Bizə yazın

Uşaqda empatiyanı necə inkişaf etdirək?

09.01.2017

Empatiya — başqalarının emosiyalarını anlamaq və ona şərik olmaq qabiliyyətidir.  Empatiya — insanın başqasının kədərinə kədərlənməsi, sevincinə isə sevinməsi deməkdir. Empatiya — insanlar arasındakı qarşılıqlı anlaşma, səmərəli əməkdaşlığın, möhkəm və uzunmüddətli münasibətlərin təminatıdır. Bu qabiliyyəti uşaqlıqdan inkişaqf etdirmək lazımdır. Empatiyanı uşaqda necə inkişaf etdirək?
1. Uşağa fiziki və emosional dəstək verin.

Uşaqlar bizdən özümüzün yaxşı bildiyimizi öyrənirlər. Əgər biz uşaqların qayğısına qalırıqsa, onlar böyüyərək digərlərinin kədər və ağrısına mərhəmətlə yanaşaraq, köməklərini təklif edib qayğısına qalırlar.

2. Toxunulma əlaqəsini təmin edin.

Uşaqlıqda qucaqlayaraq, öpülərək, oxşayaraq (oksositinin yüksək səviyyəsi) sevilən insanlar başqa insanlara daha çox diqqət göstərir. Oksositin nə qədər yüksək olarsa, bir o qədər tez başqalarının hisslərini aydınlaşdırmaq, düzgün interpretasiya edib və zəruri emosional dəstək göstərmək olar.

3. Unutmayınki, sizin uşağınız bir şəxsdir.

Hər şəxsin — öz düşüncə tərzi və öz arzusu var. Uşağın ümüd və cəhdlərini, reallaşmamış ambisiyalarınız ilə dəyişməyin. Sizin uşağınız sizin uşaqlıqdan bəri sevdiyiniz futbolu sevməyə bilər, amma o ola bilərki baleti sevsin. Və ya siz kitabları çox sevirsiz, amma ona «Leqo» oyununun təlimatı kifayətdir.  Uşaq sizin tələblər ilə razılaşmamaq hüququna malikdir. Kompromis axtarmağa çalışın və uşağın hisslərinə qayğı ilə yanaşmağa çalışın. Bu yolla siz balaca insana eqoist olmamaq və başqalarının hisslərinə hörmət etməyi oyrədəcəksiz.

4. Uşaqla oyun oynayın.

Uşağın mücərrəd təfəkkürünə müraciət etmək əvəzinə, ona oyun formasında başqa adamın yerində olmaq hisslərini göstərin. Qoyun o qoca nənəsinin necə yaşadığını başa düşsün. Misal üçün ona, dumanlı görünən eynəkləri taxın. Bu başqa insanları anlamağın ən yaxşı yoludur.

5. Qəhramanların hisslərini müzakirə edin.

Uşaqla oxuduğu və ya baxdığı film haqqında danışın. Onun fikrincə müxtəlif qəhrəmanlar müxtəlif situasiyalarda nə hiss etdikləri ilə maraqlanın. Öz həyat təcrübənizə əsaslanaraq, aşkar səhvləri düzəldn. Tədqiqatlar göstərirki: bu cür müzakirələrdə iştirak edən uşaqlar digər uşaqlara nisbətən daha Empatiyalı olurlar.

6. Uşağın istənilən vəziyyəti ilə maraqlanın.

Empatiyanı inkişaf etdirmək üçün, uşağa bildirilməlidir ki, onun istənilən hissi ifadəsi və mövcudluq hüququ var. Lakin təhlükəsiz yolla. Uşağa neqativ hiss və fikirlərini boşaltmaq üçün məkan ayırın. Ona yaxınlarına hirsini göstərməyi deyil, hisslərini danışmağı anlatmağı öyrədin. Bundan əlavə, uşağa yalnız kədərli olanda, ağlayanda deyil, sevinəndə yaxşı əhval-ruhiyədə olanda da diqqət yetirin. Sizdən başqa ona düzgün heç kim misal edə bilməz.

7. Eyni vəziyyəti fərqli baxış və emosiyalarla baxmağına şərait yaradın.

Uşağa başa düşmək vacibdir; Əgər bir nəfərin qanı qaralıbsa, digər nəfərin onun qanının qaralma səbəbini başa düşməyə bilər. 5 yaşlı uşaq üçün şarın partlaması bir faciədir, böyük üçünsə bu adi haldır. Siyasi problemlər bizim üçün baş ağrıdır, uşağa isə tamamilə anlaşılmazdır. Uşağa fərqli münasibətləri aydın etmək üçün, hər dəfə aranızda tam anlaşma olmadıqda, bunu normal hal olduğunu vurğulayın. Böyüklər uşaq kimi oyuncağın sınmasına kədərlənməməlidir. Lakin təəssüf hissini nümayiş edə bilər: «Mən görürəm sən onun sınmasına necədə kədərlənmisən, mən sənin kimi kədərlənə bilməsəmdə, səni yaxşı başa düşürəm.»

8. Uşağınızın yanında digərlərinə empatiya hissinizi göstərin.

Davranışınızdan aslı olmayaraq, uşaq sizin davranışınızı təqlid edəcək.  Ona görə də, əgər siz başqalarının dərdinə şərik olursuzsa, ağır günlərində onlara dəstək olursuzsa, insanlara şəfqət göstərməyi bacarırsızsa, sizin uşağınız bunu öyrənəcəkdir.

9. Uşağınza hisslərin davranışa necə təsir etdiyini izah edin.

Uşağın fikrini, alınan pis qiymət nəticəsində onun kiçik qardaşı ilə dalaşmasına yönəldin. Öz həyat təcrübənizə əsaslanaraq nümunələrlə şəxsi narahatlığın başqaların üzərinə tökməməyin nə qədər vacib olduğunu göstərin.

10. Uşağa digər insanlara bənzədiyini göstərin.

Hər bir insan şəxsi cizgi və xasiyyətinə görə unikaldır. Həmdə hər insan eyni hal üzərində davranışına görə digər insana bənzəyə bilər. Böyük oğlunuz sizə şikayət edirki, kiçik qardaş ona rəsm çəkməyə mane olur, səs edir, qışqırır və s. Ona danışınki, 3 il əvvəl o da özünü bu cür aparırdı. Uşaqlar bənzərliyi olan uşaqlara daha səbrli və təkəbbürlü davranmağa meyilli olurlar.

11. Uşağa qorxu və hədələri deyil, sosial qaydaları nəsihət edin.

«Başqasını döysən, səninlə heç kim danışmayacaq» demək olmaz. Zamanla bunun yalan olduğu bəlli olur. Bunun əvəzinə «Başqasını döyməklə, onu incitmək ağrıtmaq olar. Bu da yaxşı hərəkət deyil.» və ya «Başqasının əşyasını oğurlamaq həbsxanaya düşmək deməkdir» əvəzinə » Başqa insanların əşyalarına toxunmaq olmaz.» Bu yolla siz uşağa başqalarının hüquqlarına hörmət etməyi oyrədəcəksiz.

12. Uşağa izah edinki, hər bir insan şəxsi səbəblərinə görə hərəkət edə bilər.

Uşağa izah edinki, başqasını misal üçün qışqırmağa məcbur etmək olmaz. Əgər uşağa, özünü pis apardığı üçün müəllimənin onun üstünə səsini ucaltması, qolundan dartdması və pis qiymət yazması pis təsir edibsə, ona izzah edinki digər müəllimələrin davranışı fərqli ola bilərdi. Uşağa öz hərəkətlərinin motivlərini anlamağa öyrədin. Cavab olaraq məktəb yoldaşının təqqirinə dava etməkdən əvvəl uşaq düşünərək münaqişəni tərk etmək fikrinə gələ bilər. «Məni məcbur etdilər» kimi hal olmur, seçim hər zaman vardır.

Empatiya və uşaqlar

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az