Bizə yazın
[contact-form-7 id="4" title="Bizə yazın"]

Noxud püresi 6+

22.11.2017

Uşaqların inkişaf dövrlərində tərəvəz və meyvələr qədər paxlalı bitki növlərinə də ehtiyacı olur. Ancaq analar paxlalı bitkilərin uşaqda qaz yaradacağı qorxusundan, çox bu bitkilərdən istifadə etmirlər. Halbuki, doğru şəkildə hazırlanarsa, uşağınız bu ərzaqları da problemsiz bir şəkildə yeyəcəkdir. Körpələr üçün faydalı noxudərzaqlardan biri də noxuddur. Daşıdığı beta karoten, zülal, müxtəlif vitaminlər və minerallar sayəsində uşaqların inkişafına da böyük töhfələr verən noxud, püre halına gətirilərək uşaqlara verilə bilir. Lakin uşağınız hələ 6 aylıq olmayıbsa noxud püresi verməyinizi təklif etmirik. Çünki 6 aydan daha kiçik olan körpələr, noxudun püresini həzm etməkdə çətinlik çəkə bilər. Uşağınız 6 aylıq oldusa, həzm sistemi bu püreni həzm edəcək inkişafa çatmış deməkdir. Bu dövrdən sonra uşağınıza heç tərəddüd etmədən bu əlavə qidanı verə bilərsiz. Lakin hazırlıq mərhələsində diqqətli olmanızda fayda var. Xüsusilə, noxudun tam bişməsindən və körpənizin udacağı səviyyəyə gəldiyindən əmin olun.

Noxud püresi resepti

Lazım olanlar:

  • 1 ədəd kiçik boy kartof
  • 2 yemək qaşığı noxud
  •  1 xörək qaşığı süd
  •  1 xörək qaşığı zeytun yağı

Noxud püresi 6+

Noxudları bir gecə əvvəldən suda saxlamağınız lazımdır. Bu mərhələdə tez-tez noxudun suyunu dəyişdirsəniz, noxud püresinin körpədə qaz yaratmasını əngəlləmiş olarsınız. Sonra noxudları kartof ilə birgə qazanda qaynadın. Pörtənmiş kartof və noxudun içərisinə süd ilə zeytun yağını əlavə edərək, blender-dən keçirin. Əgər uşağınızın yaşı 1 yaşdan azdırsa, ana südü elavə etmək olar. Hazırladığınız püre qatı bir konsistensiyadadırsa, daha sulu bir konsistensiya etmək üçün az miqdarda ilıq su da əlavə edin.

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az