Bizə yazın

Uşaqlarda pis vərdişlər

02.05.2017

Böyük barmağın əmməsi, dırnaqların yeyilməsi, oturacaqda yellənmə, belini bükmək, həddən artıq əl-qol hərəkətləri etmək, oğurluq və s. kimi vərdişlərin heç bir təhlükəsi yoxdur, lakin zaman keçdikcə uşaq ətrafdakıların gülüş mənbəyinə çevrilə bilər. Əgər vərdişlər böyük olarsa, bu həyat üçün ciddi maneə olur. Bütün bu hərəkətlər boş yerə deyil, vərdişlər uşağa həyacanının öhdəsindən gəlməyə kömək edirək, həyatında mühüm rol oynayır.

Zərərli vərdişlərdən qurtulmaq çətindir, çünki belə hərəkətlər uşağa zövq verir və eyni zamanda ehtiyac duyduğu, böyüklərin diqqətini cəlb etdirir. Əgər siz bu vərdişləri uşağa  hirslə, danlayaraq, qışqıraraq, cəzalandıraraq qadağan etməyə çalışsanız, uşağın daxili gərginliyini gücləndirərək, vəziyyəti daha da çətinləşdirə bilərsiz. Hətta, əgər siz bu yolla bir vərdişdən qurtula bilsəniz, çox tezliklə digər başqa bir vərdişin yaranmasının şahidi olacaqsınız. Pis vərdişlərə yanaşma çox həssas olmalıdır. Bunların öhdəsindən gəlmək üçün xeyli vaxt və səbr lazımdır. Nəticənin tezliyinə tələsməmək, ən vacib şərtlərdəndir.

Pis vərdişdən necə qurtulaqzərərli verdisler?

  1. Ən əsas və ən mürəkkəbi olan: vərdişin nəyi xarakterizə etməsini, çatışmazlığı və uşağa nə verdiyini ( adətən sakitlik, hirsin ifadəsi, diqqətin cəlb edilməsi və müdafiə) anlamaqdır. Və elə etməliyik ki, uşağın təlabatı pis vərdişlərə çevrilməsin.
  2. Uşağınıza daha çox diqqət ayırmağa çalışın. Onun bunu etməməsi üçün, onu sakitləşdirməyə çalışın.
  3. Vacibdirki, qadağanlarınız çox olmasın. Və qadağan olunan hərəkətə reaksiya hər zaman eyni olmalıdır. Əgər bu, bu gün olmazsa, demək sabah, 5 gün sonrada olmaz!
  4. Çalışınki, hər ikinizə zövq verəcək, yeni maraqlı məşğuliyyət tapasız. Yaxşı olarki, bu çox insan olan yerdə və uzun məsafəli yerdə olmasın. Məşğuliyyət nə qədər sakit olarsa, bir o qədər pis vərdişin unudulma ehtimalı var.
  5. Demək lazımdır ki, zərərli vərdişlər — ailədə hansısa problemin olmasına bir işarədir. Onda gərək bu vəziyyəti oynayaraq, rəsm çəkərək, müzakirə edərək təhlil etmək lazımdır.
  6. Zərərli vərdişlərə görə danlamaq, utandırmaq, tez-tez ona diqqət yetirmək olmaz.
  7. Məzəmmət, təhdid, cəzalardan imtina etmək yaxşı olardı.
  8. Qəzəbini gizlətməyi qadağan etməyin, əksinə qəzəbini ifadə etməyi öyrədin.
  9. Uşağa digər şeylərdən həzz almağı öyrədin.
  10. Hər bir vərdişin mənfi cəhətini izah edin: Əllərində çoxlu sayda mikrob var. Sən əlini ağzına qoyduqda, o mikroblar qarnına gedib, qarnını ağrıdacaq!

Əsas olaraq, əgər uşağın pis vərdişləri varsa, ona narazı, hirsli üzlə yox gülümsəyərək cavab verin.

Yenə edirsən, əzizim! Gülümsəyirik! Bu həqiqətəndə möcüzəli şəkildə kömək edir!
 

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan