Bizə yazın

Qurudulmuş meyvələrdən ən faydalı kompot 7+

29.12.2016

Qurudulmuş meyvə buxarda hazırlanan kiçik xırdalanmış meyvədir, onlar çox faydalıdır. Bu meyvədən xüsusi üsulla hazırlanan kompot, uşaq orqanizmi üçün bütün vitaminlərini saxlayır. Bu kompot 7+ ay uşaqlar üçün uyğundur.

Qurudulmuş meyvələrdən kompot resepti

Lazımdır:

3 ərik qurusu, 3 qara gavalı qurusu, kişmiş və 1 təzə alma.korpeler ucun kompot

  1. Meyvə quruları yaxşı yuyulur və yumuşaq olması üçün bir qədər suda saxlanılır.
  2. Alma qabıqdan təmizlənir və bişirilən zaman yumuşalması üçün xırda nazik hissələrə kəsilir.
  3. Meyvələri qazana töküb, qaynayana kimi idda saxlayırıq. burada əsas olan kompotu qaynatmamaqdır. Yüksək tempiratur vitaminləri heç edir. Qaynama anında oddan alırıq və qapağı bağlı vəziyyətdə 20 dəqiqə saxlayırıq.
  4. Sonra kompotu süzürük. Üzümü çıxardırıq, o artıq bütün vitaminlərini kampota buraxmışdır. Digər meyvələri gavalı, ərik və almanı blenderlə xırdalayıb, yenidən qazana kompota tökürük.
  5. İndi yenidən kompotu süzürük, lakin bu dəfə meyvəni süzgəcdə sürtükki, bərk hissələri getsin. Bu cür bol meyvəli kompotumuz hazırdır.
Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az