Bizə yazın

Körpələrdə Allergik reaksiya — Diatez

15.12.2016

Körpələrdə allergiya (diatez) — olduqca geniş yayılan bir haldır. Allergik reaksiyanın yaranması o deməkdir ki, körpənin immunitet sistemi hələ ç0x zəifdir və bəzi maddələrə qarşı çox həssasdır. Bu həssaslıq özünü dəri və selikli qişalarda biruzə verir. Dünyada demək olarkı, hər 5-ci körpə bu əlamətə meyillidir. İmmunitet sisteminin bu şəkildə reaksiya etmə səbəbi hələdə aydın olunmamışdır, lakin onunla mübarizə olduqca uğurla həyata keçirilir. Bunun üçün ilk növbədə allergik reaksiyanın səbəbini araşdırmaq lazımdır.

Allergik reaksiyanın səbəbləri

Allergiya — orqanizmin müxtəlif təsirlərə olan reaksiyasıdır və müxtəlif səbəblərdən yarana bilər.

  • Qidaya olan reaksiya
  • Genetik allergiya (əgər valideynlər allergik reaksiyaya meyillidirsə)
  • Hamiləlik zamanı və ya laktasiya zamanı hipoallergen pəhrizin pozulması
  • Peyvənd reaksiyası
  • Uşaq əşyaları, geyim qablar və s. yuyulmasında istifadə olunan yuyucu vasitələrinə
  • Toz
  • Heyvan tükü

Yenidoğulmuş körpələrin həzm sistemi steril olur. Əgər ilk gündən döş qidalanmasına başlanmasa, bu normal bağırsaq mikroflorasının formalaşmasına təsir göstərə bilər. Nəticədə bu gələcəkdə disbakteriozun, allergik reaksiyaların yaranmasına gətirib çıxara bilər.  Ən geniş yayılan allergik reaksiya qida məhsullarına olan reaksiyadır.

 

Allergik reaksiyanın simptomlarıananin dietik qidası

  • Bədənin müxtəlif yerlərində səpki, qızartı
  • Yanaqların qaşınması və qabıqlanması
  • Başın tüklə örtülmüş hissəsində, qaşlarda dəri qabıqlanması
  • Dəridə gözlənilməz şişin yaranması

 

Südverən analar üçün Pəhriz tövsiyələri

İstisna edilir:

  • Yüksək allergik məhsullar; balıq, dəniz məhsulları, yumurta, göbələk, fındıq, bal, şokalad, kakao, al qirmizi və sarı meyvələr, turp, kivi, ananas,avakado, üzüm, duzlu və ədviyyatlı qidalar, kələm, soğan,  sarımsaq.
  • Konservant tərkibli məhsullar; mayonez, ketçup, souslar, konservlər, qazlı içkilər, kvas, pivə, yumuşaq sortlu pendirlər, kolbasa, sosiska

Məhdudiyyətli:

  • Süd, xama. Çörək məhsulları, makaron, un, manna yarması, duz, istiot

İcazə verilir:dietik qida

  •  Süd məhsulları: pendir, qatıq, meyvə qatqısız yoqurt, bərk ağır pendirlər, və s.
  • Yarma; qarabaşaq yarması, qarğıdalı, düyü, yulaf və s
  • Tərəvəz və meyvə: yaşıl və ağ rəngli
  • Şorbalar: vegetarian və yarma sənayesi məhsulları
  • Ət: yağsız mal əti, qaynadılmış və ya buxarda toyuq əti
  • Yağsız balıq məhsulları
  • Bitki yağı
  • Çörək məhsulları: buğda 2-ci sinif, çovdar
  • İçkilər: çay, meyvəli içkilər, qazsız mineral su

Terapiya

Allergik reaksiyalarla düzgün mübarizə aparmaq üçün əsas səbəbin müəyyən edib onu aradan qaldırmaq lazımdır. Əgər bu reaksiyanın müəyyən qida məhsullarına olması aşkar olundusa və körpə ana südü ilə qidalanırsa o zaman ananın bu qidalardan imtina etməsi lazımdır. Əgər körpə süni qida ilə qidalanırsa, bu zaman xüsusi hipoalegen süni qidalarından istifadə etmək lazımdır. Bu barədə müalicə həkimi ilə məsləhətləşməniz doğru olar. Əksər hallarda körpə allergik reaksiyanı ötüb keçir. Yenədə, hər şey səbəb olan məhsuldan asılıdır. Misal üçün, uşaqların 90%-i heyvan südü və yumurtası allergiyasından , 10-20% -i isə fınıq məhsullarından olan allergik reaksiyadan xilas ola bilir. 3-5 yaşa çatarkən uşaqların bir çoxunda diatez azalır, bəzən isə tamamilə yox olur.

Əlbəttə, diatez keçib gedə də bilər, ancaq müəyyən vaxt keçdikdən sonra onun daha ağır allergik xəstəliyə (hətta bronxial astmaya da) çevrilmək ehtimalı da az deyil! Ona görə də diatezin ilkin əlamətləri meydana çıxan kimi, uşağınızı mütləq həkim-allerqoloqa göstərmək lazımdır. Həkim bəzi müayinələr (qanın analizi, dəridaxili sınaqlar) aparmaqla allergiyanın səbəbini müəyyən edəcək. Belə xəstələrin müalicəsi uşaqları allergenlərlə təmasdan uzaqlaşdırmaq və onlar üçün hipoallergik məişət şəraiti yaratmaqdan ibarətdir. Allergiyanın ciddi nəticələri kimi; dəri səthinin zədələnməsi, çətin nəfəs alma, boğazın şişməsi, çətin nəfəsalma ola bilər.

Diatezin ilk əlməti dəri səthinin qızarmaı, səpməsi ola bilər. Bunun üçün xüsusi krem və ya maz vardır. Bu kremlər körpənin yaşından və reaksiyanın səbəbindən aslı olaraq fərqlənir. Bir çox hormonal tərkibli kremlərdən istifadə gözlənilməz əks göstərişlərə səbəb ola bilər. Buna görədə bu kremləri həkim məsləhəti ilə istifadə etmək lazımdır.

Yadda saxlayınki, allergik reaksiyanın aradan qaldırılması üçün tam müalicəs kursu tələb olunacaq və kursun tam başa çatdırılmaması orqanizm üçün ciddi təhlükəyə yarada bilər. Bu problemli şübhə yaranarsa dərhal həkimə müraciət etməyiniz məsləhətdir. Həkimin icazəsi olmadan dərman preparatlarının istifadısinı yol verməyin.

Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az