Bizə yazın

Uşağın 1 yaşında nə hədiyyə etmək olar?

03.08.2016

Uşağın doğulduğu ilk gün təkcə gənc valideynlər üçün deyil, bütün yaxın qohumlar və ailənin dostları üçün də son dərəcə vacib və həyəcanlı bir hadisədir. Bir çox hallarda bu hadisə ilə əlaqədar şənlik keçirilir və bu şənliyə çoxsaylı qonaqlar dəvət olunur. Dəvət  olunmuş qonaqların əksəriyyəti bayram ərəfəsində uşağın 1 yaşının tamam olması münasibəti ilə nə hədiyyə etməyi uzun müddət qərarlaşdıra bilmirlər. Hamı çalışır ki, bu hədiyyə uşaqda müsbət emosiyalar yaratsın və eyni zamanda, valideynlərinin də xoşuna gəlsin. Bu məqalədə biz bir neçə maraqlı ideyanı sizin diqqətinizə çatdıracayiq.

Uşağın 1 yaşında nə hədiyyə etmək olar?

Həyatın bu cür zərif dövründə körpələr üçün oyuncaqlar və digər hədiyyələr cinsi mənsubiyyətə görə, demək olar ki, fərqlənmir, çünki körpələr öz aralarındakı fərqi hələ dərk etmirlər. Bu cür kiçik uşaqların meylləri və maraqları hələ özünü büruzə vermir, ona görə də 1 yaşlı oğlana və ya qıza nə hədiyyə etmək barədə uzun müddət düşünmək lazım deyil.

Hər iki cinsə mənsub uşaqlara hədiyyə etmək üçün aşağıdakı ideyalar yararlı olar:

  1. Bir yaşına qədər hələ əminliklə yeriməyi öyrənməmiş uşaqlar üçün böyük maşın-araba əvəzedilməz hədiyyə olar. Körpə bu əlvan oyuncağa dayaqlanaraq yeriyərkən müvazinəti necə saxlamalı olduğunu başa düşə biləcək. Tez bir  zamanda ilk müstəqil addımlarını atmağa başlayacaq. Uşaq mağazalarında bu cür maşınlar müxtəlif rəng çalarlarında təqdim olunur, odur ki, istər oğıan, istərsə də qız uşaqları üçün yararlı oyuncaq seçmək çətin olmayacaq.
  2. Ev-çadır bir yaşlı uşaq üçün sevimli sığınacaq olacaq, çünki ona harayasa girib gizlənmək lazım gələcək. Bu cür əşyanın yeganə mənfi cəhəti onun həddən artıq çox yer tutmasıdır, odur ki, asanlıqla şkafa qoyula biləcək qatlanan çadıra üstünlük vermək daha yaxşıdır.
  3. Əgər körpənin ad günü yay aylarından birinə təsadüf edirsə, o halda ona üfürmə hovuz hədiyyə etmək olar. İsti yay günlərində körpə bu hovuzda böyük məmnuniyyətlə suda çiməcək.
  4. Qapı aralığından asılan asma-yelləncək də, heç şübhəsiz, körpədə müsbət emosiyalar yaradacaq.
  5. Şən, fəal oyunlar üçün daha bir yaxşı variant oyuncaq yelləncəklərdir. 1 yaşı yenicə tamam olmuş körpələr bu yelləncəklərdə vaxtını şən keçirərək analarının bir qədər istirahət etmələrinə şərait yaradacaq. Bundan əlavə, bu cür oyuncaqlar vestibulyar aparatın inkişafına kömək edir.
  6. Nəhayət, körpənin doğulduğu ilk gün xüsusi dəstəkli velosiped almaq olar. Uşağın atası və ya anası onu bu velosipeddə sürəcək. Sonradan bu detalı çıxarmaq da olar ki, körpə pedalları basaraq velosipedi sərbəst sürə bilsin.
Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan