlet, yalnız uşağın enerjisini deyil, beyin işini də artıracaqdır. Xolin, qara kürü, dana qaraciyəri, gülkələmi və mərcimək kimi məhsulların tərkibində də vardır.

Qoz

Qoz B3 vitamini və dəmir ilə zəngindir. Bu maddələr yaddaşın saxlanılmasında iştirak edir. Onun tərkbində beyni zərərli təsirlərdən  mühafizə edən antioksidantlar vardır. Bundan əlavə, qoz əhval-ruhiyyəni qaldırır, yorğunluq və gərginliyi aradan azaldır

Giləmeyvə

Demək olar ki, bütün giləmeyvələr; Moruq, çiyələk, böyürtkən, qaragilə və s. antioksidant tərkiblidir. Buna görədə bir çox xəstəliklərin o, cümlədən xərçəngin də qarşısını alır. Giləmeyvələr beyinin fəaliyyəti üçün çox faydalıdır – onlar yaddaşı yaxşılaşdırır, məlumatı tez mənimsəməsinə kömək edir, qıcıqlanma və şıltaqlığı aradan qaldırır. Amma qaragilə, nəinki yaddaşı yaxşılaşdırır, həm də zəif görmə ilə mübarizə aparmağa kömək edir. 

 

Limon

Limonlarda unutqanlığa mane olan böyük miqdarda askorbin turşusu var. Antioksidantlar, beyin hüceyrələrini məhv olmadan qoruyur.  Elmi cəhətdən sübut edilib ki, bir dilim limon diqqəti cəmləyib, məlumatı havada tutub mənimsıməsinə kifayət edir. Buna görə də, əgər uşağınızın sitrus meyvəsinə əks (alergiya) göstərişi yoxdursa, onun çayına bir kiçik dilim limon (yaşıl limon daha yaxşı olar) əlavə edə bilərsizniz. Nəzərinizdə saxlayın ki, hər bir qida məhsulunu uşağa verərkən, onun alergik reaksiyasını izləmək vacibdir.

Əks göstəriş olarsa, həkim pediatrınız ilə əlaqə saxlamağınız lazımdır.

 

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az