Bizə yazın

Uşağı gecə bəsləməsindən necə tərgitmək olar

22.09.2017

Gec və ya tez, hər bir ananı bir sual narahat edir, körpəmi necə və nə zaman, gecə bəsləməsindən tərgitməliyəm. Əgər yeni doğulmuş körpə gecə ərzində bir neçə dəfə ana sinəsi üçün oyanırsa, bu həm uşağın böyüyüb, çəki yığması üçün, həm də anada laktasiyanın yaranması üçün tam normaldır. Prinsipcə 6 aydan sonra körpənin gecə bəsləməsindən tərgitməyi, yoxlamaq olar. Bu yaşda bir çox uşaqlar gecələr heç də ac olmurlar, sadəcə onlarda gecə yuxusundan oyanmaq adəti formalaşıb.

Amma əgər uşağın çəkisi 8-10 kq-dan artıqdır, anada artıq sabit laktasiya çoxdan mövcuddur, körpə artıq çoxdan əlavə qidaya keçibsə, lakin körpə hələdə bir az yemək üçün gecələr oyanırsa, onu bundan tərgitmək və ya hər şeyi olduğu kimi saxlamaq lazımdırmı sualını aydınlaşdıraq.

Əgər balaca gecə hər 2-3 saatdan bir oyanıb ağlayır, lakin dodaqları ananın sinəsinə toxunan zaman yemədən dərhal yuxuya gedirsə, bu o deməkdir ki, körpə ana sinəsi üzərində yatmağa adət edib. Deməli, ona yeməkdən daha çox əmmərək yuxuya getmək, daha vacibdir. Əgər gecə ana tez-tez oyanıb, balacaya istədiyini vermək çətin deyilsə, bunda heç nə yoxdur. Digər tərəfdən, bu adətlə gec-tez onsuz da ayrılmaq lazım gələcək. Balacanı bu vəziyyətdən dərhal tərgitməklə, həm uşaq rahat yata biləcək, həm də ana tam dincəlməyə imkan qazanacaq. Əgər valideynlərin məqsədi uşağın gecə oyılmasını tərgitməkdirsə, o zaman bir adətdən digər adətə (məsələn, butulka əvəzi əusagin gece ayilmasından nece tergidimimmzik verməyin) öyrətməyin. Əks halda sonra gərək onunla da mübarizə aparasız.

Əlbəttə, bir neçə çətin gecələr yaşamalı olacaqsız. Aydındır ki, uşaq adət etdiyi rahat ruxu rejimi dəyişikliyinə qarşı açıq-aşkar etiraz edəcək. Amma indiki halda valideynin uğur təminatı — inaddır! Yaxşı olarki, körpə gecə oyananda, ona cazibədar süd iyi hiss etdirən ana deyil, ata və ya başqa kimsə yaxınlaşsın. Onun hərəkətləri zərif və sabit olmalıdır. O, körpəylə otaqda gəzə, ona layla oxuya və ya əldə bir qədər yellədə bilər, amma heç bir halda butulka verilməsin!. Amma körpə yuxuya gedən kimi beşiyinə qoymaq lazımdır ki, məhz orada yatmağa adət etsin. Prinsipcə, bunu ana da edə bilər, lakin onda bu bir az çətin olacaq.  Əsas körpəyə etinasızlıq göstərilməməli, sadəcə, bir adəti digərinə dəyişmək lazımdır. Əgər yatmaq xatirinə butulka verirsizsə, onda o, bunu yenidən və yenidə tələb edəcək.

Əgər uşaq — süni qida ilə qidalanırsa, onda ana üçün gecə qalxıb mətbəxdə yemək hazırlamaq və uşağı yedizdirmək daha yorucudur. Bu halda uşağı gecə yemindən necə tərgitmək olar? Adətən gecə yuxusundan əvvəl tam doymuş uşaqlar, daha az oyanır, ona görə çalışın yatmadan öncə ana südü və ya süni qida ilə tam doydurasız. Həmçinin sakitləşdirici otlardan  (lavanda, valerian) və ya yağlardan (əsas odur ki, yağ təbii olsun) olan vanna qəbulu, sakit yuxuya kömək edə bilər. Amma əgər 2-3 yaşlı uşaq gecə bir neçə dəfə su, süd, yemək üçün oyanırsa, bunun bir neçə səbəbi ola bilər:

  • Bu, həqiqətən aclıq ola bilər,
  • Gecə qorxuları,
  • Ailədə ciddi dəyişikliklər, məsələn köçmə,
  • Valideynlər arasında gərgin münasibətlər,
  • Uşağın yataq otağının soyuq və ya isti olması,
  • Səs-küy, uşaqda yüksək həyəcanlılıq,
  • Gün ərzində ana və ya ata ilə qarşılıqlı münasibətin  kifayət qədər olmaması,
  • Bundan başqa, tibbi səbəbləri var — diş çıxarma (təxminən 6 aydan 2,5 yaşa qədər), əsəbilik, nəfəs problemləri (allergiya), qarın ağrısı, sidik-ifrazat sisteminin iltihabı, bağırsaq qurduları.

Beləliklə, uşaqda pis yuxunun səbəbini aydın etmək üçün, çox halları araşdırmaq və həll etmək lazımdır.

Əgər uşaq, həyəcanlı və gün ərzində özünə diqqət tələb edirsə — o zaman ana ilə birgə gecə yuxusu, həll yolu ola bilər. Nəticədə, gecə sakit keçir, ana və uşaq yaxşı yatır. Bu halda ayrı otaqda yatmanı bir az sonra və ya tədricən edə bilərsiz.

Digər üsulları da yoxlamaq olar:

  • Tədricən gecə verilən yemək qarışımının miqdarını və ya əmizdirmə zamanını azaltmaq olar. Əgər mümkündürsə, gecə bəsləmənin birini verməməyə və yatırmağa çalışın.
  • Əgər uşaq süni yemək yeyirseə, tədricən semisi su əlavə etməklə, tam suya çevirmək olar. Bir çox uşaqlar, bir müddət sonra su üçün oyanmağı tərgidirlər.
  • Ana yatmadan əvvəl uşağa yemək verə bilər. Bundan sonra uşaq gecə oyanmayacaq və anada rahat yata bilər.
  • Əgər uşaq başa düşən 1.5 -2 yaşdadırsa, ona izah edə bilrsiz ki, artıq gecədir, ana, ata, butulka, oyuncaqlar, ayılar, maşınlar yatır və sən də yatmalısan. Səhər günəş çıxacaq, və hamı yemək yeyəcək. Bu yolla, siz onu yemək üçün səhər gözləməsini proqramlaşdırırsınız.  Əsas burada ana çox təmkinli olmalıdır. Bir neçə gecə körpə ağlayaraq etiraz edə bilər, sonda artıq anlayaraq, yatacaq. Heç bir halda yemək verməyin, əks halda vəziyyət daha da gərginləşəcək.
  • Çalışın gün ərzində uşaqla çox vaxt keçirəsiz, onunla oynayın, danışın, onu oxşadın. Çünki adətən gündüz nəvazişdən doymayan körpələr, gecə onu doldurmağa çalışır.

Əgər siz görürsünüz ki, uşaq çox şıltaq, aqressiv olub, gündüz yuxusu pozulub, o bir addım belə sizi buraxmır, ya da, əksinə, sizi itələyir, ola bilsin ki, o hələ gecə bəsləməsindən imtina üçün tam yetişməyib. Məhz uşağın gündüz davranışları, sizə düzgün istiqamətdə olub-olmadığınızı göstərəcək. Uşağın reaksiyasını nəzərə almamaq olmaz, bu halda yaxşı olarki, bir müddət gecə bəsləmə imtinasından yan keçəsiz. Əks halda, onun inamını itirərək, əsəblərini sarsıda bilərsiz. Axı əslində, uşağın sizə olan kəskin ehtiyacı, çox qısadır. Sonra siz, artıq böyümüş balanızı gecələr qapıda gözləyərək , gecə bəsləmənizi nostalgiya ilə xatırlayacaqsınız.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az