Bizə yazın

5 aylıq körpənin inkişafı

11.08.2017

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. Bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur, lakin onlar ətrafında baş verən hadisələrə «daha parlaq» və daha güclü reaksiya verir və xarakter xüsusiyyətləri göstərirlər.

aylıq uşaq,

  • 5 aylıq uşaq, boyda orta hesabla 2- 3 sm, çəkidə isə 500-1000 qr-a kimi artırır. Bəzən bu aydan körpə yeni yemlərə başlayır və mədə-bağırsaq traktının işi yenidən qurulur, iştaha dəyişir. Bunun nəticəsində çəki yığımı fərqli ola bilər.
  • Bu ayda uşağın baş dövrü 42,5 — 43,5 sm, döş qəfəsi isə 43,5 — 45 sm təşkil edir.
  • Əgər hər hansı bir problem yoxsa, körpənizi ana südü ilə bəsləməyi davam edin.
  • İnsanlara və müxtəlif əşyalara maraqla yanaşır və yüksək fəallıq göstərir.
  • Beldən qarın üstünə rahat çevrilə bilir.
  • Öz ayaqları ilə oynayır, onları üzünə yaxınlaşdıraraq, ayaq barmaqlarını ağzına apara bilir.
  • Ayaqlarında olan corabı asanlıqla çıxara bilir.
  • Qarın üstə uzanan zaman oyuncağa tərəf dartıla, iki əl ilə oyuncağı ala və sirkəliyə bilir. O həmçini oyuncağı əllərində dəyişə bilir.
  •  Tanıdığı və yad insanları fərqləndirir. Yad adam görəndə qaşqabaqla baxa və ağlaya bilər.
  • Özlüyündə fəal danışır. Böyüklərin dediyini təkrarlamağa çalışır və bərkdən gülə bilir.
  • Böyüklərə baxaraq bir sıra sadə hərəkətləri,, məsələn, əl çalmağı təkrar etməyə çalışır.
  • Məmnuniyyətlə parlaq təsvirləri nəzərdən keçirir, şeir və nağıllara diqqətlə qulaq asır.
  • Oturmaq cəhdləri yaranır, lakin uzun müddət oturaq vəziyyətdə qalmasına imkan verməməlisiz.
  • Başını inamla düz saxlayır.
  • Uşağı ellərinizlə dəstəkləyərək tutsanız, o, bərk döşəmədə gəzməyə çalışacaq.
Facebook-da rəy bildir
Əlaqə üçün
Bakı şəhəri, Azərbaycan
info(a)anayam.az