Bizə yazın

4 aylıq körpənin inkişafı

22.04.2017

4 aylıq uşağın inkişafında  nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur.  Emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrənir və daha az yatır.

4 aylıq uşaq bunları bacarmalıdır.

  • Gün ərzində üç dəfə yatır. Gecə yuxusu 10 – 12 saat arası təşkil edər. Bəzən o, gecə yemək üçün oyana bilər.
  • Sutka ərzində azı altı dəfə qidalanır.
  • Başını inamla saxlayıb,  hər tərəfə fırlada bilir. Arxa üstə uzanan uşaq, başını azca qaldıraraq öz ayaqlarına baxa bilir.
  •  Əşyaları 3, 5 metr məsafədə fərqləndirə və yerdəyişməsini gözləri ilə izləyir.
  • Səsləri aydın eşidir.
  • Oyuncağı əlinə alaraq, ağzına aparmağa çalışır.
  •  Ayaqlarını yüksək qaldıraraq, ayaq barmaqlarına ya da dizlərə toxunmağa çalışır.
  • Ananı görəndə sevinir və öz dili ilə danışmağa çalışır. Beləki o artıq ananı tanıyır və onunla danışmağa xoşlanır.
  • Ona diqqət edən hər kəslə, danışmağa çalışır.
  • Qarnı üstə uzanmış vəziyyətdə, əllərinə əsaslanaraq çiyin və başını asanlıqla saxlayır.
  • Qarın nahiyəsindən, arxa tərəfə və ya əksinə çevrilməyə çalışır. Bu səbəblə, artıq onu tək buraxmamalısız.
  • İntonasiya və ətrafdakı səsləri təqlid etməyə çalışır.
  • Köp və qarın sancıları 4-cü ayın sonunda keçməyə başlayır.

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan