Bizə yazın
[contact-form-7 404 "Not Found"]

Necə edək ki, uşaq yuxudan özü oyansın

11.01.2018

Körpənizi müstəqilliyə nə qədər tez öyrətməyə başlasaz, nəticəni bir o qədər tez əldə edəcəksiniz. Yeri gəlmişkən, ailə üzvləri səhər tezdən bir-birlərini oyandırmağa çalışdıqda, uşaq çətin qalxır, valideynlər əsəbləşir və buna görə  mübahisə edirlər. Nəticədə, hamının səhər-səhər əhval ruhiyyəsi pozulur.

Əlbəttə ki, səhərlər uşağın otağına 10 dəfə girib, ənənəvi olan “Oyan, artıq bağçaya/məktəbə getmək zamanıdır. Nə qədər səni oyatmaq olar, Oyan artıq!” deməklə oyatmaq olar. Bu yolla beş yaşlı, on yaşlı yeniyetməni, hətta on yeddi yaşlı gənci də oyatmaq olar. Lakin, düşünün ki, uşaq özü də müstəqil olaraq, səhər yuxudan oyana bilər. Və niyədə, bunu ona öyrətməyək?!

Körpənizə balaca zəngli saat hədiyyə edin.

Uşağın özü oyanmasına kömək edəcək, kifayət qədər yüksək səslənəcək zəngli saat alın. Lakin, fikir verin ki, səs uşağı qorxutmasın. Axşam yatağa girmədən əvvəl, uşağa müstəqil şəkildə, saatı qurmağı öyrədin. Səhər onu oyadacaq siqnalı, ona göstərin. Uşağa xəbərdarlıq edin ki: “Səhər saat zəng çalanda, gözləmə ki, mən gələcəyəm səni oyadacam. Dərhal ayağa qalx, əl-üzünü yumağa get, idmanını et və gəl hazırlanmış səhər yeməyini ye. Belə uşaq, səhər nə etməli olduğunu biləcək.

Motivasiya

Uşaq, səhər nə üçün durmalı olduğunu, başa düşməlidir. Məsələn, əgər körpə vaxtında ayağa qalxıb, amma sonra siz uzun müddət toplaşdığınız üçün bağçaya gecikdizsə, onda səhəri gün siz çətin ki, onu zəngli saatın köməyi ilə, ya da özünüz oyada biləcəksiz. Deyirsiniz:

–  Səhər vaxtında oyanmaq, bağçaya/məktəbə gecikməmək üçün çox vacibdir!

–  Mən bilirəm ki, sən özün vaxtında oyanıb və tez hazırlaşa bilərsən.

 

Öz vərdişlərizi dəyişin

Əgər, siz hər səhər saatınızla “daha beş dəqiqə” oyununu oynayıb, saat əqrəbini bir qədər sonraya çıkib, bir azda uzanırsızsa, onda bilin: Çətin ki, siz uşağı səhər tez oyanmasını öyrədə biləcəksiz. İlk əvvəl güclü iradənizi təkmilləşdirin və təcrübənizi körpənizlə bölüşün: “Bu gün mən, zəng çalınan kimi dərhal ayağa qalxdım! Və özümü gümrah və tam gücü hiss edirəm!”. Yeri gəlmişkən, məhz aktiv gün, uşağı tez oyanması ilə başlayır.

Nəticəni ilk gündən gözləməyin

Ola bilsin ki, uşağınız saatın siqnalından yuxudan oyansın. Amma, yəqin ki, valideynlərin hər zaman onu ayıltmasına adət etmiş uşaq, müstəqil qalxmasına hələ hazır olmaya bilər.
Sadəcə, hələ onda vərdiş  halı yaranmayıb. Ona görə də əgər uşaq ilk səhər zəngini eşitməyib və ya eşidib, amma o biri böyrü üstə aşıb və yatmağa davam etdisə, üzülməyin və uşağı danlamayın. Uşaq otağına gəlin, saatı yenə qurun və siqnalın çalınmasını gözləyin. Balaca yenədə oyanmır? Sakitcə deyin: “Oyan, artıq bağçaya getmək vaxtıdır”. Əgər bu da kömək etmirsə, uşağın çiyninə yüngülcə toxunun və nəvazişlə sığallayın. Bu cür sığal, mütləq işləyəcək. Vacibdir ki, zəngin səsi ilə sizin toxunuşunuz üst-üstə düşsün. Əgər siz bu şəkildə bir müddət (təxminən bir həftə və ya on gün) davam etsəz, onda tədricən səs və toxunuşunuzu bir zəng səsinə dəyişmək olar.

Gün rejiminə riayət edin

Əgər uşağınızın, müdaxiləniz problemsiz səhər oyanmasını istəyirsizsə, uşağın gün rejiminə riayət edin. Axı, əgər balaca gec yatırsa, ona səhər oyanmaq çox çətin olacaq. Rahat oyanma onda baş tutacaq ki, balaca, gecəni doyunca doyunca yatıb. Məhz buna görə də, uşaq axşam saat doqquzdan gec olmayaraq, yuxuya getməlidir. Onda sizin balacanız, problemsiz saat siqnalının səsini eşidib, sakitcə ayağa qalxa bilər.

İstisnalar edin

Hər bir uşağa bəzən, dünən asanlıqla edə bildiyi işi təkrarlamaq çətin olur. Məsələn, körpə xəstələnib, yorulub, çox hirslidir və ya stressin nəticələrini yaşayır. Bu vəziyyətdə, uşaqların müstəqilliyinə güvənməyin. 
Eşidirsiniz ki, saat zəng çaldı, amma balaca oyanmadı? Otağa gəlin və nəsə etməyə başlayın. Çox güman ki, uşaq kənar səslər eşidib, yuxudan oyanacaq.

Axşamdan hazırlanma

Bəzi şeyləri əvvəlcədən görmək olar. Məsələn, dərslikləri çantaya yığmaq, bir dəst geyim seçmək, səhər yeməyi hazırlamaq. Bunlar edilərsə, səhər narahat olmaq və əsəbləşmək lazım gəlməyəcək ki, nəsə hazır deyil və tələsməyə ehtiyac olmayacaq.

Uşağı tərifləyin

Hətta əgər balaca zəngi heç də hər zaman eşidib, vaxtında oyana bilmirsə, onu, hər şey lazım olduğu kimi alınan zaman tərifləyin.

– Çox yaxşı! Bu gün sənə afərin! Özün zəngi eşidib, cəld qalxdın. Sən artıq böyük və müstəqilsən!

Belə təqdir, gələn dəfə uşağı stimullaşdıracaq və o zəngi eşidəndə , özü müstəqil oyanacaq.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az