Bizə yazın

Meyvə şirəsinin körpəyə verilmə qaydaları

29.03.2017

Hər bir ana uşağına yalnız ən yaxşı xüsusilə vitaminlə zəngin olan qidaları verməyə çalışır.  Ancaq tələskənlik də yaxşı hal deyil. Körpənin həzm sistemini tədricən yeni məhsullara öyrəşdirmək vacibdir. Bizim analar, bir qayda olaraq, yeməyə şirələrdən başlamışlar. Lakin indi pediatrlar fərqli fikirdədir. Bu məqalədə mühüm suallara cavab verməyə və şirənin körpələrə verilmə qaydalarına aydınliq gətirməyə çalışacayıq.

Neçə aylıqdan körpələrə şirə vermək olar?

ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) 6 ayadək uşaqlara meyvə şirəsinin verilməsini tövsiyə etmir. Əgər nənə və ya həkimlər uşağa 3-4 ayından meyvə şirəsini tövsiyyə edirsə, bu səhvdir. Şirələrin körpələr üçün xüsusi faydası yoxdur. İndi 6 aydan tez olmamaq şərtilə körpəyə meyvə və ya tərəvəz püreləri verilir. Məsələ ondadır ki, ana südü və müasir uyğunlaşdırılmış yem qarışıqları, körpələri bəsləyici maddələrlə tam təmin etməyə qadirdir. 6 aydan tez əlavə qidalar, yalnız təcili hallarda verilə bilər.

İlk dişlərin olması artıq — körpənin böyük qidaların qəbuluna tam hazır olmasına işarədir və artıq onun qida rasionunu genişləndirmək lazımdır. Elə bu zamandan onun qidasına meyvə, tərəvəz püreləri, sıyıq və şirələr daxil etməyə başlaya bilərsiz.

Fərdi əlamətlərə görə, şəffaf alma şirəsi 3-4 ayından 3-5 damcı olmaqla verilir. Diddət! 3-4 aylıq uşaq üçün təbii sıxılmış meyvə şirəsi uyğun deyil, beləki məhsulun 100%  təbii, təhlükəsiz və ekoloji olmasına zəmanət yoxdur.

Südəmər körpəyə ana südü və yemək qarışığından aldığı maye kifayətdir. Erkən aylıq körpənin həzm sistemi hələ kifayət qədər formalaşmayıb, o digər qidanı həzm etmək iqtidarında deyil. Üstəlik südəmər yaşda uşaqları tez-tez qarın sancıları narahat edir. Meyvə şirəsinin erkən tətbiqi bu sancıları daha da gücləndirə bilər.

Körpəmin ilk meyvə şirəsi hansı olmalıdır?

Əgər hansısa şirədən başlamaq istəyiriksə, onda qeyri-adi şirədən eksperiment aparmaq olmaz. Sadə və keyfiyyətli 1 komponentli- alma, armud və ya qara gavalı meyvələrindən başlamaq olar. Onlar hipoallergen meyvələr hesab olunur. Şirə şəkərsiz və şəffaf olmalıdır. Bir çox meyvələr, beləki, sitrus, üzüm şırəsi yalnız 9 ayından sonra verilə bilər.

Əlvan rəngli şirələr tez-tez allergik reaksiyalar yaradır. Buna sitrus, portağal, çiyələk, qabaq kimi şirələr aiddir. Təbii sıxılmış şirə 8+ aylıq uşaqlara tövsiyə olunur. Təbii xüsusilə də narıncı və qırmızı rəngli şirələri durulamaq (su ilə qatmaq) yaxşı olardı. Uşaq böyüdükcə meyvə qarışımlarından da şirələr vermək olar; alma-armur, qabaq-alma, alma-qara gavalı və s.

Çuğundur, yerkökü və balqabaqdan — şirələr çox faydalıdır.

Bütün narıncı rəngli  məhsullar karoten tərkiblidir. O, boy artımında, onkoloji və bir çox digər xəstəliklərin profilaktikası üçün aktiv bioloji maddədir. Bir yaşdan sonra uşaqlarda əsas problem — qəbizlikdir. Çox vaxt meyvə püreləri və çuğundur şirəsi bu problemi həll etməyə imkan verir.

Meyvə şirəsinin, körpəyə verilməsində əsas qaydalar!

  • Şirənin miqdarı körpənin yaşından asılıdır.
  • İlk dəfə şirəni verməzdən əvvəl ana uşağın səhhətinə sağlamlığına fikir verməlidir. Körpə xəstədirsə və ya körpəyə yenicə peyvənd vurulubsa,  yeni məhsulları tətbiq etmək olmaz.
  • Adətən ilk yem kimi sarı-yaşıl sortlu alma şirəsi verilir. Birinci dozası cəmi 1 çay qaşığı kifayətdir. Yeni məhsul günün birinci yarısında verilməsi daha uyğundur.
  • Gün ərzində və sonrakı gündə uşağın dərisinə fikir verin. Əgər allergik reaksiya yoxdursa, dozani artıqmaq olar. Yarım çay qaşığı şirə və ya bir az iliq su qarışıqlı meyvə şirəsi vermək olar.
  • Şirə hər gün təzə olmalıdır. İlk verilmə ayının sonuna qədər şirə 30 ml, ilk ilinin sonunda isə sutkada maksimum  100 ml şirə verilməlidir.korpenin ilk meyve siresi

Şirələr — şübhəsiz ki, vacib və faydalıdır. Onların tərkibində çoxlu vitamin, mikroelement, dəmir, qlükoza, fruktoza və başqa bioaktiv maddələr var.

Bu səbəbdən də onu vermək lazımdır.

Ən əhəmiyyətlisi, körpənin yaş normasını  və həkimin tövsiyələrini riayət etməkdir!

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az