Bizə yazın

Uşaqlarda döş gilələrinin iltihabını necə müalicə etməli?

05.06.2016

Əgər iki həftəlik uşaqda döş gilələrinin iltihabı baş veribsə, narahatçılığa əsas yoxdur. Yalnız 1 yaşdan yuxarı uşaqlarda döş gilələrinin iltihabı ciddi xəstəliyin əlaməti ola bilər. Doğulduqdan bir müddət sonra uşaqlarda (həm qızlarda, həm də oğlanlarda) döşün qabalaşması baş verə və döş gilələrindən maye ifraz oluna bilər.

Həkimlər, orqanizmdəki hormonal dəyişikliklərlə əlaqədar olaraq, bunu normal hal hesab edirlər.

Döş gilələrinin iltihabının simptomları

Döş gilələrinin iltihabının simptomlarına  aiddir:

  • gilələrin ağrıması,möhkəmlənməsi, qızarması,
  • döş gilələrindən mayenin  ifraz olunması
  • körpədə yüksək hərarət

Bu cür simptomların yaranması ananın orqanizmindən cift vasitəsi ilə uşağın qanına döş toxumasını stimullaşdıran hormonların daxil olması ilə izah edilir. Yəni əgər uşaqda döş giləsi iltihablanıbsa, həkimlər hər hansı tədbir görülməsini düzgün hesab etmirlər: bu simptomlar kənar müdaxilə olmadan, bir-iki həftədən sonra öz-özünə aradan qalxır.

Əgər döş gilələrindən ifraz olunan maye nə ağ, nə də şəffaf deyilsə, deməli, uşaqda süd yollarının ektaziyasının (xoşxassəli tıxacın) inkişaf etməsi ehtimalı mövcuddur. Bu halda simptomlar bir neçə ay təzahür edəcək.

Uşaqda döş gilələrinin iltihabını necə müalicə etməli?

Uşaqlarda döş gilələrinin iltihabı 5% hallarda yeni doğulmuş uşaqlarda baş verir və onların sağlamlığı üçün təhlükəli deyil, yəni heç bir müalicə tələb etmir. Bu zaman valideynlərin süd vəzilərindən mayeni sıxıb çıxarması və ya döş gilələrini ovuşdurması qadağandır, çünki bu cəhdlər elə ciddi fəsadlara gətirib çıxara bilər ki, onlar öz-özünə aradan qalxmayacaq.

Əgər döş gilələrinin iltihabı 1 yaşadək uşaqlarda baş veribsə, yaxud zədə səbəbindən yaranıbsa, bu halda, əlbəttə ki, mütəxəssisə müraciət etmək lazımdır. Döş gilələrinin iltihabı döşgəlmə xəstəliyinin və ya süd vəzisi xərçənginin simptomu, yaxud da inkişaf etməkdə olan iltihab əlaməti ola bilər. Bu xəstəliklərdən hər biri dərhal yüksək ixtisaslı müalicə tələb edir.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az