Bizə yazın

Uşaqların tərbiyəsində cəza faktoru

07.03.2017

Fiziki cəza metodu – bir çox valideynlər üçün ən asan gələn və ən rahat yoldur. Axı qəzəbi göstərmək hər bir insan üçün təbiidir, amma lazımi məqamda özünü saxlamaq, sakitcə uşağa yalnışlığını izah etmək bacarığı, onun diqqətini çevirmək, ona anlayış və hörmət göstərmək – valideynlər tərəfindən ciddi səylər tələb edir. Çox təəsüfki, valideynlər fiziki cəzadan qalan fəlakətli nəticələri dərk etmirlər. Gəlin birlikdə bunun nəticə və üsullarına aydınlıq gətirək.

Fiziki cəza uşağa necə təsir edir?

Daim fiziki cəza görən uşaq, etdiyi səhv hərəkətdən deyil, məhz valideynin verəcəyi cəzadan qorxur. Yəni, böyüklər yalnız indi uşağın hərəkətinlərinə nəzarət etmək imkanına malikdirlər, amma yalnız qorxutmaq yolu ilə, hansıki bu qorxu hissi sonra bütün ömrü boyu onu təqib edəcək. Sevdiyi, aslı olduğu insana qarşı olan sistematik qorxu, uşaqda nevroz yaradır. Nəticədə, bu mütləq ətraf ilə yaxın münasibətlər qurmağa, özünə inamın yaranmasına ciddi təsir göstərəcək. Bildiyimiz kimi bu keyfiyyətlər insanın müvəffəqiyyətinə təsir edən başlıca keyfiyyətlərdir.
Beləki uşağı vurmaq – valideynlərin öz qəzəbini, qeyri-adekvat davranışını nəzarət edə bilməməsinin nəticəsidir. Bundan başqa yadda saxlayınki, valideynlər belə qəbuledilməz davranışı və mənfi hisslərə nəzarət edə bilməməsi ilə uşaqlara nümunə olurlar.

Unutmayın ki, uşağı alçaltmaq və təhqir etmək, heç bir halda olmaz!

Uşağa qarşı zorakılıq istifadə edərək, böyüklər güclü olma hüququndan istifadə edirlər. Bir qayda olaraq, bu yolla tərbiyə effekti əldə olunmur. Bu anda balaca nə üçün cəzalandığını başa düşmür, başa

düşdüyü odurki “Güclü haqlıdır”. Bir qayda olaraq, bu tezis zəif uşaqlar və ya heyvanlar üzərində həyata keçirilir. Və bu tezis tezliklə onun da davaranışında özünü göstərəcək.

usagin cezalandirilmasi

Belə cəzaların psixoloji təsirləri çox müxtəlif ola bilər. Uşaq nə qədər kiçikdirsə, bir o qədər çox ehtimal varki, döyülmənin nəticəsində uşaqda fiziki, psixoloji, nitq inkişafının ləngiməsi və nevroz yaranır. Növbəti cəzanın nə zaman olacağını bilməməsi, uşaqda baş ağrı yaradır. Belə bir uşağa oyunda və məktəb dərslərində fikrini cəmləşdirmək çətin olur, çünki o daim ona hücumun olacağını gözləyir.
Amerika psixoloqu Kambell fiziki cəzanı ona görə tövsiyyə etmirki, o uşaqda vicdan formalaşmasını pozur. Cismani cəza onu alçaldır. Tez-tez cəzanın nəticəsində, uşaq əmin olur ki, bu yolla xətasını bağışladır. Bu cür onda sağlam vicdan, günahkar hissi formalaşmır. Hansıki, bu hiss olması, onun daxili dəcəlliklərini məhdudlaşdırır. Bunun əvəzinə isə cəza qorxusu yaranır. Və cəzanın daha bir mənfi tərəfi: Uşaq belə başa düşür ki, insanlara aqressiv müraciət etmək normal və düzgündür. Nəticədə, o da öz uşaqlarını bu cür tərbiyə edəcək.

Uşaqları düzgün cəzalandırma üsulları

Cəza necə olmalıdır? Heç bir halda fiziki cəza, təhqir etmə, ələ salma olmamalıdır. Fiziki və mənəvi cəza insan yaddaşında həmişəlik qalır.

Cərimə

Əgər uşaq hansısa nalayiq hərəkət edibsə, onda o, hansısa ev işi yerinə yetirməlidir. Məsələn, divarı yazmısan – silmək lazımdır, oyuncaqları dağıtmısan – yığışdırmaq lazımdır. Ümumiyyətlə ailədə müəyyən qaydaların olması vacibdir.

Uşağın tədric olunması

Uşaq digər oyuncaqlar olmayan otağa aparılır və öz davranışı barədə düşünüb, sakitləşməyi xahiş olunur.

Məhrum etmə

Bu üsul əksər uşaq üçün səmərəlidir və nə mənəvi, nə də fiziki zərər vermir. Məsələn, uşaq qəsdən kiçik qardaşını vurubsa, bu dəfə o, söz verilən şirniyyatdan məhrum edilir.

Özünü cəzalandırma

Əgər uşaq xardalı sınamaq istəyirsə, ona bunu etməyə icazə verin, eyni zamanda ona sınadıqda nəyin baş verəcəyini izah edin. Belə uşaq sizin sözünüzə inanacaq və növbəti dəfə şamla oynamaq barədə yaxşı düşünəcək. Bu halda yaşca böyük uşaqlara düzgün olmayan davranışına görə cəza seçmək təklifi oluna bilər.

Qışqırıq

Bu metodla ehtiyatlı olmaq lazımdır. Onu yalnız təhlükəli vəziyyət zamanı tətbiq etmək lazımdırki, uşaq hansısa təhlükəli işini tez zamanda dayandırsın. Bilməlisizki, o tez-tez ünvanına qışqırıq səsləri eşidirsə, tezliklə o onlara reaksiya verməyəcək. Bəzən valideynlər uşalara qışqırır, onları təhqir edir. Bu halda balaca bütün bu iddiaların mahiyyətini o qədər də yaxşı başa düşmür, lakin söz və davranış tərzinizi yaxşı yadda saxlayır. Və tezliklə sizin ona ünvanladığınız bütün davranışları eşidə bilərsiniz. Bu halda təəccüblənməyin.

Etinasızlıq

Bu xüsusilə məktəbəqədər uşaqlar üçün ciddi cəzadır. Axı valideynlər bu zaman onların həyatında ən əsasdır. Psixoloqlar uzun müddət və tez-tez etinasızlıq etməyi məsləhət görmürlər. Uşaq tələbinizi yerinə yetirdikdə, onu tərifləyin, öpün və əzizləyin.

Tərbiyələndirici oturacaq

Bu cəza növü ABŞ-da çox geniş yayılıb və hazırda bir çox uşaq bağçalarında tətbiq edilir. Əgər uşaq artıq qulaq asmırsa, onu oturacağa oturdurlar. Və oturduğu zaman cəzasının səbəbi izah olunur. Cəza müddəti uşağın yaşına bərabər olur. 3 yaş üçün 3 dəqiqə kifayətdir. Vaxt bitdiyində uşaqla, cəzasının səbəbi haqqında və üzr istəməyi xahiş olunur. Bu halda uşaq səhvini və üzr istəməyi öyrənmiş olur.

usagin cəzalanması

Qorxutma

Bir çox analar belə bir cəza üsulunu tətbiq edirlər, Məsələn, “Bax polis gelib səni aparacaq”. Amma bu metodu ehtiyatla istifadə etmək lazımdır. Çünki bu metod qorxan uşaqlarda, qorxu hissini daha da möhkəmləndirə bilər.

Ciddi baxış

Bu üsul təkcə sözə baxan uşaq və dəmir əsəbli analar üçün işləyir. Ananın tək ciddi baxışı kifayətdirki, uşaq davranışının nəticəsi haqqında fikirləşsin.

Yüksək səs

Bu üsulda tez-tez istifadə olunur. Bu daha sakit uşaqlara işləyir. Uşaq eşidəndəki ana səsini ucaltdı, dərhal anlayır ki, belə etmək olmaz və etdiyini dayandırır.

İzah

Bu cəza çox düzgün bir üsuldur. Bu üsulu digər üsullarla parallel istifadə edin. Əgər uşaq etdiyinin izahını etmək üçün artıq böyükdürsə, onda cəzalandırmadan əvvəl onun bunu etmək məqsədini öyrənin. Bəlkə uşaq saatı sındırmaq məqsədilə yox, içərsində nə olduğunu anlamaq üçün açmışdır. Və ya uşaq qızı müdafiə etmək üçün hücum çəkəni vurub.

Cəzada vacib qaydalar

• Uşaq pis hərəkətdən dərhal sonra cəzalanmalıdır. Çünki uşaqlar, vaxtı dumanlı təsəvvür edir. Balaca tez bir zamanda nə üçün cəzalanmasını unudur və gecikmiş cəzanı ədalətsizlik kimi düşünə bilər.
• Cəza yalnız ədəbsiz aktlara görə ola bilər: ailə maraqlarının qəsdən pozulması, düzgün olan tələbdən imtina, əşyalara səliqəsiz yanaşma, ətrafdakılara zərər və kobudluq etmə.
• Uşaq cəzanın təkrarını istəməməlidir. Məsələn, siz cəzalandırmaq məqsədi ilə oyuncaqlı otağa tək qalması üçün qoyursuzsa, bu onun üçün cəza deyil, bonus olacaqdır.
• Cəza uzun müddətli olmamalıdır. Əgər siz onun sevdiyinə bir və ya iki həftə qadağan etsəz, onda o qadağan və itaətsizlik arasındakı əlaqəni görməyəcək.
• Vəd olunan cəza yerinə yetirilməlidir. Əgər siz cəza kimi deyirsizki “səni gəlib polis aparacaq”, amma bu baş vermirsə, uşaq artıq sizin heç bir sözünuzə inanmayacaq. Ona görədə vədlərinizə fikir verin.

• Uşağınızın səhv hərəkətini təklikdə müzakirə edin. Beləki bir çox uşaqları, kənar şəxslərin yanında səhvləri haqqında müzakirə onlarda psixoloji zədə qoyur.
• Cəza həddən artıq tez-tez olmamalıdır, çünki uşaq onlara alışır və sonra verəcəyiniz cəzaya biganə olur.
• Cəzalandır – bağışlandın, münaqişə sona çatdı, köhnə hərəkət unudulur!
• Uşaq xəstə olduğu zaman, yemək zamanı, yuxudan əvvəl və sonra, oyun zamanı, məşq zamanı, fiziki və ya mənəvi zədədən dərhal sonra – uşağı danlamaq və ya cəzalandırmaq olmaz.
• O çalışır amma onda alınmırsa, onu cəzalandırmaq əvəzinə ona kömək edin, dəstək olun.
• Əgər siz xəstə, kefsiz, əsəbisizsə cəzadan imtina etməyə dəyər.
• Cəzanın səbəbini izah edin. Onda uşaq səhvini başa düşəcək və sizdən inciməyəcək.

Uşağı cəzalandırmaq olmaz. Əgər uşaq nəsə düzgün etmədisə, ona, niyə belə etmək olmaz və belə vəziyyətdə necə düzgün hərəkət etmək lazım olduğunu izah edin. Uşaq nəyin pis, nəyin yaxşı olduğunu anlamalıdır. Və izahat – bunun ən düzgün yoludur!usaq terbiyəsində cəza

İstənilən halda, cəzanızın ağır olduğunu hiss edirsinizsə, sizə uşaq qarşısında üzr istəməyə və sizi belə etməyə vadar edən səbəbi izah etməyə, heçnə mane olmur. Uşağınızı qucaqlayın, məsələn deyinki “Səni vurduğuma görə bağışla. Sən …. etdin, bu məni özümdən çıxardı və özümü saxlaya bilmədim”. Hətta uşaq balacadırsa, üzr istəməyə dəyər. Beləki, o kiçik yaşlarından anlayacaqki, niyə belə bir partlayış oldu və o öz davranışına tənqidi baxacaq.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan