Bizə yazın

Uşaq qidası üçün sıyıqlar: onlar haqqında nəyi bilmək lazımdır?

05.06.2016

Ana öz övladının keyfiyyətsiz yeməklə qidalandığını bildikdə rahat yata bilməz. Bu, süni qidalanma zamanı baş verir. Ana südü uşağın inkişafı üçün zəruri olan bütün elementlərə malikdir, hazır sıyıq isə o qədər də mükəmməl deyil. Qidanın tərkibində soya bitkisi varmı? Sıyıq hipoallergen xüsusiyyətə malikdirmi? Ana öz övladının keyfiyyətsiz yeməklə qidalandığını bildikdə rahat yata bilməz.

Bu, südi qidalanma zamanı baş verir. Ana südü uşağın inkişafı üçün zəruri olan bütün elementlərə malikdir, hazır sıyıq isə o qədər də mükəmməl deyil.

Qidanın tərkibində soya bitkisi varmı? Sıyıq hipoallergen xüsusiyyətə malikdirmi? Məhsulun tərkibinə bitki mənşəli yağlar daxildirmi? Bütün bunları hər bir ana bilməlidir. Sıyığın seçilməsi, ilk növbədə, uşağın sağlamlıq vəziyyətindən asılıdır.

Uşaq qidaları necə olur?

Südəmər körpələr üçün süni süd maye konsentrat və toz şəklində satılır. Bəzi qidalar artıq istifadə üçün hazır vəziyyətdə olur – onları açaraq içindəkini dərhal şüşəyə tökmək olar.
Ən ucuz qidalar toz halında olur – onları su ilə qarışdırmaq lazımdır (bir qayda olaraq, bir ölçü qaşığı miqdarında toz 30 qram suya tökülür). Yarıyadək su ilə qarışdırılmış maye konsentratlar isə nisbətən bahadır. Onlardan süd hazırlamaq daha rahatdır.
Vaxtında doğulmuş və tam sağlam körpələr üçün üzlü süd əsasında hazırlanmış və bitki mənşəli yağlarla zənginləşdirilmiş (qidalılıq dərəcəsinin artırılması üçün) sıyıqlar münasibdir. Mineral maddələr və vitaminlər bu cür məhsulun mütləq komponentləri hesab olunur.
İnək südünün əvəzinə amin turşuları ilə zəngin olan soya proteini də istifadə oluna bilər. Soya əsasında hazırlanmış sıyığın da tərkibində bitki yağı və qarğıdalı siropu olur. Süd zulalına qarşı allergiyası olan uşaqlar üçün bu cür məhsul həyati əhəmiyyət kəsb edir. Amma bədən çəkisində çatışmazlıq olan uşaqlar üçün bu məhsul yararlı deyil.
Sağlamlığında və inkişafında problemlər plan uşaqlar üçün qidalar səciyyəvi qidalar hesab olunur.  Onlardan bəziləri çəkisi kifayət qədər olmayan körpələr, digərləri isə laktoz çatışmazlığı və allergiyası olan südəmər körpələr üçün nəzərdə tutulur.  Yağ turşularının və araxidon turşusunun tərkibi yüksək olan uşaq qidası da mövcuddur. Bu maddələr uşağın beyninin, eləcə də görmə və sinir sisteminin inkişafına müsbət təsir göstərir.

Əgər uşağın sıyığa allergiyası varsa…

Südlü sıyığın hipoallergenliyi məhsulun qiymətindən və reklam edilməsi ilə qətiyyən bağlı deyil. Hər şey körpənin orqanizmindən asılıdır. Körpə bu məhsulu qəbul edə və ya etməyə bilər. Süni qidalarla qidalanan körpələrdə qida allergiyası tez-tez baş verir. Bu halda alınmış sıyıqdan dərhal imtina etmək və digər istehsalçının məhsulunu almaq lazımdır. Həmçinin, yaranmış allergiya əlamətləri ilə əlaqədar həkimlə məsləhətləşmək zəruridir.

Qida allergiyası üçün səciyyəvi simptomlar aşağıdakılardır:
– dərinin qızarması, ifrat quruluğu, soyulması;
– qusma;
– ishal;
– zəiflik.

Uşağın sıyıqla qidalanması

Qida tozunu su ilə qarışdırmazdan əvvəl təlimatı oxumaq lazımdır. Təlimatda miqdar göstəriciləri əks olunur. Daxil edilən maye kifayət qədər olmadıqda, uşaqda ishal yarana bilər, bu isə, öz növbəsində, susuzlaşmaya gətirib çıxarar. Suyun həddən artıq çox olması (bəzi analar bu yolla məhsula qənaət edirlər) elektrolit balansının pozulmasına səbəb olur ki, bunun da nəticəsində apopleksik zərbə baş verə bilər.

Körpəni hər dəfə yedirtdikdən sonra qida şüşəsini 5 dəqiqə ərzində qaynayan suda saxlayaraq sterilizə etmək lazımdır. Bundan əlavə, uşağın qab-qacağı sabunlu qaynar suda yuyulmalıdır.

Sıyığı hazırlayan şəxsin əlləri təmiz olmalıdır.

Analar həmişə uşağın doymadığını zənn edirlər. Amma əgər körpə qida şüşəsini tam boşaltmaq istəmirsə, onu məcbur etmək lazım deyil. Təxmin etmək üçün, sadəcə, bilmək lazımdır ki, yeni doğulmuş uşaqlar hər 2-3 saatdan bir 60–90 qram qida qəbul etməlidirlər.

Hazırlanmış sıyığı soyuducuda saxlamaq olar. Maye konsentrat şəklində olan yeməyin saxlanma müddəti 2 sutkadan artıqdır. Hazır alınmış sıyığı da 28 saat soyuducuda saxlamaq olar.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan