Bizə yazın

Nənə nəvəni ərköyün böyüdür?

24.06.2017

Hər bir ailənin, nəvəsini bütün ürəyi ilə sevən, qayğıkeş nənə ilə bəxti gətirmir. Tez-tez eşidə bilərsiz ki, nənə (adətən bu qaynana olur) nəvəyə xüsusi qayğı göstərmir, ona baş çəkmir və hədiyyə almır. Amma bəzi valideynlər əks problemlə qarşılaşır. Həddən artıq qayğıkeş nənə, nəvənin şıltaqlıqlarına göz yumuraq, onu əzizləyərək, hədsiz ərköyünləşdirir. Belə nənə öz nəvəsini təkcə hədiyyələr və şirniyyatla deyil, hətta uşağa aid olan elementar ev tapşırıqlarını da özü edib, onu ələ almağa qadirdir.
Bu proble

mdirmi? Bu məqalədə bunu aydınlaşdırmağa çalışacayıq.

Nəvəni ərköyün etmə səbəbləri

nene usagi erkoyun edirSizin ananız və ya həyat yoldaşınızın anası, nəvəsini çox sevir və onlara heç nədən imtina etmir? İlk tələbi ilə ona müxtəlif şirniyyatlar, oyuncaqlar alır. Müxtəlif ehtiyaclarını ödəmək üçün pul verir? Görünür nənə nəvəni ərköyünləşdirir. Valideynlərin bu kimi sevgi təzahürlərinə yanaşması fərqlidir. Bəziləri hesab edir ki, bu davranış — onların nəvəsini necə çox sevməsinin göstəricisidir və burada heç bir problem yoxdur. Digərləri isə mübarizə aparmaqdan və ananı tərbiyələndirməkdən, hər dəfə uşaq şıltaqlıqlarına göz yummaq və qadağaları pozulmasl yaxşı heç nəyə gətirib çıxarmır kimi ifadələri təkrar etməkdən yorulublar. Lakin, şifahi söhbət, münasibəti dəyişdirmək, uşağı hədsiz əzizləmək xahişləri, heç nə ilə bitmir və nənə hesab edir ki, o haqlıdır. Üstəlik, belə hallara da rast gəlinir ki, nənə valideynləri qınayır ki, mən sizdən fərqli olaraq, mən bunu sizin uşağınızın yaxşılığı üçün edirəm.

O, niyə bunu edir? Səbəblər

Əlbəttə, bir çox valideynlərə, nənələrin nəvələrini hədsiz əzizləməyi məcbur edən səbəblər ilə tanış olmaq maraqlıdır. Buna bir neçə belə səbəblər aid ola bilər:

  1. Nənə nəvəsini çox sevir, amma çox nadir hallarda görür. Görüş zamanı, nəvəyə olan bütün sevgi hisslərini göstərməyə çalışır. Yəni burada nənənin davranış səbəbı sadədir: O, darıxır və imkanı olan kimi uşağa heç nə əsirgəmədən, onu xoş etməyə çalışır.
  2. Əksinə siz həddən artıq çox nənəyə kömək üçün müraciət etmisiniz. Və indi o, haqlı olaraq, bu kiçik adam üçün cavabdehlik hiss edir və ona hər şeyin yaxşısını edərək, onu ən xoşbəxt uşaq etmək istəyir.
  3.  Nənə hesab edirki, tərbiyə ilə məşqul olmaq — valideynlərin vəzifəsidir. O isə nəvəni sevməli və onların həyatını xoşbəxt etməyə çalışmalıdır.
  4.  O nəvələrinə, uşaqları üçün edə bilmədiklərini əvəzliyir. Məsələn, vaxtilə maliyyə çətinlikləri ucbatından öz uşaqlarına şirniyyat və ya oyuncaqlar nadir hallarda alınırdı və o, bunda öz günahını hiss edir. Burada isə həyat revanş hüququ verir: Budur nəvə və keçmiş istəkləri kompensasiya etmək olar.
  5. Yaşlı insanlar daha həssas olur və uşaqlar onları asanlıqla manipulyasiya edə bilir. Axı çoxları əmindirlər ki, nənəm bağışlayacaq və hər şeyi həll edəcək.
  6. Münaqişəyə girmək istəmirlər və ona görədə nəvənin istəklərinə uyğunlaşırlar. Burada vəziyyət belədir: Nənə bilirki, edilən hərəkətə və ya alınan əşyaya əks imtina cavabı alacaq. Və nənə hesab edir ki, balaca insanın qışqırıb ağlamağına dözməkdənsə, onun istəklərini ödəmək daha yaxşıdır.

nənə uşağın tərbiyəsini korlayır

Gördüyünüz kimi, nənə və nəvə münasibətləri müxtəlif ola bilər. Ananızla uşağın münasıbətini təhlil edin, öz uşaqlığınızı yada salın, bəlkə də onun davranış motivi sizə aydın olacaq.

Nəvənin ərköynləşməsinin ziyanı varmı?

Bir tərərfdən, nəvə üçün ürəyi gedən nənənin olması yaxşıdır. Ona uşağını etibar edib, onun ac qalacağına və ya pis münasibətdə olmasına narahat olmağa ehtiyac yoxdur. Sevən nənə daim qayğı göstərəcək. Lakin bunun əks tərəfi də var:

  • Nənələrin bir çoxu, sevimli nəvələrinə tamamilə heç nə həvalə etməyərək, bütün ev işlərini yerinə yetirməyə meyllidirlər. Yəni, əgər evdə ana ata ən azı geyimini səliqəyə salmağa məcbur edirsə, nənənin yanında buna ehtiyac yoxdur. Bu cür hallara görə valideyn və yaşlı nəsil arasında fikir ayrılığı yaranmağa başlayır ki, uşaq öz-özünə qulluq etmədə tamamilə maraqlı deyil və daim gözləyir ki, ona görə bütün işləri kimsə görsün.
  • Valideynlər axşam gəzintisini müəyyən qaydada edirlər, nənənin yanında isə daha çox gəzmək olar. Bu vəziyyətdə valideynlər öz uşaqlarının yanında valideynlik nüfuzunu itirirlər, axı nənə ilə daha xoş və rahat dil tapmaq olur. Valideynlərin yanına qayıdan usaqla valideyn arasında müəyyən olunmuş qaydalara görə fikir ayrılığı yaranır.
  • Tez-tez şirniyyat qonaqlığının da xeyri olmayacaq. Bu, ən azı dişlərdə kariesin yaranmasına və iştahanın olmamasına səbəbdir.

Əlbəttə, yaşlı qohumlar tərəfindən olan bu kimi qayğı və məhəbbətin zərəri göz qabağındadır. Əgər həyatınızda belə bir vəziyyət yaranıbsa, mütləq onun həll yolunu axtarmaq lazımdır.

Vəziyyətin həll yolları

Əgər nənənin sevgisi sərhədləri keçir və uşağın davranışı mənfiyə doğru dəyişməyə başlayırsa, tədbirin görülməsi mütləqdir.
Nə etməli və bu vəziyyətdən necə çıxış yolu tapmaq olar? Yaranmış vəziyyəti həll etməyə kömək edə biləcək bir neçə yanaşma mövcuddur:

  1. Nənə ilə danışmağa çalışın. Ona konkret nəticəli misallar çəkərək, davranışının düzgün olmadığını izah edin.
  2. Əgər hər şeyə icazə verən nənənin davranışı bütün sərhədləri aşır və sizin uşağın davranışına mənfi təsir edirsə , qəti tədbirlər görməyin zamanıdır. Bir müddət uşağı nənənin yanına aparmayın.
  3.  Əgər siz nənə ilə birlikdə yaşayırsınızsa və nənənin davranışı uşağın ərköyün olmasına səbəb olursa, burada ən radikal çıxış yolu — köçmə və müstəqil yaşamaqdır. Əlbəttə, bu halda sizə məişət işlərində bir qədər çətin olacaq, axı nənə sizə çox sayda ev işlərinə kömək olurdu. Lakin bu yalnız ilk vaxtlar çətin gələcək, zaman keçdikcə siz yalnız özünüzə ümid olmağı, uşağınızsa bir qədər sərbəst olmağı öyrənəcək. Ən əsası — siz ananız ilə mübahisə etməyib, səmimi münasibətləri qoruyacaqsınız.
  4. Əsaslı arqumentlərdən istifadə edin, amma bunu əsaslı və nəzakətlə edin. Əgər uşaq deyirki, «nənənin yanında gec yatmaq olardı». Cavab: nənənin yanında tətildə olduğu üçün səhər tezdən durmağa ehtiyac yox idi və nənə gec yatmağa icazə verdi. Evdə isə o, vaxtında yatmalıdır, çünki səhər məktəbə hazırlaşmaq lazımdır.
  5. Uşağınızın tərbiyəsi ilə məşğul olun, ona nümunələrlə düzgün davranış qaydalarını, böyüklərə hörmətlə yanaşmağı, ev işlərində onlara kömək etməyi öyrədin. Bu cür yanaşma ilə çətin ki, uşağınız özündən sonra düzəldilməyən çarpayısını nənəsi üçün saxlasın. Sevən və ədalətli valideyn olun, bu yolla siz nüfuzunuzu qoruya biləcəksiz.
  6. Heç bir halda, nənə düz etmir deyib, nənəni uşağın gözündə alçaltmayın. Sadəcə hər zaman haqlı olduğunuzun ağıllı səbəblərini tapmağa çalışın.

Eləcə də nənə ilə görüşməyi məhrum etməyin, öz uşaqlığınızı yada salın. Yəqin ən isti xatirələr baba və nənə ilə bağlıdır. Xatırlayın ki, siz məktəb tətillərində necə onlara bağ evinə gedirdiz. Onların nağıllarına və ya həyatları ilə bağlı hekayələrə qulaq asırdız. Nənələr necə yeməklər hazırlayırdı. Bu kimi xatirələrdən uşağımızı məhrum etmək əlbətdəki, düzgün deyil.

Nəvənin düzgün tərbiyələndirmə üsulu

Əgər siz nəvnene usağı erkoyun edirənizin tərbiyəsində kömək etmək istəyirsinizsə,  onunla münasibətinizi dəyişməli və heç bir halda valideynləri əvəz etməyə çalışmamalısız. Yadda saxlayın ki, sizin köməyiniz müvəqqəti xarakter daşıyır və bu halda, körpənin valideynləri hər zaman nümunə olmalıdır!

Sevilən və ciddi olun. Nənə kimi siz daha yumuşaq ola bilərsiniz. Amma valideynlər tərəfindən müəyyən edilmiş qaydaları pozmağa dəyməz. Nəvələrinizi ilə vaxtilə uşaqlarınızı tərbiyələndirdiyiniz kimi tərbiyələndirməyə çalışmayın. Nəvələr həmişə öz uşaqlarımızdan fərqlənir. Səbəb, bir çox şeylər baxışları radikal şəkildə dəyişib. Bu bir növ bələnməyə oxşayır. Əvvəllər uşaq mütləq bələnərdisə, indi ümumiyyətlə bələnmir. Bir çox tərbiyə məsələləri də bu cür davam edir.

Ola bilsin ki, sizin yardım etmə təklifiniz qəbul olunmasın. Xüsusilə qaynanalar, kədərlənməyə dəyməz. Bu həyatdır. Və əgər valideynlər özləri bunun öhdəsindən gəlirlərsə, burada pis nə var axı. Pis odur ki, uşaq nənəyə verilir və onun taleyi ilə maraqlanılmır. Əgər siz nəvənin həyatında fəal iştirak etmirsinizsə, onda siz onun maraqları, sağlamlığı və təhsili ilə maraqlana bilərsiz. Hansısa anlaşılmazlığın olmaması üçün, qonaq gederkən, məsələn, bilməlisizki, uşağın müəyyən məhsullara allergiyası var.
Yaşlı qohumların məhəbbəti, şübhəsiz ki, vacibdir və onların iştirakı əvəzolunmazdır! Lakin imkan vermək olmaz ki, nənənin hədsiz qayğısı, nəvəyə çarəsiz ziyan vursun. Başçılıq həmişə valideynlərin əlində qalmalıdır, onların nüfuzu — sarsılmazdır! Yalnız belə şəraitdə uşaqlar təmkinli, müstəqil, özünə inamlı böyüyür. Belə ki, baba və nənələrlə uşaqların tərbiyəsi, yalnız bu konsepsiyanı birlikdə başa düşdükdən sonra mümkün və çox faydalı olacaq.

erkoyun usaq

 

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az