Bizə yazın

Uşağa «olmaz» sözünü necə düzgün deyək?

06.12.2016

Bir çox valideynlər körpələrini hədiyyələrlə əzizləməyi sevir. Axı valideyn üçün balasının sevincli gözlərini görmək, onun təşəkkürünü eşitmək böyük xoşbəxtlikdir.  Burada bir sual dayanır. Axı necə «olmaz» ifadəsi ilə şıltaqlıq arasında səd çəkək? Ona necə düzgün qadağan edəkki, uşaq bizdən inciməsin.

Niyə uşaq «olmaz» sözünü başa düşmür?

Doğru zamanda uşağa imtina etmə bacarığı əslində demək olar bir elmdir. Burada təkcə «olmaz» deyib üz mimikasını dəyişmək, sözünün üstündə durmaqdan başqa uşağa səbəbi — niyə axı olmazı?! başa salmaq lazımdırki, balaca başa düşsün və inciməsin. Amma hər zaman bu alınmırsa, səbəb nə ola bilər?Olmaz sozunu usaga nece deyek

  1. Sizin körpəniz hələ  — dadlı şokalad niyə dişlərə ziyandır, niyə elektrik çıxışı sağlamlığa ziyan ola bilər kimi anlayışları başa düşmək üçün hələ kiçikdir.
  2. O indiyə kimi kapriz və şıltaqlığı ilə hər istədiyinə nail olub. O valideyinin buna pulu çatmadığını anlamaq iqtidarında deyil. Bir sözlə o çox ərköyündür.
  3. O tamaşaçıya işləməyi öyrənib və əmindirki o mağazada ağlasa, ayaqlarını möhkəm yere döysə, bütün mağazaya qışqırsa sizdə çox utanaraq təslim olub onun istədiyini alacaqsız.
  4. O bilirki, valideynlər inkar etsələr belə o sevimli nənə babasına müraciət edəcək və onlar mütləq sevimli nəvələrinin istədiyini boşa çıxarmayacaqlar.

Bu yollarla əgər məktəbəqədər uşaq «olmaz» sözünü inkar edirsə, demək artıq ailə tərbiyəsi nöqsanlarının aradan qaldırılması zamanıdır!

«Olmaz» sözünü necə deyək?

Uşağımızla necə qarşılıqlı anlayış münasibətini quraqki, bizim hər «olmaz» sözümüzü o eşitsin, qəbul etsin və əməl etsin. Sizə bu halda uşağınızla qarşılıqlı anlayış qurmaqda kömək edəcək , sadə üsulları təqdim edirik.

Tədricən uşağınıza fərqli əşyaların, hərəkətlərin mənfi və müsbət tərəflərini izah edin. Məsələn; niyə sizin işlətdiyiniz əşyalara toxunmaq olmaz, niyə elektrik çıxışına əl vurmaq olmaz, niyə televizor gözlərə ziyandır və s. Kitablarda,  şəkillərdə izah edinki şirniyyatdan dişlərdə necə kariyes yaranır. Böyüdükcə uşaq artıq başa düşəcək ki, niyə bu velosepedi almaq olmaz. səbəb onun çox baha olmasıdır. Və ya 3-cü şirniyyat onu stamatoloqa apara bilər. Başqa üsul , həmin anda onun fikrini başqa şeylə əvəz edə bilərsiz. O sizin kitabınızı yazmağa çalışır, siz ona başqa albom və rəngli karandaş təklif edin. Onun yaxşı düzgün olan davranışını hədiyyə və ya şirniyyatla almağa çalışmayın. Şıltaqlıqla yalnız izah edərək mübarizə aparmaq olar. Əgər siz xırda əşya ilə belə  təslim olsanız, bu zaman siz onu şıltaqlıqla hər şeyə nail olmaq anlamına yönəldəcəksiniz.

İşdən yorğun gəlsəniz belə çalışın vaxtınızı onunla sərf edin, onunla oynayın, yatmazdan əvvəl ona kitab oxuyun. Bahalı hədiyyələr, istənilən tələbin yerinə yetirilməsi — uşaq sevgisinin qazanılmasında pis bir üsuldur. Bu yolla o sizi gələcəksə sevilən valideyn kimi yox, bank kartı kimi görəcək. «Olmaz» sözünü demədən əvvəl düşünün bu inkar sabahda təkrar olacaqmı?! Misəl üçün; Əgər siz bu gün qızınıza divarları yazmağı qadağan edirsizsə, bu sabahda, 1 il sonrada bele olmalıdır. Bir dəfə istisna etdiyiniz halda siz qadağanlarınızı pozursuz və gələn dəfə sizin «olmaz» sözünüz əhəmiyyət kəsb etməyəcək.

Evdə olan hər kəslə qadağalara ciddi riayət edilməsini danışın. Əks halda belə olacaqki, siz uşağınızı şirniyyatdan məhdudlaşdırırsız lakin nənə və baba gizlincə uşağa istədiyi şirniyyatı verəcək və nəticədə ana  pisləniləcək. Hər edilən işə hədiyyə almaq olmaz. O neçə gündür özunu yaxşı aparıb, otağını yığıb, yeməyini yeyib? O zaman bir yerdə kinoteatra, parka, və digər əyləncələrə gedin. Əldən düşərək ən bahalı oyuncağı almalıyam demək düzgün deyil. İnanınki uşaq sizin bu zəhmətinizi qiymətləndirə bilməyəcək və siz sonra onu nankor kimi görə bilərsiz.

Məhdudiyyətlərin necə həddini aşmayaq?

Tez-tez «olmaz» ifadəsini işlətdikdə, uşaq artıq bu ifadəyə alışır və ifadənin mənası itir. Və bundan sonra  uşaqlar çox saylı qadağanlara riayət eyməyəcək. Bu halda mütləq «olmaz» dan başqa «olar» ifadəsini də işlədin. Məsələn; «pişiyi quyruğundan dartmaq olmaz» əvəzinə «pişiyə siğal çək, onun xoşuna gələcək» demək olar.

İmtinaları azaltmaqdan ötrü evdə mümkün qədər zərərli və sinacaq əşyaları yığışdırın. Bıçağı, bahalı qabı uşaq üçün əlçatmaz yerə qoyun, elektrik çıxıçlarını qoruyucularla bağlayın. Bu əşyalarla istifadəni əlbəttə o öyrənəcək amma böyüdükdən sonra. Əgər 2 yaşlı uşaq üçün iynə qayçı qorxuludursa, 4-5 yaşında bunlardan istifadə qaydası öyrədilməlidir. Bununla siz birgə hansısa oyuncağa nəsə tikə və ya bayram üçün ulduzlar kəsə bilərsiz. Əgər siz uşağa bu əşyaların ananın nəzarəti altında istifadə edilməsində heç bir təhlükəsi olmadığına inandıra bilsəniz, bu zaman siz onda yeni şeylərin tanımasında kömək edərək, təhlükəsizliyini də təmin edə biləcəksiniz.

usaga duzgun inkar etme

Körpənin istəklərini məhdudlaşdırmaq, düzgün imtina etmə bacarığı bir çox valideylər üçün elədə asan olumur. Axı «olmaz, səbəb mən belə istədim» demək daha asandır nəinki bir neçə dəqiqə «olmaz» ın səbəbini anladasız. Lakin inanaqki, sizin sevginiz, valideyn instiktiniz, başadüşmə və səbriniz sayəsində bu sadə olmayan problemin öhdəsindən gələcəksiniz.

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan