Bizə yazın

Brokoli tərəvəz püreləri 6+ uşaqlar üçün

25.01.2017

Brokoli hipoallergen məhsuludur. Ona görədə o bütün erken yaş uşaqlar üçün uyğundur. Yadda saxlamaq lazımdırki, brokoli qaynayarkən tez bir zamanda yumuşalır. Bu tərəvəz demək olarki, bütün tərəvəzlər bişəndən sonra ən sonda əlavə olunur. Uşağa brokoli multivarkada, buxarda və ya aşağıdakı kimi bulyonda bişirmək olur. Qatı püreyə tərəvəz bulyonu, ana südü və ya qarışıq süd yeməyindən əlavə etmək olar. Körpənin 7-8 ayında brokoli ilə olan tərəvəz püresinə ət əlavə etmək olar. Bu inqrediyentlə bir çox reseptlər vardır. Heleki Brokolinin terevezle hazırlanan püresine nezer salaq.

Brokoli ilə Kartof püresi

Brokoli və kartof – bir ahəngdar vitaminlər anbarıdır!

Lazımkartoflu brokoli puresi usaq ucundır:

100 qr – kartof, 200 ml su  1/2 ç.q yağ, 200 qr brokoli

  1. Kartof təmizlənir, yuyulur və xırdalanır.
  2. Brokoli yuyulur və xırdalanır.
  3. 200 ml su qaynadılır və kartof əlavə olunur və tam bişirilir.
  4. Brokoli əlavə olunur 5 dəqiqə vam odda bişirilir və əl brendiri ilə əzilir.
  5. Sonda yağ əlavə olunur.

 

 

Brokoli ilə kök püresi

Bu yemək beta-karoten, fol turşusu və vitamin C ilə zəngin mənbə olacaq.

kok ile brokoli puresi usaq ucunLazımdır:

1 kök, 2 kartof, 1/2 ç.q yağ, 50 qr brokoli.

  1. Kartof və kök təmizlənir və xırdalanır.
  2. Tərəvəzlər tam bişənə qədər bişirilir.
  3. Brokoli əlavə olunur 5 dəqiqə yenidən bişirilir.
  4. Yağ əlavə olunur və əl blendirindən keçilir.
Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan