Bizə yazın
[contact-form-7 404 "Not Found"]

Balacalar üçün etiket qaydaları

30.08.2017

E.V. Sokolova kitabının motivləri əsasında balacalar üçün 20 qısa etiket qaydaları:

  1. Görüşəndə həmişə salamlaşmaq lazımdır.
  2. Böyüklərə “Salam” deməyə unutma .
  3. Yaşıdlarınla görüşəndə, salamlaşmağı unutma.
  4. Böyüklərlə vidalaşanda “Sağol” demək lazımdır.
  5. Dostlarına “hələlik” deyə bilərsən.
  6.  Əgər başqasının oyuncaqları ilə oynamaq istəyirsənsə, de: “Mənə ver, xahiş edirəm”.
  7. Hədiyyə aldığın zaman “Təşəkkür edirəm!” Deməyi unutma.
  8. Yatmazdan əvvəl hamıya “Gecəniz xeyrə” arzula.
  9. Oyananda “Sabahınız xeyir” deməyi unutma.
  10. Oğlan qızı irəli buraxmalıdır.
  11.  Nəqliyyatda böyüklərə yer ver.
  12. Oğlan avtobusdan çıxan zaman qıza kömək etməlidir.
  13. Danışanda əllərini yelləmə.
  14. Otağa girəndə, kişi baş geyimini çıxarmalıdır.
  15. Yeməkdən əvvəl əllərini yumağı unutma.
  16. Yemək zamanı danışma.
  17. Yemək alətlərindən daim istifadə et.
  18. Dirsekləri masaya qoyma.
  19. Yemək yeyəndə ağzını marçıldatma.
  20. Böyüklərin sözünü kəsmə. Əgər nəsə demək istəsən, böyüklərin söhbətinin bitirməsini gözlə.
Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az