Bizə yazın
[contact-form-7 404 "Not Found"]

Uşaq tərbiyəsində 7 əsas səhv

24.08.2017

Valideynlər uşaqlara, hər şeyin ən yaxşısını vermək üçün çoxlu güc və enerji sərf edirlər. Təəssüf ki, uşaqlara göstərilən hədsiz məhəbbət və qayğı, onlarda müstəqillik, məsuliyyət və liderlik qabiliyyətinin inkişafına mane olur. Bu problemi, liderlik üzrə mütəxəssis və tərbiyə haqqında ən çox satılan kitablar müəllifi olan Tim Elmor ətraflı öyrənmişdir.  O, uşaqların yetkin həyatda uğura nail olmasına mane olan valideynlərin tipik səhvlərini müəyyən etdi.

Biz valideynlərə bu kimi səhvlərin etməməsi üçün Tim Elmorun bu məqaləsi ilə tanış olmağı tövsiyə edirik.

     1. Uşaqlarımıza riski sınamağı icazə vermirik.

Biz hər addımı təhlükə ilə əhatələnən dünyada yaşayırıq. Biz bunu başa düşərək, uşaqlarımızı qorumaq üçün hər şeyi edirik. Amma Avropa psixoloqları əmindirlər ki: əgər uşaq küçədə oynamırsa, əgər bir dəfədə olsun yıxılıb, dizini sürtməyibsə, onda o, yetkin həyatda tez-tez fərqli qorxular və komplekslərdən əziyyət çəkəcək. Uşaqlara bir neçə dəfə yıxılmaq lazımdır ki, onlar burada qorxulu heç nəyin olmasını başa düşsünlər. Yeniyetmə savaşmalı, ilk məhəbbət itkisinin acısını yaşamalıdır ki, yetkin emosional olsun – bunsuz uzun müddətli münasibətlər mümkün deyil. Əgər valideynlər uşaqların həyatından bütün riskləri istisna etsələr, yüksək ehtimal var ki, uşaq gələcəkdə təkəbbürlü və özünə inamı aşağı olacaq.

       2. Çox tez kömək etməyə tələsirik.

usaq terbiye Müasir gənc nəsil, 30 il bundan əvvəl hər bir uşaqda doğuran müəyyən bacarıqları, özündə inkişaf etdirməmişdir. Biz uşağa hər şeydə kömək edib, onu hədsiz qayğı ilə əhatə etməyə çalışırıq. Nəticədə onun özünün problemləri həll etməyi, mürəkkəb vəziyyətlərdən çıxış yolunu axtarmaqdan məhrum edirik.Uşaq gec-tez buna öyrəşir ki, kimsə “köməyə gələcək”. Real dünyada bu belə olmayacaq, ona görə də uşaq yetkin həyata qarşı aciz olacaq.

       3. Biz onlarla asanlıqla fərəhlənirik.

1980-ci illərdə məktəblərdə, uşaqların özünə qiymətin artırılması məsələsi üzərində işlənməyə başlanıldı. Yarışların əksəriyyətində “hər bir qalib”, ” hər bir iştirakçıya – medal” qaydaları fəaliyyətə başladı. Belə yanaşma uşağın özünü xüsusi hiss etməyə imkan verir, amma tədqiqatlar göstərir ki, bu üsulun da gözlənilməz nəticələri var.

Vaxt keçdikdən sonra uşaq, onun möhtəşəm olduğunu düşünən yeganə, anası və atasının olduğuna diqqət yetirir. Bu zaman bunu, başqa heç kim hiss etmir. Uşaqlar valideynlərin fikrinə şübhə etməyə başlayırlar. Əlbəttə, tərif onlara xoşdur, amma onlar başa düşürlər ki, burda onların heç bir rolu yoxdur. Və əgər siz onlarla çox asanlıqla fərəhlənirsizsə, onlar mürəkkəb vəziyyətlərdən qaçmaq üçün fırıldaqçılıq etməyə, aldatmağa, hər şeyi şişirtməyə başlayacaqlar. Onlar böyüdükdə, onlara qarşı müqavimət göstərə və ya onların öhdəsindən gəlmək çətin olacaq.

     4. Biz günah hissini uğur yolunda dayanmasına imkan veririk.

Uşağınız hər dəqiqə sizi sevmək məcburiyyətində deyil. O xəyal qırıqlığından xilas ola bilər, amma o, çətin ki, ərköyünlükdən qurtula biləcək. Uşaqlara “yox” və “indi olmaz” deməkdən qorxmayın və onlara həqiqətən dəyər verdikləri üçün mübarizə aparmağa imkan verin.

Tez-tez biz uşaqlara istədiklərini, həvəsləndirmək məqsədi ilə veririk. Əgər ailədə bir neçə uşaq varsa, o zaman biz uşaqlar arasında ayriseçkilik etməyi haqsızlıq olduğunu düşünürük. Beləliklə, bir uşağın nəaliyyətinə görə digər uşaqları da həvəsləndirmiş oluruq. Nəticədə uşaqlar, layiq olmadıqları mükafatlara adət edirlər. Həyatda bu belə olmayacaq. Əgər ailədə münasibətlər ancaq maddi mükafatlar üzərində qurulursa, o zaman uşaqlar nə məhəbbət, nə də daxili motivasiya hissini dərk edəcəklər.

    5. Biz keçmiş səhvlərimizlə bölüşmürük.

Bir gün gələcək və sağlam gənc qanadlarını açıb, öz həyat təcrübəsini qazanmaq istəyəcək. Əlbətdə biz onlara bunu etməyə icazə verməliyik, lakin bu o demek deyil ki, biz onunla sərt həyat reallıqlarını araşdırmaqda kömək edə bilmərik.

Onların yaşlarında etdiyiniz səhvləri bölüşün, lakin nəsihətlərlə sui-istifadə etməyin – belə dərs, dərhal yeniyetmə tərəfindən rədd ediləcək. Uşaqlar reallıqlarla görüşə hazır olmalı və öz qərarlarının nəticələrinə görə cavab verməyi bacarmalıdırlar. Bənzər hallarda yaşadığınızı, necə qərar verdiyinizi və onlardan öyrəndiklərinizi danışın.

   6. Biz səhvən hesab edirik ki, intellekt və istedad – yetkinlikdir.

İntellekt, tez-tez uşağın yetkinlik səviyyəsi kimi qəbul edilir, nəticədə valideynlər ağıllı uşağın real dünya ilə görüşməyə hazır olduğunu düşünürlər. Lakin bu təəssüf ki, belə deyil.

Uşağın tək bir sahədə istedadlı olması, onun hər şeyin öhdəsindən gələ bilməsi demək deyil. Uşağa, müəyyən bir səviyyədə azadlıq verilməsi üçün heç bir yaş həddi yoxdur. Ancaq sınanmış qayda var – digər eyni yaşlı uşaqları müşahidə edin. Və əgər görürsünüz ki, onlar artıq öz seçimlərində daha azad, daha sərbəstdirlərsə, yəqin ki, siz özünüz uşağınızın müstəqilliyini qoruyub saxlayırsınız.

     7. Biz uşaqlarımızı öyrətdiyimiz şeyi etmirik.

Hər bir valideynin məsuliyyəti – uşağı üçün həyat modelini yaratmaqdan ibarətdir. O həyatda ki, o baş rolda oynayacaq,sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşımalı olacaq. Həqiqətin gözünün içinə baxaraq, əvvəlcə siz belə olmalısız. Çünki uşağınız sizin sözlərinizdən deyil, hərəkətlərinizdən öyrənəcəkdir.

İngilis atalar sözündə deyilir:

“Uşağı tərbiyələndirməyin, onsuz o sizə bənzəyəcək. Özünüzü tərbiyələndirin!”

usaga nece terbiye verilmeli

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az