Bizə yazın

Uşaqlar üçün döşək necə olmalıdır?

31.07.2017

Məlum olduğu kimi, insan sağlamlığı uşaqlıqdan formalaşır. Skolioz kimi geniş yayılmış və təhlükəli xəstəlik, məhz uşaqlıq illərindən inkişaf edir. Həkimlərin fikrincə, 3 yaşadək yaranan skolioz, eledə təhlükəli deyil və əgər uşaq kifayət qədər fəal hərəkətdədirsə, heç bir müalicə olunmadan keçə bilər. Lakin yeniyetmə yaşlarına yaxın yaranan skolioz isə sürətlə inkişaf edir və onu müalicə etmək elədə asan olmur.

Həkimlərin fikrinə görə, skoliozun yaranma səbəbləri bunlardır:

  • Yetərli fiziki yükün çatışmazlığı
  • Masa arxasında uzun müddət düzgün oturmama
  • Yuxu zamanı uşağın bədəninin düzgün mövqedə olmaması

yenidogulanlar ucun dosek

Döşəyi necə seçmək lazımdırki, həm uşağa rahat, həm də onun düzgün bədən formalaşmasına kömək olsun?

Ən balacalar üçün

Bu gün mağazalarda ən kiçik uşaqlar üçün döşək seçimi olduqca genişdir. Mütəxəssislər  yenidoğulmuş körpələr və 3 yaşınadək uşaqlar üçün olan bərk, təbii kokos qabığından alınan döşək almağı tövsiyə edirlər. Məhz bu döşəkləhindqozlu dosekr balacanın, yuxu zamanı onurğa sütununun düzgün formalaşmasını təmin edə bilər. Kokos materialı ekoloji cəhətdən təmizdir, çürümür, praktiki və uzunmüddətli hesab olunur. Bu material antibakterial, hipoalergen, rütubəti hopdurmur və yüksək havakeçirtmə qabiliyyətinə malikdir.  Kokos qabığından olan sərt döşək 2-3 yaşa qədər istifadə etmək olar, bundan sonra isə, daha yumşaq olacaq döşəklə dəyişmək lazımdır.

Bəzi döşəklərdə təbii material kimi hesab olunan — yun, ağac yonqarı, keçə, samandan istifadə olunur. Lakin bu cür döşəklər yenidoğulmuş körpələr üçün tamamilə uyğunsuzdur. Onlar uşaqda allergiya inkişafına səbəb ola bilər və çürüməyə meyillidirlər.

Üç yaşdan yuxarı uşaqlar üçün

Üç yaş və daha böyük uşaqlarda, balacalara nisbətən komforta olan tələbat daha yüksəkdir. Bu yaşda çox sərt döşək  kokos qabiqli lateksli dosek yuxu problemlərinə səbəb ola bilər. Üstəlik, uşaqlar döşək üzərində dəcəllik etməyi, tullanmağı sevirlər. Çox sərt döşək isə bu cür oyunlar üçün münasib deyil. Beləliklə, uşaq üçün elə döşək seçmək lazımdır ki, yuxu zamanı uşağa tək rahatlıq və komfortu təmin etməkdən başqa, həm də bel sütununun sağlam formalaşmasına kömək etsin.
Bu halda yaylı və yaysız döşəklər uyğun olar. Hər ikisi yaxşı variantdır. Əsas odur ki, döşək kifayət qədər sərt və möhkəm olması ilə yanaşı komfortlu və hamar səthli olsun. Köpük rezindən və ya pambıqdan hazırlanan döşəklər uyğun deyil. Pambıq döşəklər qısa zamanda yığışaraq, hamarlığını itirir. Köpük rezindən olan döşəklərin sərtliyinə baxmayaraq, rütubəti özünə hopdurur, buda onun daxlində bakteriyaların artmasına gətirib çıxarır.

Üç- yeddi yaşarası uşaqlar üçün

Üç yeddi yaş arası uşaqlar üçün onurğa sütununun formalaşmasına dəstək ola biləcək ortopedik döşəkləri almaq tövsiyə edilir. Burada ideal variant yenədə latekslə hopdurulmuş kokos qabıqlı döşəklər olacaq.

Lateks — təbii materialdır, o kauçuk ağacının şirəsindən hazırlanıb, ekoloji təmiz, elastik, möhkəm və uzunömürlüdür. Əsas odur ki, döşək optimal yumuşaq olmalı və eyni zamanda komfortlu yuxu ilə təmin etməlidir.

Döşəyin ölçüsü və yataq üzlüyü

Döşəyin ölçüsü yataq yeri ilə ideal şəkildə uyğun olmalıdır. Əgər döşək yataq yerindən böyük olarsa, çökəklik və çıxıntıların olması qaçılmazdır. Vacibdir ki, döşək yerində tərpənməsin, əks halda, döşək öz formasını dəyişər. Bu da körpədə onurğa əyriliyi təhlükəsinə səbəb ola bilər. Əgər döşək yataq yerindən kiçik olarsa, balacanın əl və ya ayağı arada qala bilər. İdeal döşəyin ölçüsünü bilmək üçün, yatağın daxili tərəfinin en və uzunluğu ölçülür.
Yataq üzlüyü 100% keyfiyyətli təbii pambıq materialdan olmalıdır. Parlaq rəngli, uşaq zövgünü əks etdirən sevimli qəhrəmanlarının rəsmi olan üzlüklər onun diqqətini cəlb edəcək və onun yatağını orijinal və təkrarsız edəcəkdir. Alış zamanı unutmayın ki, keyfiyyətli döşək və yataq üzlüyü, uşağın onurğa və ümumi sağlamlığına qayğı göstərərn vacib komponentlərdir.

Bir qayda olaraq, balacaların da, hər 3 aydan bir döşək tərəfləri çevrilməlidir. Bu, döşəkdə yığışmanın, çökəklyin və toz yığınının qarşısını alır. Əgər söhbət iki tərəfli döşəklərdən ( bir tərəfi sərt, digəri yumuşaq olan döşəklər) gedirsə, o zaman onlar baş-ayaq tərəflərə görə çevrilməlidir. Sərt hissənin yumuşaq tərəflə çevrilməsi, yuxarıda qeyd etdiyimiz kimi uşağın yaşından asılıdır.

usaq doseyi

Unutmayın ki, sağlam yuxu — uşağın yaxşı əhval-ruhiyyə olmasının və düzgün inkişafının təminatıdır. Erkən yaşlarda, uşağınızın sağlamığının qeydinə qalmaqla, siz gələcəkdə onu bir çox problemlərdən xilas edəcəksiniz.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az