Bizə yazın
[contact-form-7 404 "Not Found"]

Yenidoğulmuş körpəni bələmək lazımdırmı?

09.03.2018

Bizim nənələrimiz və analarımız üçün uşaq bələmək əsas qaydalardan biri olub. Müasir valideynlər, bələnmənin faydasına şübhələndikləri üçün ona digər alternativlər axtarmağa başladılar. Bu yazıda körpə bələməsinin bütün müsbət və mənfi cəhətlərini nəzərdən keçirəcəyik.

Bələmə çoxdan yaranmışdır. Ana körpəsini qucağına ala bilmədiyi halda, bələmə ana qucağını əvəzləyərək, körpəni  isindirirdi. O zamanlar, anaların digər alternativləri yox idi, çünki, diqər geyimlər artıq iməkləyən və ya gəzən uşaqlar üçün idi. Son vaxtlar bələmənin əleyhdarları daha da artmaqdadır, amma yenə də bəzi mütəxəssislər iddia edirlər ki, bələmə, körpənin toxunma hissini inkişaf etdirir. Uşaqlar, həyatlarının ilk günlərindən dünyanı dərk etməyə başlayırlar, onların toxunma hissinin inkişafı üçün, əl və ayaqlarının hansısa bir səthə toxunması vacib hesab olunur. Bələnilməyən körpələrdə toxunma hissi bir qədər gec inkişaf edir, çünki onun inkişafı üçün kifayət qədər stimul yoxdur. Bələmənin xeyrinə daha bir arqument gətirmək olar ki, bələnən uşaq, ani əl və ayaq hərəkətlərindən qorxmur. Uşaq öz hərəkətlərinə öyrəşdikdə, bələmədən imtina etmək olar. Qeyd etmək lazımdır ki, körpə qol və ayaqlarını hərəkət etdirə bilməsi üçün bələmə sıx olmamalıdır.

Hərəkət azadlığı

Bələmə əleyhdarları əmindirlər ki, sadə uşaq geyimlərində uşaq normal hərəkət edə bilər, çünki heçnə onun hərəkətini çətinləşdirmir. Onların fikrincə, sərbəst hərəkət zamanı uşaq, daha sürətli inkişaf edir, koordinasiya hərəkətləri yaxşılaşır, əzələlər məşq edir, kiçik matorika inkişaf edir, yəni balaca tez bir zamanda öz bədənini fəal idarə etməyi öyrənir. Uşağın tez iməkləyib, gəzməsi üçün hər cür şərait yaradılır. Bələməni asanlıqla geniş zərf şəkilli bələmələr əvəzləyə bilər, onda uşaq sərbəst hərəkərt edə bilir.

Miflər

  1. Bir çox valideynlər əmindirlər ki, əgər onlar öz körpələrini sıx bələsələr, onda onun ayaqları düz olacaq. Əslində bu fərziyyəni səhv saymaq olar, çünki bu yaşda ayaqların əyriliyinə səbəb, yüksək əzələ tonusu və ya digər problemlər ola bilər. Bu halda, ən yaxşısı uşağı  mütəxəssisə göstərməkdir.
  2. Bələ bir fikir var ki, əgər körpə sıx bələnərsə, onda o möhkəm və sakit yatacaq, yəni əl və ayaqların qeyri-ixtiyari hərəkətləri onun yatmasına mane olmayacaq. Bu iddia düzgün hesab edilə bilər, amma nəzərə alınmalıdır ki, əgər uşaqda tez-tez səksənmə varsa, onda bu sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər.
  3. Bəzi valideynlər düşünürlər ki, sıx bələmə onların uşaqlarını daha sakit edir, çünki bu vəziyyət embrion üçün ən rahatıdır. Bu cür düşünən valideynlər, öz uşaqları ilə vaxt keçirməyə zamanları olmadığından, onları bərk bələyərək, öz işlərini rahat yerinə yetirməyə üstünlük verirlər. Valideynlərə bilməlidirlər ki, bərk bələmə qan dövranını pozur, həmçinin uşaq rahat nəfəs ala bilmir. İsti bir yerdə sıx bələnən uşaqların dərisində tərdən bişməcə, səpkilər meydana çıxa bilər.

Mütəxəssislərin məsləhətləri

Mütəxəssislər, təxminən 2 ayına qədər, xüsusilə də gecələr körpələrin hərəkətlərini tam məhdudlaşdırmamaq şərti ilə rahat şəkildə bələməsini məsləhət görürlər. Əgər uşaq səksənmə olmadan, rahat yatırsa, onda bələmədən tamamilə imtina etmək olar. Valideynlər uşaqlarını anlamağı və ehtiyaclarını ödəməyi başa düşməlidirlər. Bütün uşaqlar fərqlidr, kimsə bir ay sonra bələmə olmadan keçinə bilər, kiməsə daha çox vaxt lazımdır, əsas odur ki, uşaq özünü rahat hiss etsin!

Facebook-da rəy bildir
Əlaqə üçün
info(a)anayam.az