Bizə yazın

Avokado ilə yunan qabağı püresi 6+

18.02.2017

Avropa kulinariya saytlarında 6 aylıq uşaqlar üçün avokado püreləri çox populyardır. Bizim üçün isə avokado — ekzotikadır. Uşaqlar üçün avokadodan kartof, banan və ya yunan qabağı (kabaçok) ilə püre hazırlanır. Avokado vitaminlərlə, xüsusilə E və S  vitamini ilə zəngindir. Populyar olmağına baxmayaraq,  pediatr ilə məsləhətləşin ki, sizin uşağınıza avokado olarmı.

Avokado ilə yunan qabağı püresi 6+avokadoYunan qabağı, kabacok

Lazımdır:

50 qr — yunan qabağı (kabaçki), 1/2 — avokado.

  1. Yunan qabağı yuyulur, təmizlənir və xırda doğranır. 100 ml suda ağzı bağlı qazanda 10 dəq bişirilir. Sonra sudan çıxarılıb soyudulur.
  2. Bu müddət ərzində avokada yuyulur, iki hissəyə bölünüb, tumu çixarılır. Avokadonın yarısı çəngəllə əzilir.
  3. Yunan qabağı püresinə əzilmiş avokado əlavə olunur və yaxşı qarışdırılır. Pürenin yumuşaq olması ücün yunan qabağı bulyonu əlavə oluna bilər.
Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az