Bizə yazın

Aqressiv uşaqla necə davranmalı?

22.12.2016

Heçdə xoş olmayan günlərin birində valideynlər hiss edirlərki, hər tərəfdən onların uşağına görə həddindən artıq şikayətlər gəlir. Niyə ailədə təcavüzkar böyüyür? Uşaqlara özünü düzgün aparmaq qaydasını necə öyrətmək olar? Niyə belə aqressiv olurlar?

Aqressivlik və Yaş

Aqressivlik – erkən yaş və məktəbəqədər uşaqlaın inkişafının tərkib hissəsidir. Belə aqressiv yolla uşaqlar müxtəlif vəziyyətlərin öhdəsindən gəlməyə, icazə sərhədlərini test etməyə, emosiyalarını ifadə etməyə və hisslərini çatdırmağa çalışırlar. Lakin bir çox valideynlər uşaqlarının belə aqressivcəsinə digər uşaqları təpiklə vurduğunu, oyuncaqları atmağını gördükdə sözün əsl mənasında şok yaşayırlar. Bu anda analar aqressiv uşağı ilə danışmağa, onu cəzalandırmağa hətta həkimlə məsləhətləşməyi düşünürlər. Yadda saxlamaq lazımdırki, hər aqressiv hal digərindən fərqlənir və ona olan reaksiya uşağın yaşına və etmə səbəbinə görə fərqlənməlidir.

Uşaqlarda fiziki aqressivlik 1-2 yaşlarından yaranır, 3-4 yaşlarında bu hal tez-tez baş verir. 4 yaşda bu hal demək olarki keçib gedir, beləki uşaq artıq öz emosiya və istəklərini başa düşür. Və o öz ehtiyaclarını anlatmaq üçün artıq yumuruqla qışqıraraq deyil, sözlə izzah etməyi öyrənməyə başlayır. Əgər vurmaq dişləmək kimi hallar 5 yaşda da davam edirsə, bu aqressivliyin xroniki formasına yəni uşağın yetkinlik yaşına da keçə biləcəyindən xəbər verir.

Aqressivliyin səbəbi

Belə davranışlar adətən bəzi stress, qorxu, qısqanclıq və hirs kimi emosiyalara cavab verməkdən ötrü yaranır. Uşaq hələ öz hisslərini necə kontrol edib, ifadə edəcəyini bilmir. Bu səbəbdən də onun hirsi aqressiv davranış kimi ifadə olunur. usaqlarda aqressivlik

  • Uşaqlar öz yaxın adamlarını təqlid etməyə meyllidirlər. Əgər ailənəzdə hirslə bərkdən danışıq olursa, münaqişə vəziyyətində fiziki güc istifadə edilirsə, eyni reaksiyanı uşağınızda görsəz təəccüb etməyin. Valideynlərin bu kimi hərəkətləri uşaqlara birbaşa təsir edir, bunları görən uşaq danışarkən güc tətbiq edilməsini normal hal kimi başa düşür.
  • Belə ehtimalda vardırki, uşaqlarda aqressivlik özünə diqqətin çəkilməsi üçün edilən bir vasitədir. Uşaqlar adətən diqqet və sevginizə ehtiyacı olduqlarını birbaşa deyə bilmirlər. Əgər sevgi və diqqətiniz başqa uşaqla bölünürsə, bu zaman digər uşaq hər yolla diqqətinizi cəlb etməyə çalışacaq.
  • Televiziya və video oyunlarıda uşaqda aqressiyanın yaranmasında səbəbkar ola bilər. Təəssüf ki, bir çox cizgi filmiləri balacalar üçün nümunəvi deyildir və ideal cizgi filmi tapmaq çətindir.

Aqressiv uşaqla necə davranmalı?

Aqressivlik yaşla əlaqəli olmağına baxmayaraq, her şey tədricən keçəcək deməklə zamanın öhdəsinə buraxmaq olmaz. Uşağın bu kimi hərəkətlərinə düzgün qiymətləndirib, düzgün cavab vermək lazımdır. Bəs balaca dələduzla necə davranaq?

  • Hirsi açıq şəkildə ifadə etməyi öyrədin.

Psixoloqlar uşağın söz ehtiyatını genişləndirməyi məsləhət edirlər; Məsələn “Mən kədərliyəm”, “Mən razı deyiləm”, “Mən hirslənmişəm”, və s. Əgər uşaq hələ kiçikdirsə, siz özünüz hisslərini ifadə edin; “Görürəm mən o oyuncağı almadığıma görə sən mənə hirslənmisən. Gəl indi gedək yellənək, oyuncağı növbəti dəfə alarıq.” Uşağa mənfi emosiyalarını tökməyə imkan yaradın. Qoyun o boks şarı ilə döyüşsün, qoyun o adam fiqurlu kağızı əzsin atsın, hamamda dəniz döyüşü qursun.

  • Lazımı diqqəti verin.

Uşaq hər gün zəruriliyini və sizin qayğınızı hiss etməlidir. Ona yaxın oturun onun maraqlarına səmimi maraq göstərin. Bu yolla uşağın sizin fikrinizi cəlb etmək üçün hirsini qəzəbini göstərməyə heç bir səbəbi olmayacaq. Yeri gəlmişkən heç vaxt uşağa “əgər sən özünü belə aparmağa davam etsə, mən səni sevməyəcəyəm” deyərək hədələməyin!

  • Yaxşı davranışı mükafatlandırın.

Əgər uşağınız keçən dəfəki aqressivlik davranışından fərqli olaraq bu dəfə düzgün davranırsa, buna daha çox diqqət edin. ” Sən Murada maşınınla oynamağa icazə verdin, Afusaqlarda aqressivliyin aradan qaldirilmasıərin sənə. Ağıllı tərbiyəli uşaqlar belə edir, Afərin!” Əgər uşağınız həyətdə digər uşağı vurubsa, həmin uşağı sakitləşdirin. Və uşağınıza narazılığınızı bildirin, onun düzgün etmədiyini və sizin və digər insanların xoşuna gəlmədiyini izzah edin.

  • Nümunə olun.

Aydındırki, uşaqlar valedeynlərinin davranışlarını təqlid edirlər. Hər dəfə uşağın yanında yaranan münaqişədə qışqırmaq və ya zor tətbiq etmək istədiyinizdə bunu yadınıza salınki, mütləq sabah uşaqda bu davranışı təkrar edəcək. Axı ailədə gərginlik qışqırmaqla davayla aradan qaldırılırsa, o zaman tezliklə bu aqressivlik uşağın xasiyyətində sabitlənəcək.

  • Tərbiyə metodunuzu bir daha nəzərdən keçirin.

Ola bilərki evdə uşağa qoyulan məhdudiyyətlər və qadağalar həddən artıq çoxdur. Çox məhdudiyyətli evdə tərbiyələnən uşaq böyük məmuniyyətlə mənfi emosiyalarını bağçada və ya həyətdə  göstərə bilir. Fiziki cəzalardan tamamilə əl çəkin. Əks halda uşaq kimisə incitməyi- normal hal kimi başa düşəcək.

  • Televiziya izlənməsini məhdudlaşdırın.

İlk baxışda günahsız sadə görünən cizgi filmləri, uşaq şouları əslində qışqırıq, dava ilə boldur. Əgər məhdudiyyətlər alınmırsa, çalışın sizdə uşaqla bir yerdə baxaraq, olanları müzakirə edib, nümunəvi davranışları qabardın. “Məncə bu oğlan özünü heç düzgün aparmadı, gördün pişiyi necə vurdu? Özünü belə aparmaq düzgün deyil, düzdür?”

  • Vəziyyəti misal üzərində izzah edin.

Uşaqla kuklalar üzərində müxtəlif münaqişə vəziyyətlərində ( məsələn avtomobil bölüşməsi üzərində) süjet üzərində oynayın. Oyunda düzgün davranışı izzah edərək vurğulayın. Uşaqlar məhz notasiya üzərində deyil, oyun və cəmiyyətdə davranış qaydalarını öyrənərək, onu real həyatda tətbiq edirlər.

  • Əsaslı olun.

Çalışın uşağın aqressiv hərəkətinə dərhal və eyni cür cavab verin. “Sən yenə dalaşırsan. Gərək sən tək oynayasan” Bu cür uşaq hər bir yaxşı olmayan hərəkətində sizin cəzanızın olacağını anlayacaq. Bununla o davranışlarını kontrol etməyi öyrənəcək.

 

Ən əhəmiyyətlisi unutmayınki, uşaq aqressivliyi bilərəkdən göstərmir. Sadəcə o qəzəbini kontrol edib, düzgün göstərməyi bilmir. Sizin  uşağınıza olan diqqətiniz, səbrlə və sevgiylə yanaşmanız həqiqətəndə möcüzə yarada bilər. Yalnız bu yolla siz balanızı aqressivlikden azad edə, səbrli olmağı və yaxşı davranmağı öyrədəcəksiz.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan