Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

“Sehirli söz” nağılı

01.06.2018

Ağ saqqallı balaca boy qoca bağda skamyada oturub, çətiri ilə qum üzərində nə isə çəkirdi.

– Çəkilin!

Əli qocaya deyib, skamya kənarında oturdu. Qoca çəkilib, oğlanın tünd qızmızı qəzəbli üzünə baxaraq soruşdu:

– Səninlə nə olub?

– Hə yaxşı! Sizə nə? Əli ona əyri-əyri baxdı.

– Mənə heç nə. Amma sən indi qışqırırdın, ağlayırdın, kimsə ilə mübahisə edirdin.

– Əlbəttə!  Oğlan hirsli-hirsli donquldandı. “Mən lap tezlikə evdən qaçacağam.”

– Qaçacaqsan.?

– Qaçacam! Lalənin üzündən qaçacam. Mən indi onu az qala…  Bir boya belə vermir! Nə qədər boyası var!

Qəzəbli Əli yumruqlarını sıxdı.

– Vermir? Buna görə qaçmağa dəyməz.

– Yalnız bu deyil. Nənəm, bir kökə görə məni dəsmal ilə mətbəxdən qovdu.

Əli qəzəbli fısıldadı.

– Boş şeydir! Biri qəzəblənəcək, o biri əzizləyəcək.

–  Heç kim məni əzizləmir! Əli qışqırdı. – Qardaşım qayıqla gedir, amma məni özü ilə götürmür.

Ona deyirəm ki; “Yaxşısı budur götür məni özünlə, onsuzda səndən əl çəkməyəcəm, kürəkləri xəlvəti götürəcəm, özüm qayıqla gedəcəm!”

Əli yumruğunu skamyaya vurub, birdən susdu.

– Axı, qardaşın niyə səni götürmür?

– Axı, siz niyə hər şeyi soruşursunuz?

Qoca saqqalını sığallayaraq, cavab verdi:

– Mən sənə kömək etmək istəyirəm. Belə bir sehirli söz var..

Əli ağzını açdı.

– Mən sənə bu sözü deyəcəyəm. Amma yadında saxla: Gərək bu sözü, sakit səslə deyəcəyin adamın düz gözlərinin içinə baxaraq deyəsən.      Yadında saxla – sakit səslə, düz gözlərinin içinə baxa-baxa.

– Bəs hansı söz?

Qoca adam oğlanın qulağına tərəf yaxınlaşdı. Qocanın yumuşaq saqqalı Əlinin yanağına toxundu. O, Əliyə nəsə pıçıldadı və bərkdən əlavə etdi:

– Bu sehirli sözdür. Amma necə demək lazım olduğunu unutma!

– Mən yoxlayacam. Mən elə indi yoxlayacam.

Əli gülümsəyərək, yerindən atladı və evə qaçdı.

Lalə masa arxasında oturub şəkil çəkirdi. Rəngi – göy, yaşıl, qırmızı boyalar onun qarşısında dururdu. O, Əlini görən kimi dərhal boyaları yığdı və onları əliylə örtdü.
– Qoca aldadıb! Təəssüflə Əli fikirləşdi. – Məgər belə biri, sehirli sözü başa düşər?!
Əli bacısına yaxınlaşıb, qolundan çəkərək, gözlərinə baxaraq, sakit səslə dedi:
Lalə, boyadan birini mənə ver, xahiş edirəm…
Lalə, bu sözü eşitcək, gözlərini  daha geniş açdı. Barmaqlarını açdı, əlini stoldan çəkib, utanaraq mızıldandı:

– Hansını istəyirsən?

– Göy rəngi.  – Əli çəkinə-çəkinə dedi.

O boyanı götürüb, əlində saxlayıb, onunla otaqda gəzib, bacısına qaytardı. Ona boya lazım deyil idi. O indi yalnız sehrli söz haqqında düşünürdü.
– Gedim nənəmin yanına, o, yemək hazırlayır. Görüm məni qovacaq ya yox?
Əli mətbəx qapısını açdı. Nənə indicə hazırladığı isti piroqları yığırdı.
Nəvə onun yanına yüyürüb gəldi, hər iki əliylə nənənin qırmızı qırışlı üzünü özünə tərəf çevirib, gözlərinə baxaraq, pıçıldadı:
– Nənə, bir az piroq ver mənə, xahiş edirəm…
Nənə, sözü eşitdikdə dikəldi. Sehrli söz, nənənin üzünün hər cizgisində, təbəssümündə, gözlərində parıldadı.
– İsti, isti piroq istədi, mənim əziz nəvəm!

Nənə təkrarlayaraq, ən yaxşı qızarmış piroqı seçib, Əliyə verdi.
Əli sevincdən atlanaraq, nənənin hər iki yanağından öpdü.
– Sehirbaz! Sehirbaz! O, ürəyində təkrar  edərək, qocanı xatırladı.
Nahar zamanı Əli sakit oturaraq, qardaşının hər bir sözünə qulaq asırdı. Qardaşı qayıqla gəzməyə gedəcəyini deyəndə, o, əlini onun çiyninə qoyub və astadan dedi:
– Qardaş, məni də özünlə götür, xahiş edirəm…

Masa arxasında dərhal hamı susdu. Qardaş qaşlarını qaldırdı və güldü.
– Götür onu. Lalə birdən dedi.

– Niyə də götürməyəsən? Əlbəttə götür. Nənə gülümsəndi.

– Xahiş edirəm.. Əli təkrarladı.

Qardaş uca səslə gülərək, Əlinin çiynini yavaşca tumarlayıb, saçlarını qarışdırıb, dedi:

– Eh, səyyah! Yaxşı, hazırlaş!

– Kömək etdi! Yenə kömək etdi! Əli stolun arxasından çıxıb, küçəyə qaçdı. Amma qoca artıq bağda yox idi. Skamya boş idi, qumun üstündə çətir ilə cızılmış anlaşılmaz işarələr qalmışdır.

Müəllif: V.A. Oseeva əsasında

 

 

 

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az