Bizə yazın

Körpənin boğazını necə müalicə etməli?

31.07.2016

Hər bir ana öz körpəsinin daim sağlam olmasını istəyir, amma təəssüf ki, uşaqlar bəzən xəstələnirlər. Uşağın hər bir xəstəliyi valideynlərini narahat edir. Boğaz ağrısı hətta südəmər körpələrdə də baş verə bilər. Balaca körpələri nəyin narahat etdiyini müəyyən etmək çətindir, çünki onlar harasının ağrıdığını izah edə bilmirlər. Bu səbəbdən, əgər körpə ağlayırsa, yeməkdən imtina edirsə, o halda onun boğazına diqqət yetirmək lazımdır – çox güman ki, uşağın özünü pis hiss etməsi onun boğaz ağrısı ilə əlaqədardır. Bu halda körpəyə necə kömək etməyi bilmək lazımdır.

Boğaz ağrısının səbəbləri

Qayğıkeş ana uşağın xəstələndiyini bilən kimi həkim çağırmalıdır. Yalnız mütəxəssis terapiya təyin edərək 1 yaşlı uşağın boğazını necə müalicə etmək lazım olduğunu ətraflı izah edə bilər. Qızartı və ağrılar aşağıdakı səbəblərdən yarana bilər:

  • bakterial infeksiyalar;
  • allergik reaksiyalar;
  • virus infeksiyaları;
  • bədənin soyuması, soyuq qidanın və içkinin qəbulu;
  • dişçixarma

Bəzi hallarda buna səbəb həzm orqanlarındakı problemlər ola bilər. Müstəqil diaqnostika ilə məşğul olmaq və sərbəst şəkildə dərman seçmək məsləhət görülmür, çünki bu, uşağın vəziyyətini daha da pisləşdirərək ona ziyan vura bilər.

1 yaşlı uşağın boğazındakı qızartını necə müalicə etməli ?

Əgər xəstəliyin səbəbi bakterial infeksiyadırsa, məsələn, anginadırsa, o halda həkim antibiotik təyin edəcək. Soyuqdəymə zamanı nebulayzerin köməyi ilə inqalyasiya etmək olar. Bu zaman fizioloji məhluldan və ya mineral sudan istifadə olunur. Həmçinin, körpəyə çobanyastığı çayı da təklif etmək olar, çünki bu çay iltihab əleyhinə təsirə malikdir. Bu cür içki qıcıqlanmanı aradan qaldıracaq, ağrını azaldacaq və uşağın sağalmasını sürətləndirəcək. Amma 1 yaşlı uşağın boğazı ağrıyarkən onu necə müalicə etmək barədə düşündükdə aşağıdakı tövsiyyələri yadda saxlamaq lazımdır:

  • uşağa çoxlu ilıq maye içirmək lazımdır;
  • otağın havasını tez-tez dəyişmək, nəm əski ilə təmizlik işləri aparmaq lazımdır;
  • uşağa bərk qida vermək olmaz;
  • uşağa sorma həblər şəklində dərmanlar vermək olmaz.

Əgər körpə hələ ana südü ilə qidalandırsa, bu çox yaxşıdır, çünki ana südü xəstəliyin aradan qaldırılmasına kömək edir. Bir yaşlı və ya yaşyarımlıq körpənin boğazını necə müalicə etməyi qərarlaşdırmazdan əvvəl pediatrla məsləhətləşmək lazımdır. Əgər uşağın hərarəti yüksəkdirsə, səpki və ya qaşınma yaranıbsa, o halda mütəxəssisə mümkün qədər tez müraciət edilməlidir.

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan