Bizə yazın

Uşaqlarda 3 yaş böhranı

10.12.2016

Çox analar deyirki, 3 yaşdan sonra elə bilki uşağı dəyişiblər. Həyatsevən ağıllı uşaq, çox tərs və şıltaq bir uşağa çevrilir. Uşaq üçün qaçılmaz 3 yaş böhranı gəldisə, onunla necə mübarizə aparmaq olar? Bu asan olmayan dövrdə valideynləri nə gözləyir?

Üç yaşda uşaq artıq digər şəxslərdən özünü fərqləndirə bilir və o müstəqilliyini ifadə etməyə çalışır. Bu böhran zamanı uşağa kömək etmək lazımdır.O başa düşməlidirki siz yalnız onun anası deyil, həmdə onun əsl dostusunuz, onun bundan sonrakı davranışlarında düzgün qərarında kömək edəcəksiniz.

Bu böhranın müddəti nə qədər ola bilər?

Böhran — psixoloqiyada şərti bir anlayışdır. Və onun heç bir sərhədi ola bilməz. Adətən məktəbəqədər uşaqlarda bu böhran 2 yaş yarımdan başlayıb, 4 yaşa kimi davam edə bilir. Yaş böhranı — Bu uşağın psixoloji inkişafında təbii haldır.

Böhranın 7 əsas əlamətləri

Psixoloqlar bu böhranı 7 əlamətə bölürlər.

  1. Neqativizm — Burada uşaq hər zaman hər şeyin əksini deyəcəkdir. O  öz mənlini göstərmək üçün günəşə yaşıl, ağaca qızmızı deyəcəkdir.3 yas krizisi
  2. İnadkarlıq — Uşaqlar qəbul edilən qərarı dəyişməkdə israrlı olurlar. Ona görə yoxki, o həqiqətən bunu istəyir. Əsl səbəb; onlar bunu istədilər amma bilirlərki qərar dəyişməzdir. «Bəli, mən məhz belə istəyirəm!» Bəzən bu kimi inadkarlıq hücumları gün ərzində 20 dəfəyə kimi təkrarlana bilər.
  3. Tərslik — Uşaq valideynlərinin heç bir tələbi ilə razılaşmaq istəmir. «Mən oyuncaqlarımı yığmaq istəmirəm» Halbuki əvvəllər belə etməzdi.
  4. Özbaşınalıq — Böhran zamanı müstəqil olmaq həvəsi gülünc formaya gətirib çıxarır. «Mən özüm evi siləcəyəm» Burada o hec ev işlərində anlayışı yoxdursa belə əsas vacibbiyyət «Mən özüm!»
  5. Etiraz — Adətən valideynlər bu anda uşaqların onlara lağ etməsini düşünürlər. Ona oyuncağı verirsən — o yerə atır, sevdiyi yemeyi verirsən — sevməz kimi davranır. Amma əgər onun istədiyinə əməl etməsən, o qışqıracaq, ağlayacaq və ya özünü yerə vuracaq.
  6. Dəyərsizləşmə — bütün əşyalar, hətda sevdiyi oyuncaqları belə uşağın gözündən düşür. Sevimli nənə belə darıxdırıcı və maraqsız olur. Hətta əziz anasına belə qışqıra bilir.
  7. Məcburiyyət — Uşaq ətrafındakıları onun dünyası ilə idarə etməyə çalışır. Məsələn, o anasına mağazaya gedib, ona dondurma almağı əmr edə bilər.

Böhranı nə gətirir?

Özbaşnalığın , tərsliyin yaranmasının səbəbi odurki, uşaq artıq özünün müstəqil gücünün olmasını başa düşür. Yeri gəlmişkən, valideynləri ilə münasibətlərin kəskinləşməsi pis xarakterin təzahürü deyil, bu  ailədə avtoritar modelinin tərbiyəsindən irəli gəlir: şəxsi təşəbbüskarlıq və sərbəstliyə hər zaman inkarlıq etmək, tez-tez qadağalar və ya cəzalar etmək. Valideynin uşağı himayəsində daha sıx saxlaması, sərbəstliyə buraxmaması krizisin uzunmüddətliyinə birbaşa təsir edir.

Uşaqlarda yaş böhranının olması yaxşıdırmı?

Bu çətin dövr tək valideyn ilə konfliktləri xarakterizə etmir. Bu dövr həmçinin uşağın yeni keyfiyyətlərinin yaranması ilə xarakterizə edilir. Məsələn «Mən edə bilirəm, istəyirəm və özüm edəcəm!». Hərdən elə gəlirki uşaq valideynlərin bütün rəylərini inkar edir. O hirsli vəziyyətdə ayaqlarını yerə döyür, oyuncaqları ilə bölüşmısini inkar edir, yatmaq əvəzinə oynamağa davam edir, ananın otaqda olmasını belə qəbul etmir. Əgər bu anda valideyn öz istədiyinə zorla nail olmaq istəsə, o zaman qəti etiraza səbəb olacaq. Amma düşünməyinki uşaq bunu elə belə edir. O diqqətlə ananın reaksiyasını izləyirki, icazə sərhəddinin hara kimi olduğunu anlasın. Anadan hərəkətlərinə cavab alan uşaq, emosiyalarını düzgün ifadə etməyi, maraqlarını düzgün göstərməyi, kompromisə girməyi öyrənir.

Valideyn davranışı necə olmalıdır?

Günlük cədvəl qurun. Uşaqlar ciddi nizamlı bir dünyada yaşadıqlarını bilməlidirlər. Səhər o durur, ananın hazırladığı geyimi geyinir, əlüzünü yuyur, səhər yeməyini edir və bağçaya gedir. Axşam da onu müəyyən ritual gözləyir: axşam yeməyi, 1 cizgi filminə baxmaq və ya oyuncaqlarla oynamaq, oyuncaqlarını yığmaq və yatmaq. Burada uşaq əmindirki sabahda hər şey sakit olacaq.

Mənalı qadağa sistemi qurun. Qadağalar həddən artıq olmamalıdır. Lakin onlara riayət edilməlidir. Uşaq bilməlidirki, onun sağlamlığına, həyatına zərər verə biləcək əşyalara toxunmamalıdır. Məsələn, o mütləq bilməlidirki; alışqanla oynamaq, yola qaçmaq, ütünü elektrikə keçirmək və s. ona qadağandır.  Yadda saxlayınki, uşaq sizi mütləq yoxlayacaqki, sizin qadağaları pozmaq olarmı. Bəlkə dünən qadağan  edilmiş əşya, bu gün icazə verilir. Ya da ata ananın qadağansını pozacaq və istədiyinə icazə verəcək. Burada yalnız birlik və qətilik — evdə hər kəsə mütləqdir!

Ciddi məsələləri həmişə özünüz həll edin, uşağa isə alternativ təklif edin. Məsələn: Həyətə düşək gəzək.  — Ləman nə götürək özümüzlə, kuklanı ya velosepedi?

Onun özünü müstəqil şəxs kimi hiss etməsi üçün onun vəzifə və hüquqlarını genişləndirin. Ona sadə tapşırıqlar verin və ondan ən sadə məsələlərdə kömək istəməkdən qorxmayın. Məsələn qaşıqları stola düzmək, gülləri sulamaq, pişiyə yemək vermək və s.3 yas bohrani

Nələri etməyə dəyməz?

  • Uşağa qışqırmaq, cəzalandırmaq, vurmaq, zorla istədiyinizi etdirmək olmaz. Bu kimi qəddar davranış yalnız bu dövrü gərginləşdirər və eyni zamanda müddətini uzadar.
  • Uşağın sərbəst edə biləcəyi işi, siz etməyə çalışmayın. Amma çətin tapşırıq da verməyin. «Mən özüm» deməyinə baxmayın, axi o hələ müstəqilliyi yeni öyrənməyə başlayır.

Uşağın gələcəkdə istədiyinə inadkarlıqla nail olması, müstəqil şəxs olmasına təşəbbüslü olması, sizin bu 3 yaş böhranı dövründə davranışınızdan çox aslıdır. Əlbəttə ki, onun bütün şıltaqlıqlarına göz yummaq olmaz. Amma hər xırdalığa görə də cəzalandırmaq olmaz. Əgər sizin səylərinizə baxmayaraq, böhran dövrü hələdə davam edirsə, uşaq psixoloquna müraciət etməkdən çəkinməyin.

 

 

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az