Bizə yazın

Boşanma və uşaqlar

05.08.2017

Təəssüf ki, boşanmalar bizim dövrdə çox tez-tez baş verir. Ayrılıq prosesində, partnyorlara heç də həmişə soyuqqanlı və sakit qalmaq nəsib olmur. Stress anında, insan adekvat düşünmək və düzgün qərarlar qəbul etmək qabiliyyətini itirir. Mənfi emosiyalarla dolu olan tərəflər çox vaxt, boşanmanın üçüncü tərəfi olan – öz övladı haqqında unudurlar. Uşağın hansı yaşda olmasından asılı olmayaraq, valideynlərin boşanması uşaq tərəfindən demək olar ki, həmişə ağır qarşılanır.

Düşünməyin ki, uşaq hələ balacadır və o ailədə nə baş verdiyini anlamır. Əgər valideynlər arasında olan münaqişələr bosanmavə münasibətlərin aydınlaşması uşağın yanında baş veribsə, boşanma zamanı o, artıq nəyin baş verdiyini başa düşür. Uşağa, boşanma qərarı haqqında elə demək lazımdır ki, o özlüyündə müəyyən müstəqil nəticələr edə bilsin. Ən əsası, o hiss etməlidir ki, boşanma onunla valideynlərin münasibətinə heç cür təsir etməyəcək. Boşanma uşağın həyatını sındırmalı deyil. Valideynlərin boşanması, uşağın gözündə, həyatını yaxşı vəziyyətə dəyişmək cəhdi kimi görünməlidir. Boşanma uşaq üçün faciə olmamalıdır. O, valideynlərin bir-birinə olan qəzəb, nifrət və istirabını görməməlidir. Boşanmadan sonra uşaq, valideynlər arasında, onun tərbiyəsinə istiqamətlənmiş tərəfdaşlıq münasibətlərini görməlidir. Münaqişələr, mübahisələr, əmlak bölgüsü, araşdırmalar, münasibətlərin aydınlaşması kimi hadisələri uşaq görməməlidir. Boşanmanı uşaq, valideynlərinin birindən məhrum olma kimi deyil, yalnız ər-arvad arasında sevgi münasibətlərinin bitməsi kimi başa düşməsi daha düzgündür.

Statistikaya görə boşanmadan sonra, daha çox uşaqlar ana ilə yaşamağa qalır. Amma nə qədər yaxşı, qayğıkeş və gözəl bir ana olmasına baxmayaraq, uşağın hər zaman ataya, onun məhbbətinə, qayğısına, həyatında iştirakına ehtiyacı var. Uşağı öz müharibənizə sövq etməyin,onu ailə münaqişələrinizin girovuna çevirməyin. Belə hallar olur ki, uşaq illərlə valideyn münasibətlərində manipulyasiya aləti kimi istifadə olunur. Bəzən boşanmadan sonra valideynlər öz aralarında əlaqələri tamam kəsir. Bəzən analar keçmiş həyat yoldaşına uşaqla görüşməyi qadağan edir. Bəzən də, atalar özləri boşanmadan sonra, uşaqla münasibəti bitirirlər. Əgər valideynlər üçün bu – yeni həyata sıfırdan başlamaq şansıdırsa, uşaq üçün isə bu ağır psixoloji zərbədir. Uşaqlar nadir hallarda valideynlərin boşanmasını qəbul edib, onunla barışırlar. Uşaq hələ uzun müddət ümid edir ki, ata qayıdacaq və onlar birlikdə yenidən xoşbəxt  yaşayacaq.

Uşaq öz hisslərini və emosiyalarını gizlədə bilər, amma ona daxildən çox ağırdır. Əgər ata ailədən gedirsə, o zaman balaca özünü atılmış kimi hiss etməyə başlayır, bununla bağlı onda utancaqlıq və özünə inamsızlıq kompleksi yarana bilər. Bu da gələcəkdə yaşıdları ilə münasibətdə problemlərlə, növbəti çətinliklərin yaranması ilə nəticələnəcək.

  • Əgər qız ailədə atasız böyüyürsə, bu hal uşaqda gələcəkdə kişilərə nifrət hissini aşılaya bilər. Aldadan və anasını uşaqla tərk etmiş ata obrazı, şüuraltı bütün kişilərdə əksini göstərə bilir. Bu vəziyyəti dəyişmək çox çətindir.
  •  Oğlan uşağına belə vəziyyət, iki nəticəyə gətirib çıxara bilər: Ya o barışır, analıq qəyyumluğunu qəbul edərək, ana uşağı kimi böyüyür; ya da anaya müqavimət göstərməyə və ətrafını kişi əhatəsi ilə doldurmağa çalışır.

Bəzi analar, boşanmadan, alınmayan münasibətlərdən məyus olaraq, bütün həyatlarını tək uşağa həsr etməyi qərara alırlar. Onlar uşağı həddən artıq qayğı və məhəbbətlə əhatə edirlər. Nəticədə özləri də dərk etmədən, uşaqda müstəqil şəxsiyyət formasını məhv edirlər. Bu tərbiyədə ərköyün, eqoist, tamamilə hayata uyğunlaşmamış, anadan kənar addım ata bilməyən bir uşaq böyüyür. bosanmada usaqlar

Tənha anaların uşaq tərbiyəsində digər yanaşması – hədsiz qəddarlıqdır. Körpəni ərköyün böyütməkdən ehtiyatlanaraq, hər cüzi xətalara görə onu cəzalandırmağa başlayırlar. Ən əhəmiyyətsiz fikir ayrılıqları, şəxsi münaqişələrə gətirib çıxarır. Bu da əlbətdə ki, onun tərbiyəsinə əks təsir edir. Davranış və tərbiyə tərzi, düşünülmüş və ölçülüb-biçilmiş olmalıdır. Uşağın tam mükəmml insan kim böyüməsi, gələcəkdə normal ailə qurması üçün, o, qadın və kişi münasibətlərinin normal nümunəsinin şahidi olmalıdır.

Valideynlərə məsləhət

  • Boşanma haqqında məlumat uşağa hər halda bildirilməlidir. Valideynlər arasında gərginlik, anlaşılmazlıq, irrlər uşaqlarda müxtəlif fantaziyaların yaranmasına yol verərək, onlarda,  maraq və həyəcan doğurur. Söhbət zamanı, uşağın yanında münaqişə yaranması üçün, bu söhbətə valideynlər əvvəlcədən hazırlaşmalıdırlar. “Bu çətin vəziyyətdən keçməyə, uşağa kömək etmək lazımdır” anlayışı valideynlərə razılığa gəlməyə imkan verə bilər.
  • Uşağa çatdırmaq vacibdir ki, ayrılıq onunla deyil, valideynlər arasındadır. Ona görə də hər iki valideyn onu əvvəlki kimi sevir və qayğı göstərəcək. Sadəcə, indi bu, bir qədər fərqli olacaq. Əgər uşaq bunun necə baş verəcəyini dəfələrlə soruşsa, təəcüblənmədən onun suallarına səbrlə cavab verin. Bu onun daxilində olan təşvişin aradan qalxmasına, kömək edəcək.
  • Ayrılığın təfərrüatını uşağa danışmağa ehtiyac yoxdur. Ona demək mütləq deyil ki, kim kimə, nə vaxt və neçə dəfə xəyanət edib. Bu cür məlumatlar valideyni, uşağın gözündə alçaldır, buna görə də belə faktları gizlətmək lazımdır. Sadə və aydın sözlər tapın, məsələn, “belə alındı ki, biz daha bir yerdə yaşaya bilmirik. Bizə çətindir. Çox olur ki, valideynlər müxtəlif yerlərdə yaşayırlar”. Uşaq nə qədər kiçikdirsə, o qədər ona az informasiya lazımdır. Əgər 3-4  yaşda olan uşağa izah üçün bir neçə cümlə kifayət olacaqsa, daha böyük uşaq təfərrüatı öyrənmək üçün daha çox sual verəcək. Bu zaman yaranmış vəziyyətlə, təəssüf etdiyinizi bildirərək, onu dəstəkləyin. Mütləq qeyd edin ki, siz birlikdə yeni dəyişikliklərin öhdəsindən gələcəksiniz.
  • Söhbət yalnız o halda baş verməlidir ki, bu, düşünülmüş və son qərardır. Olur ki, coşan emosiyalar zamanı, öz yarısından hansısa hərəkətləri gözləmək naminə, boşanma ilə manipulyasiya etməyə çalışırlar. Belə söhbətlər həyəcanı artıraraq, uşağın sabit və təhlükəsiz dünya mənzərəsini dağıdır. Bu xüsusilə, körpələrdən fərqli olaraq, daha çox bilən və anlayan məktəbyaşlı uşaqlara aiddir. Valideynləri barışdılar, uşaqların psixikası isə valideynlərin boşanma söhbətinə görə travmaya məruz qaldı.
  • Aydındır ki, boşanmadan sonra valideynlərin özləridə bir müddət ağır mənəvi sarsıntı altında olurlar. Valideynlərin emosional vəziyyəti, uşaq üzərində güclü təsir göstərir. Əgər hiss edirsiniz ki, hələ də özünüzü toplaya bilməmisiniz, doğmaların, dostların yardımını axtarın, psixoloqa müraciət edin. Sizin gərginliyiniz, mütləq uşağın davranışlarında əksini gösərəcəkdir.
  • Əgər boşanma qarşılıqlı razılıq əsasında deyilsə, tərəflərdən biri iztirab çəkirsə – onu atıblar, onda uşaqlar daha çox iztirab çəkir. Əziz olan insanlardan birinin digərinə verdiyi əzabı görmək, onların psixoloji vəziyyəti üçün çox çətin məqamdır. Axı onlar hər iki valideynini sevirlər. Tez-tez valideynlər uşağın məhz onun tərəfində durmasını gözləyirlər, onlar isə heç kimin tərəfində ola bilməz. Belə vəziyyətdə uşaqlar, ana və atanın birləşmələri, hər şeyin geri qayıtması üçün var gücləri ilə çalışırlar. Eyni zamanda onların gücü, energiyası inkişafa, ünsiyyətə, öz maraq və əyləncələrinə deyil, iztirabı azaltmağa sərf olunur. Uşaqlarınızı ata əlaqəsindən kəsməyin. Ailənin dağılması uşaqlar üçün pisdir, amma münaqişəli formal ailədə də yaşamaq pisdir. Heç kimə məlum deyil ki, uşaq hansı doğru yoldur: valideynlərin boşanması yoxsa onların uğursuz nigahı. Ona görə də valideynlərin uşağa görə münasibəti kəsilməməlidir.
  • Yaxınlarınız və keçmiş həyat yoldaşınızın qohumları ilə vəziyyəti müzakirə edin. Onları başa salın ki, uşaq üçün onların dəstəyi və münasibətlərin davam etməsi çox vacibdir.
  • İmkan daxilində bu dövrdə yaşayış yeri, məktəbi dəyişməyin. Bu dövrdə, əksəriyyət uşaqlar üçün alışmış emosional əlaqələr xüsusilə vacibdir.
  • Uşaqla razılaşın ki, əgər kimsə ətrafdakılardan boşanma haqqında sual verərsə, cavab vermək lazımdır. İzah edin ki, bu, bir çox insanın həyatında olur və buna görə o, utanmalı deyil.
  • Özlüyünüzdə qərara gəlin ki, heç vaxt uşağa, ata və ya anasını pisləməyəcəksiz.  Axı, o özünü sizin hər ikinizin hissəsi kimi qəbul edir. Deməli, əgər siz keçmiş həyat yoldaşınız haqqında pis danışırsızsa, bu, uşağın özünə zərbədir . Bütün məsələlərə görə olmasada, çalışın ki, öz aranızda normal münasibəti bərpa edib və qoruyasız. Bu, uşağın mənliyi və özünə inamı üçün vacibdir.
  • Öz həyatınız və uşağınızın həyatını yeni məşquliyyət, ünsiyyət və ya səfərlərlə doldurun. Boşanmadan bir müddət sonra uşağın emosional vəziyyəti tədricən normaya qayıdır.

bosanma zamani usaqlar

Böyüklər, xasiyyət, təcrübə və digər resurslardan istifadə edərək, müxtəlif çətinliklər və problemlərin öhdəsindən gələ bilərlər. Amma əgər qəbul olunan qərarlar və dəyişikliklər, uşağın həyatına, bu gününə və gələcəyinə toxunursa, valideynlər onların narahatçılıq və anlayışını yüngülləşdirməsi üçün maksimum səy göstərməlidirlər. Unutmayın ki, uşaqlar bizim sabahımızdır!

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan