Bizə yazın

Uşağı neçə ayından oturtmaq olar

29.01.2017

Müasir valideynlər çox vaxt körpəsinə yeni bacarıq və vərdişləri öyrətməkdə tələsirlər. Lakin müəyyən yaş normaları varki, körpə o yaşa qədər yeni təcrübənin mənimsəməsinə hazır deyil. Bəzən valideynlərin bu cür davranışı balaca orqanizmin işinin pozulmasına və ciddi nəticələrə səbəb olur.

Belə vərdişlərin biri — müstəqil oturmaqdır. Əlbəttə, ana və ataya daha asan olar ki, balaca otursun, çünki bu halda o, ətraf aləmi daha yaxşı görür, sərbəst oyuncaqlarını götürür və uzun müddət onunla məşqul ola bilir.  Məhz buna görə də böyüklər səbirsizliklə gözləyirlər ki, körpə nə zaman sərbəst oturacaq, bəziləri isə prosesi sürətləndirmək üçün uşağı oturtur, hətta onun kürəyini əli ilə və ya yastıqla dəstəkləyirlər. Bu eyni zamanda, körpənin bədəninə əhəmiyyətli zərər verə bilər. Bu yazıda sizə uşağı neçə ayda oturtmaq lazım olduğu və tez oturtmanın fəsadlarından danışacayıq.

Nəçə ayından uşağı oturtmaq olar?

Həkimlərin bəzisi uşağı tam və ya yarı vəziyyətdə neçə ayda oturtmaq sualını cavablandırarkən, dəqiq rəqəm olaraq 6 deyirlər. Bununla belə, hətta yarım ildə də oturtmaq həmişə düzgün olmaya bilər. Axı bütün uşaqlar müxtəlif cür inkişaf edir və yeni bacarığın mənimsənilməsi dərəcəsi hər birində fərqlənə bilər. Xüsusilə bu mövzuda vaxtından əvvəl doğulanmüxtəlif doğum xəsarəti alan körpələrə görə diqqətli olmaq vacibdir.

Tələb olunan yaşdan əlavə, körpə aşağıdakı bacarıqlara malik olmalıdır:

  • Körpğ müstəqil və asanlıqla qarın və arxası üstə çevrilməlidir
  • Uzun müddət başını saxlamalı və onu asanlıqla üfüqi vəziyyətdə qaldırmalıdır
  • Sizin əlinizdən və ya hansısa dayağa tutaraq, inamla dayanmalıdır
  • Şaquli mövqe üçün cəhd etməlidir

Bundan başqa, uşağı oturtmadan əvvəl onun buna fiziki və psixoloji hazır olduğuna əmin olmaq üçün mütləq həkim-pediatrla məsləhətləşməlisiniz.

Uşağı niyə 6 aydan əvvəl oturtmaq olmaz?

Uşağı 6 aydan tez oturtmamağın bir neçə səbəbləri vardır:

  • Ən başlıca səbəb — körpənin əzələ, onurğa və çanaq sümüklərinin formalaşmamasıdır. Zəif əzələ və onurğa hələ də şaquli vəziyyətdə dayanmaq iqtidarında deyil. Süni oturulan körpə diskomfort hiss edəcək və bundan əlavə olaraq, bu bel əyriliyinə səbəb ola bilər. Az deyildirki, erkən yaşda oturulan uşaqlar, sonradan qamətin kobud pozğunluqlarından, skoliozdan əziyyət çəkir.
  • İlk dövrdə oturulan uşaq, bədəninin vəziyyətini dəyişmək iqtidarında olmur. Ona rahat olmamasına baxmayaraq o, vəziyyətini heç cür dəyişə bilmir.
  • Psixoloji hazırlığın olmaması. Bədənin yeni mövqeyi, körpə üçün kifayət qədər çətindir və o qorxa bilər. Uşağı hazır olmadığı mövqəyə məcbur etməyin!

usaqlarda skalioz

Bütün bu səbəblər hər iki cinsdən olan körpələrə aiddir. Bununla yanaşı, həkimlərin əksəriyyəti qız uşağının tam vəzyyətdə neçə ayda oturtmaq olar sualını cavablandırarkən, bir mənalı körpənin nə zaman buna müstəqil hazır olduğu zamanı deyecək. Qız uşaqları bədəninin anatomik xüsusiyyətlərinə görə erkən oturuş, onurğanın deformasiyasından başqa, çanaq sümüklərinin əyriliyinə gətirib çıxarır. İllər sonra bu pozulmalar uzun sürən və çox ağrılı doğuşa səbəb ola olur.

 

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az