Bizə yazın

Almalı düyü sıyığı 6+

29.12.2016

Belə almalı düyü sıyığı 6 aylıq körpənin rasionuna əlavə etmək olar. Hətta  daha böyük yaşlı uşaqlar bu sıyığı məmuniyyətlə yeyəcəklər. Bir yaşdan yuxarı uşaqlara bu sıyığı südlə bişirmək, hətta sıyığa mürəbbə əlavə etmək olar.

Almalı düyü sıyığı hazırlama resepti

Lazımdır:

3 x/q düyü, 250 ml su, 1/2 çay q kərə yağı, balaça alma.

  1. Düyü əvvəlcədən qəhvə üyüdənlə üyüdülür.
  2. Alma təmizlənir və xırda doğranır.
  3. Düyüyə alma və su əlavə olunur. 15 dəq bişirilib püre halına gələnə qədər blenderdən çekilir.
  4. Alınan sıyığa yağ əlavə olunur.

Əgər bu sıyıq südəmər körpə üçün hazırlanırsa. sıyığa ana südü əlavə etmək olar.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan