Bizə yazın

Körpə üçün dərman qutusu

16.06.2016

Əgər ailənizdə körpə dünyaya gəlibsə, əlinizin altında daim dərman və ilk yardım vasitələri olmalıdır. Evdəki dərman qutusunda saxlanmalı olan vasitələrin siyahısı aşağıda göstərilir.

Göbək yarasının təmizlənməsi üçün:

  • 3%-lik hidrogen peroksid və ya Xlorheksidin məhlulu (qaysağı yumşaltmaq üçün).  Steril pambığın üzərinə bir neçə damcı damızdırıb yaranın üzərinə qoyun.
  • Pambıq çubuqları (bu çubuqların köməyi ilə göbəkdəki qaysağı asanlıqla qoparmaq mümkündür).
  • «Zelyonka” və ya Fukorsin (yaranın yekun təmizlənməsi üçün).

Gigiyenik qulluq üçün:

  • Steril pambıq. Diqqət! Hərəkət edən körpə böyüyənə qədər onun qulaqlarını və burnunu pambıq çubuqları ilə deyil, yalnız pambıqdan hazırlanmış xüsusi qaytanlarla təmizləmək lazımdır. Bunun üçün, həmçinin, qoruyucu çıxıntıya malik pambıq çubuqlarından da istifadə etmək olar.
  • Şaftalı yağı körpənin qulaqlarını və burnunu təmizləməzdən əvvəl qaytanları islatmaq üçün istifadə olunur. İstifadədən əvvəl sterilizə edilməlidir.
  • Uşaqlar üçün dırnaq qayçısı. İlk dəfə istifadə etməzdən əvvəl dezinfeksiya olunmalıdır.
  • Uşağın dərisinə qulluq göstərmək üçün kosmetika: çimmək üçün vasitələr, uşaq əskisinin altından vurulan krem, səpmə dərman, çimdikdən sonra bədənə vurulan süd və ya yağ.

Körpəyə soyuq dəydikdə:

  • Burnun təmizlənməsi üçün dəniz suyu (sprey yox, damcı!) və aspirator.
  • 1 yaşadək uşaqlar üçün damardaraldıcı damcılar – burun yuyulduqdam dərhal sonra tətbiq olunur.
  • Bədən temperaturunu ölçmək üçün termometr (elektron termometr civə termometrindən daha yaxşıdır).
  • Qızdırma əleyhinə vasitələr (şam və ya sirop şəklində parasetamol).

Körpənin qarnı ağrıdıqda:

  • Minimal diametrli qazqovucu borucuq. Yeni doğulmuş körpələrdə tez-tez sancılanma baş verir. Bu halda təcrübəli valideynlər sadə qazqovucu borucuğun köməyindən istifadə edirlər. Orqanizmin daxilindən keçərək allergiya yarada biləcək damcılardan fərqli olaraq, borucuq bağırsaqlarda toplanmış qazları tez bir zamanda və effektiv şəkildə kənarlaşdırır.
  • Sancı əleyhinə preparatlar. Bu preparatları süzülmüş südə və ya sıyığa əlavə etmək olar.  Bu cür preparatlar qazları kənarlaşdıraraq körpənin əhvalını yaxşılaşdırır.
  • Uşaqları üçün qliserin şamlar və ya mikroimalə.
Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan