Bizə yazın

Südəmər körpəyə su vermək olarmı?

05.06.2016

Yeni doğulmuş körpəyə su verməyin nə dərəcədə düzgün olması sualı bir çox anaları maraqlandırır və bu, son dərəcə ciddidir, çünki körpənin kövrək orqanizminə təkcə su çatışmazlığı deyil, həm də suyun həddən artıq olması ziyan vura bilər. Bu barədə, ən azı, o səbəbdən düşünməyə dəyər ki, körpələrə su verməyin düzgün olub-olmaması haqqında Ümumdünya Səhiyyə Təşkilatının rəsmi rəyi belədir:

əgər uşaq sağlamdırsa və normal qaydada çəki toplayırsa, 6 ayınadək ona ana südündən savayı heç bir maye içirmək lazım deyil.

30 il bundan əvvəl bu rəy o qədər də ağlabatan olmazdı. İndi isə, əksinə – bu, hər kəsə tövsiyyə olunur.

Bəs həqiqətdə necədir? Həmişəki kimi, ortaq məxrəcə gəlmək lazımdır. Odur ki, hətta sağlam körpələrin də ən müxtəlif xüsusyyətlərə və tələbatlara malik olduğunu nəzərə alaraq, yekun və təbii ki, şüurlu qərarı valideynlər verməlidir.

Aşağıda, körpəyə su verməyin lehinə və əleyhinə bir neçə faydalı fərziyyə göstərilir:

Su nəyə görə lazım deyil?

Körpənin ana südü ilə əmizdirilməsi təbiətin yeni doğulmuş insana bəxş etdiyi ən təbii və beləliklə də, ən faydalı prosesdir. Tam şübhəsiz ki, ana südü əmən körpə təkcə qida yox, həm də maye qəbul etməlidir. Buna görə də, təsadüfi deyil ki, ana südünün 88%-dək hissəsini su təşkil edir və 4 ayadək körpə, hətta azacıq xəstə olsa da belə, əlavə suya ehtiyac duymur. Ən yaxşısı, körpəyə tez-tez döş verməkdir.

Mübahisəli məqamlar

Körpənin ana südü ilə əmizdirilməsində heç bir problem olmadıqda, yuxarıda qeyd olunan amillər ideal variantlardır. Təcrübədə isə bütün bunlarda çətinliklər də ola bilər.

Məsələn, döş gilələrində çatların olması problem yarada bilər . Bu çatların sağalmaqda olduğu dövrdə süzülən süd şüşələrə tökülür. Bu südün tərkibindəki bütün dəyərli qida maddələri qorunub saxlansa da, körpə bu südü içməkdə çətinlik çəkəcək. Təbii əmizdirmə zamanı körpə südün daha duru olan ön hissəsini əmərək susuzluğunu yatırır, sonra isə südün qidalı, arxa hissəsini əmməyə başlayır. Şüşədə isə süd qarışır, odur ki, körpənin susuzluğunu yatırmaq üçün ona əlavə su vermək tələb oluna bilər.

Uşaq lap körpə ikən ağır xəstələndikdə isə yalnız ana südünə ümid etmək olmaz. Bu halda əlavə su körpəni susuzluqdan xilas edə bilər.

Su nə zaman lazımdır?  

Süni südlü sıyıq ana südünə məxsus bütün xüsusiyyətlərə malik olmadığından, süni və qarışıq qidalarla qidalanan körpələrə su da vermək lazımdır.

Yeni doğulmuş körpə hətta sağlam olsa da və ana südü ilə qidalansa da, bəzi hallarda ona süddən savayı, su da vermək lazımdır.

  1. Körpənin sürətlə çəki toplaması. Bu halda uşağı yedizdirməzdən əvvəl ona bir qədər su verməklə doyma hissi yaratmaq olar, çünki yeni doğulmuş körpənin mədəsinin həcmi 250 ml-dan artıq deyil.
  2. Bağırsaq sancıları. Bağırsaq sancılarını razyana dəmləməsinin, yaxud şüyüd suyunun köməyi ilə aradan qaldırmaq mümkündür.
  3. Körpənin əlavə qida qəbul etməsi. Bəzi uşaqlara əlavə qida 5, bəzilərinə isə 8 aylığında tələb olunur, amma istənilən halda, əlavə qida qəbulu zamanı susuz keçinmək olmaz.

Beləliklə, nəticə çıxaraq: Əgər körpə özünü yaxşı hiss edirsə və yalnız ana südü ilə qidalanırsa, ilk 3-4 ay ərzində ona su verməmək daha yaxşıdır. Suya ərurət yarandıqda isə mütləq yalnız uşağın yaşına uyğunlaşdırılmış sudan istifadə etmək lazımdır, çünki bu cür suyun tərkibində yalnız zəruri miqdarda mineral duzlar olur.

4 ayadək körpə üçün gündəlik su dozası sutkada 30 ml-dən artıq olmamalıdır. Körpə 6 ayına çatana yaxın bu dozanı 60 ml-dək artırmaq olar.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan