Bizə yazın

İdman və uşaq. Nədən başlayım?

08.04.2017

İdman balacaların inkişafında böyük rol oynayır. İdmanla məşğul olmaq uşağı yalnız güclü, cəld və çevik etmir. O, fiziki inkişafı ilə yanaşı psixoloji inkişafı da gücləndirir. Uşaq hərtərəfli inkişaf edir. O, mübarizə aparıb, qalib gəlməyi öyrənir, bu keyfiyyətlər isə həyatda çox vacibdir. Lakin, sadə bədən tərbiyəsi ilə professional idmanı bir-birindən fərqləndirmək lazımdır. Peşəkar idmançı yetişdirmək istəyən valideyn anlamalıdır ki, bu, balaca insandan olduqca çox vaxt və qüvvə tələb edəcək. Onu da bilməyiniz vacibdirki, hər bir uşaq ciddi fiziki və psixoloji gərginliklərə davam gətirmək iqtidarında deyil.

Belə qərar qəbul edərkən, ana və ata üzərinə böyük məsuliyyət götürür. Buna görədə qərar qəbul etmədən əvvəl onun «müsbət» və «mənfi« tərəflərini bir-neçə dəfə düşünməyiniz lazımdır.  Burada yalnız iki sual yaranır: Hansı yaşda və nədən başlamaq olar?

Ən balacalar üçün

Körpə doğulandan sonra onunla idman edə bilərsiz. Bu ən balacalar üçün nəzərdə tutulan  masaj, ananın əlləri ilə toxunma, adi gimnastikadan ibarətdir. Bundan əlavə, bəzi valideynlər dinamik gimnastikanı tətbiq edir.

2 yaşlı uşaq üçünisvec divari

2-3 yaş arası uşaqla siz evdə fiziki inkişafla məşqul ola bilərsiz. İsveç divarı, müxtəlif uşaq trenajorları, boulinq ev oyunu ala bilərsiz. Bu yaşda uşaq və idman ayrılmazdır. Uşaqlar kifayət qədər fəal olurlar,  buna görədə təmiz havada gəzinti zamanı onlara qaçmağa, oynamağa, turnikdən sallanmağa imkan verin. Bu gün bir çox yeni uşaq meydançaları trenajorlarla təchiz olunub, özunüzü uşaqla birlikdə belə meydançalara getməyi vərdiş edin. Artıq bu yaşda uşağa velosiped də almaq olar. 

3 yaşdan sonra

3-4 yaşda, artıq fiqurlu konkisürmə növü, üzgüçülük, bədii və ya idman gimnastikası, akrobatika və digər idman növləri ilə məşğul olmağa başlamaq olar. Bu idman növləri plastiklik və çeviklik tələb edir. Daha gec yaşda bu keyfiyyətləri inkişaf etdirmək daha çətindir.

5 yaşdan sonra uşaqlar üçün

5-6 yaşında uşaqlar üçün bu idman növlərinə; böyük tennis, futbol, xokkey, bal rəqsləri və ya yüngül atletikaya diqqət yetirmək olar.

Əgər uşaq idmanla məşqul olmaq istəmirsə?

Artıq bir neçə məşqdən sonra uşaq idmana getmək istəmirsə, nə etmək olar?

  • ilk növbədə, uşağın idmandan imtina səbəbini aydınlaşdırmaq lazımdır. Ola bilərki, bu idman növü sizin uşaq üçün ağırdır və o buna hələ hazır deyil. Ya da onda nə isə alınmır, nəticədə o kədərlənir və ümumiyyətlə bu dərnəyə gəlmək istəmir.
  • İkincisi, tapşırıq aydın olanda, onun öhdəsindən gəlmək asan olur. Bir müddət evdə onunla az-az məşğul olmağa çalışın ki, məktəbdə məşq ona asan görünsün. Bəli, əziz valideynlər, uşaqlar bəzən bizim kimi idmana tənbəllik edirlər — axı cizgi filminə baxmaq və ya oyun oynamaq daha asandır.

Bu  haldan yalnız şəxsi nümunə xilas edə bilər. Variant kimi bütün uşaqlar valideynlərini öyrətməyi sevirlər, qoy o sizin məşqçiniz olsun. Bu zaman sizin öyrənməyiniz üçün o sizə hərəkətləri, qeyri-ixtiyari göstərməli olacaq.

korpe ve idman

Bu hiylələr kömək etmirsə, nə etmək olar?

Əgər heçnə uşağınızı həvəsləndirmirsə, o zaman başqa idman növünü yoxlamağı təklif edirik. Bir neçə idman növünü dəyişmək qorxulu deyil, əsas olan məhz sizin uşağa maraqlı olan idman növünü tapmaqdır. Biz valideynlər öz istəklərimiz üçün deyil, uşağımızın ahəngdar şəxsiyyətin inkişafına çalışırıq.

Əsas qayda: onu xoşuna gəlmədəyi işlə məşqul olmağı məcbur etməməkdir. Uşaq yalnız o halda yaxşı nəticələrə nail ola bilər ki, əgər o sevdiyi idmanla məşqul olursa. Əgər oğlunuz xokkey ilə məşqul olmaq istədiyi halda, siz onu futbola məcbur edirsizsə, tezliklə o, tam həvəsdən düşəcək və məşqlərə getmək istəməyəcək. Üstəlik, idman təkcə medal deyil. Bəzən zədələr də olur. Tez-tez bu zədələr məcburi məşğul olan uşaqlarda baş verir.

idman geyimi usaq ucun

İdman həm də bir üslubdur!

Yəqin ki, sizin uşağınız gözəl və dəbli idman geyiminə sahiblənməsinə razı qalacaq.

Uşaq idman ayaqqabısına qənaət etməyin — o, keyfiyyətli, rahat və hava keçirən olmalıdır.

Uşaq üçün idman geyimini isə təbii parçalardan seçin.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az