Bizə yazın

Uşağa bal vermək olarmı? Bal haqqında bilmədiklərimiz.

25.04.2017

Bal — çox faydalı məhsuldur. Bu barədə yorulmadan alimlər, həkimlər daim təkrar edir. Lakin, balın uşaq üçün nə dərəcədə faydalı və ya zərərli olmasını bilmək, çox vacib məsələdir . Bu yazıda biz bu haqda ətraflı danışmağa çalışacayıq.

Uşaqlar üçün balın faydası?

Balın uşaqlar üçün faydalı xassələri göz qabağındadır. Bu artıq illərdən bəri laboratoriya, tədqiqatlar və valideny təcrübəsi üzərində təsdiqlənib və aşağıdakı sıradadır:

  1. Ümumi inkişaf. Uşağa fəal inkişaf etməyə kömək edir.
  2. Skletin möhkəmləndirilməsi. Onun sayəsində, balaca orqanizm maqneziumu, kalsiumu  daha yaxşı mənimsəyir. Onlar  sümüklərin və dişlərin inkişafında və düzgün formalaşmasında fəal iştirak edir. Bal, müasir məktəblilərin 75%-nin üzləşdiyi skoliozun profilaktikasında əla vasitədir.
  3. Qan tərkibinin yaxşılaşdırılması. Qanda olan, uşağın ümumi əhval-ruhiyyəsinə müsbət təsir göstərən, hemoqlobinin səviyyəsini artırır. Solğun, qansız, ləng uşaqlar üçün faydalıdır: onlara bütün gün üçün enerji və aktivlik bəxş edir. Anemiyanın sağalmasına kömək edir.
  4.  Həzmin yaxşılaşdırılması. Mədəyə düşən qidanın tez və keyfiyyətli mənimsəməsinə kömək edir. Zülalların, yağların fəal həll etməsini stimullaşdırır, onların bağırsaqda qalmasına imkan vermir.
  5. Ümumi gücləndirici vasitə. Balın tərkibində olan kifayət qədər olan karotin və askorbin turşusu balaca bədənə, infeksiyalarla mübarizə aparmağa kömək edir. Mütəmadi olaraq bal yeyən uşaqlar daha az xəstələnir və daha möhkəm immunitetə malikdirlər.
  6. Görmə qabiliyyətini yaxşılaşdırır. Eyni ilə karotin, askorbin turşusu və tiamin görmə qabiliyyətini artırır. Bu da erkən yaşda uşaqlara, gələcəkdə eynəyin qarşısını almaq üçün əla vasitədir.
  7. Dişlər üçün faydalıdır. Şəkərdən fərqli olaraq, diş minasını zədələmir. Lakin, nəzərə almaq lazımdır ki, fruktoza tərkibli olan bal, ağızda saxlanarsa, ağız selikli qişasının mikroflorasnı pozar və həmçini çürümə prosesinə təkan verə bilər. Ona görə də uşaqlara bal yedikdən sonra, ağız yaxalanmasını öyrətmək lazımdır.
  8.  Sidik-cinsiyyət sisteminin müalicəsi. Uşaqlar arasında geniş yayılan Enurez (sidik qaçırma) prosesinə müsbət təsir göstərir.
  9.  Sakitləşdirici vasitədir. Uşaq sinir sisteminə sakitləşdirici kimi təsir göstərir, tez yuxuya getməyə və dolğun yatmağa kömək edir.
  10. Bəlğəmgətirici vasitə. Aşağı və yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı, öskürək tutmalarını yumşaldır.

Belə təsir edici siyahıdan sonra isə bu sual qəribə səslənir: Uşaqlara bal vermək olarmı?

Əgər bu, uşaq orqanizmi üçün bu qədər faydalı məhsuldursa, onda niyə olmaz?!

Sən demə, hər şey belə də asan deyil.

 

Balın tərkibində çox aktiv, güclü təsir edici maddələr var. Bu maddələr hələ yenicə formalaşan və böyüyən orqanlara mənfi təsir edə bilər. Bu xoşagəlməz yan təsirlərə, faciəli nəticələrə və müxtəlif xəstəliklərin inkişafına gətirib çıxarır.

Uşaqların sağlamlığına zərər olmadan , hansı yaşda və miqdarda bal vermək olar?

Çox aktual məsələdir, çünki bir çox anaları düşündürən bu sual, həkim qəbulunda, şəbəkədə müxtəlif forumlarda daim təkrarlanır.  Əgər əvvəllər bizim nənələr uşaqlarının sağlamlağına görə  narahat olmadan bal verirdisə, indi bu barədə aşağıdakı faktlar üzərində düşünmək lazımdır.

1. Bal keyfiyyətli və təbii olmalıdır! korpe ucun bal

Birincisi o zamanlar, balın keyfiyyətinə  şübhəyə yer yox idi.  Bu gün çox şey dəyişib, müasir bazarda  «BAL» adı ilə geniş çeşiddə, parlaq bankaları görmək olar. Lakin, onların tərkibi təbii dərman qutusundan çox, Mendeleyev cədvəlinə bənzəyir. Mağaza balı körpə üçün təhlükəlidir, beləki onların tərkibi — lotereyaya çevrilib. Keyfiyyətl, təbii məhsul almaq olar və ya əksinə, bal adı altında balaca bədənə zərər verəcək, müxtəlif kimyəvi maddələrlə qarışığlı parafin də ala bilərsiz. Bal seçiminə həmişə diqqətlə yanaşmaq lazımdır, yalnız keyfiyyətli, təbii, sınanmış arıçılardan almaq lazımdır. Lakin, körpə üçün arıxananından təmiz bal tapsaz belə, faydalı komponentlərin konsentrasiyası uşağa elə güclü təsir edə bilərki, uşaq orqanizmi qeyri adekvat reaksiya verər.

      2. Allergiyaya meyillilik

Statistikaya əsasən, uşaqların müxtəlif cür allergiyalara meyilliyi, son 25 il ərzində iki dəfə artıb. Bunun səbəbləri — ekoloji şəraitl  və qida-kimya sənayesinin birləşməsidir.  Bal isə ən allergik qida məhsullarından biridir. Bəzən aylıq körpəyə 2-3 damcı bal kifayətdirki, körpənin bütün dərisi qırmızı səpkilərlə əhatələnsin və boğulma başlasın. Bu da sizin — «südəmər uşağa bal vermək olarmı?»  sualınıza cavab.  Pediatrlar balın uşaqların qida rasionuna mümkün qədər gec əlavə olunmasını tövsiyə edirlər. Yaşa görə bal dozası aşağıdakı kimidir:

  • Bir yaşa qədər körpəyə, bal qəti şəkildə olmaz.
  • 1 — 3 yaş arası uşaqlara da bal tövsiyə olunmur. Lakin, xüsusi hallarda yarım çay qaşığı bal, 2-3 hissəyə bölünmək şərti ilə verilə bilər.
  • 3 — 5 yaş arası uşaqlara 20 qr bal ( xörək qaşığından bir qədər çox) verilə bilər. Lakin bu doza sutka ərsində bir neçə dəfəyə bölünməlidir.
  • 6 — 9 yaşlı məktəbli uşaqlara bal — dərs materiallarının yaxşı qavranılması, sağlamlığın və imun sisteminin güclənməsi üçün tövsiyə edilir. Sutka ərzində 50 qr (3 xörək qaşığından bir qədər çox) bal, bir neçə hissəyə bölməklə verilə bilər.
  • Artıq böyümüş ( 9 — 15 yaş) uşaqlara bal, böyük dozada 80 qr ( 5 x. qaşığı) miqdarında vermək olar.

baldan olan alergiya

Lakin, əgər uşağın bu məhsula allergiya və ya digər əks göstərişi varsa, bal tövsiyə olunmur.

Balı məhz necə vermək lazımdır ki, balın zərəri yox, faydası oldun.

  •  Yuxarıda göstərilən dozada balı bir ay müddətində vermək lazımdır, daha sonra 2-3 həftə fasilə etmək mütləqdir.
  • Əvvəlcədən balı təmiz formada verməyin. Onu ilıq çaya (isti olmaz) əlavə edin.
  • Bal istənilən şirəyə, kəsmiyə əlavə oluna bilər.
  • Uşağa balın verilməsini vacib bildiyiniz halda, uşaq istəmirsə, zorla yedirməyin.

Balın uşaq üçün təhlükəsi

Əgər uşağa bal vaxtından əvvəl verilirsə, məhsul keyfiyyətli deyilsə, dozaya əməl olunmursa, uşağa pis təsir edərək, aşağıda qeyd olunan nəticələr özünü göstərə bilər:

  • Dəri qızartı və səpgisi, başgicəllənmə, ürəkbulanma, zökəm, mədə-bağırsaq pozğunluğu, qaşınma;
  • Botulizm ( təhlükəli infeksiya yoluxması, sinir sisteminin zədələnməsi, kəskin tənəffüs çatışmazlığı) ;
  • Karies inkişafı: bal dişlər üçün həddən artıq şirindir;
  • Çəki artımı, piylənmə;

Bu kimi baş verən əks göstərişlərdən sonra bərpa olunmaq çox çətin olur. Əgər siz balacanızın sağlamlığı ilə risk etmək istəmirsizsə, pediatra qulaq asın: ona balı yalnız 6-7 yaşında verin. Əgər hesab edirsiniz ki, yaranmış vəziyyəti (soyuqdəymə, əsəb, yuxusuzluq) balın köməyi olmadan həll edə bilməyəcəksiniz, əvvəlcədən mütəxəssislə məsləhətləşin və balı 1 yaşdan yuxarı balacanın menyusuna tədricən, kiçik dozalarla əlavə edin. Yalnız bu yolla ən arzuolunmaz və təhlükəli hallardan yayınmaq mümkün olacaq.

 

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az