Bizə yazın

0-12 aylıq uşağın günlük rejimi. Cədvəllər

21.05.2017

Günlük rejim – uşağı yorulmadan qoruyur, fiziki və əqli inkişafına müsbət təsir edir. Körpə həyatının ilk ili – vərdişlərin kökləndiyi, çox vacib dövrüdür. Günün nizamlanması – yuxu rejiminin, qida rejiminin, lazım ehtiyaclarının düzgün riayət edilməsinə kömək edir. Eyni zamanda ananın rahatlığını da təmin edir.

Uşağın səhər oyanışı

Bir yaşadək uşağın günlük rejimini planlayarkən, anlamaq lazimdır ki, bu yaşda olan uşağın, böyüklərdə olduğu kimi hər zaman eyni vaxtda yatması vacibdir. Axşam onu vaxtında yatırdıqda, əmin ola bilərsiniz ki, o yuxusunu tam alacaq və gündüz şıltaqlıq etməyəcək. Əgər uşaq vaxtından əvvəl oyanaraq, sakitcə uzanıbsa, onu ələ götürməyə tələsməyin. Çox güman ki, o bir az sonra yenidən yuxuya gedəcək.

Lakin,yenidoğulanlarda rejim tam fərqldir. Burada ana yeni doğulanın gün rejiminə uyğunlaşmalı, körpənin istədiyi zaman onu yedirməli və yatırmalıdır. Körpənin səhər oyanışı şən və sakit şəraitdə olmalıdır. Bu, gün ərzində onun xoş əhval-ruhiyyədə olmasının təminatıdır. Körpəyə gülümsəyin, nəvazişlə onu əllərinizə alıb, öpün.

Səhər bezinin dəyişdirilməsi, əl-üzünün yuyulması, daranması səhər vərdişinə çevrilməlidir.

Körpənin qidalanmasıkorpenin yedirilməsi rejimi

Altı aylıq uşaqları qidalandırma, cədvələ görə deyil, onların tələbinə görə olmalıdır. Lakin, qeyd etmək lazımdır ki, 6 aylıq körpələrin əksəriyyəti  müstəqil olaraq, özlərinə qida rejimini bərabər aralıqlarla (3, 4, 5 saat fasilə ilə) qurur. Buna əsasən analara, körpənin acıma zamanını əvvəlcədən hesablamaq asan olur. Qidalanmanın saata görə nizamlı olması, yaxşı həzmə kömək edir.  Əgər sizə elə gəlir ki, uşaq acdır və ya o. sonuncu yeməyini olduğundan az yeyib, ona yüngül qəlyanaltı təklif etmək olar. Lakin bu yağlı bulka və ya şirniyyat olmamalıdır, ən yaxşısı meyvədir. Gigiyena qaydaları barədə unutmayın: Əl yuma, önlüyün istifadəsi, ağzın salfetlə silinməsi, faydalı vərdişlər yaradır.

 

Körpənin gündüz yuxusu

Balaca adətən yuxu müddətini, özü müəyyən edir. 5-6 aylıqdan sonra ana uşağa ziyan dəymədən, uşağın yuxu müddətini bir neçə dəfə dəyişməklə, yuxu rejimini nizamlaya bilər. Ümumiyyətlə, uşağın gündüz yuxusu eyni vaxtda olmalıdır, lakin əgər siz görürsünüz ki, o, artıq yorulub və şıltaqlıq eləməyə başlayır, onu erkən yatırın. Lakin, bilməlisizki, balaca gecə yuxusuna 3-4 saat qalmış əvvəldən durmalıdır. Əks halda, onu axşam yatırmaq çox çətin olacaq.

Körpə ilə gəzinti

Bir yaşadək uşağın günlük rejiminə, gündəlik gəzintilər daxil olunmalıdır. Gəzinti gün ərzində, ən azı 2 dəfə (nahardan əvvəl və günün ikinci yarısında) olmalıdır. Körpə ən azı 3-4 saat təmiz havada olmalıdır. Yeni doğulmuş və 5-6 ayadək uşaqların gün rejimini təyin etdikdə, imkan qədər hər yedizdirmədə, təmiz havada yatırmağa çalışın. Uşaqla gəzinti üçün sakit yer seçin. Gəzən uşaqla gəzinti daha fəal olmalıdır. O küçədə özü gəzməli, qaçmalı və oynamalıdır.

korpe ile oyun

 Körpə ilə oyun

Bu yaşda uşağın günlük cədvəlində, mütləq oyun saatı, yer almalıdır. Oyun saatı, onun və sizin üçün rahat vaxtda olmalıdır. Uşaqla oyun hər ikinizə zövq verməlidir. Əgər uşaq toxdur, şıltaqlıq etmir, yatmaq istəmirsə, o, valideynləri ilə, xüsusəndə hər ikisi ilə oynamağa şad olacaq. Sizdə öz növbənizdə, bu zaman ev işlərindən və ya televiziya verilişlərindən ayrılın – qoy bu zaman yalnız sizinlə uşağa məxsus olsun!

 

korpenin cimmesi

Uşağın çimməyi

Uşağın axşam çimmə vaxtına, dəqiq əməl edilməsi – onun tez və yüngül yuxuya getməyinə imkan yaradır.

Su ilıq +36-37 dərəcədən artıq olmamalıdır, çünki bir az isti su, oyadıcı  təsir göstərir. Əgər uşaq – temperamentli, pis yatıb, tez-tez ağlayırsa, pediatr, çimərkən sakitləşdirici hesab olunan, ot dəmləmələri (lavanda, pişikotu, nanə) məsləhət edə bilər.

 

Körpənin gecə yuxusu

Bir yaşadək uşağın günlük gecə yuxusu, ümumilikdə 10-11 saatdan az olmamalıdır. Yeni doğulmuş körpələr günün böyük hissəsini, 2-4 aylıq körpələr ümumilikdə təxmini 17-18 saat, 4-6 aylıq 16 saat, 7-9 aylıq körpə 15 saatdan az olmayaraq yatmalıdır. 10-12 aylıq uşaların, yuxusunun ümumi müddəti 12-13 saatdan az olmamalıdır. Uşağı gecə eyni vaxtda ( saat 21:oo da) yatırmaq məsləhətdir. Bu zaman televizor işlədilməməli və bərkdən danışılmamalıdır. Sakit yuxu, körpəni dincəlmiş və gümrah oyanacağının – təminatıdır!

1 yaşadək olan körpənin günlük rejimini necə qurmalı?

Psixoloqlar bildirirlər ki, Əgər valideynlərin özləri rejim üzrə yaşayırsa, onda uşaqda bu rejimə meyl göstərəcək. Ona görə bu cür valideynlərə, uşağı rejimə öyrətmək çətin olmayacaq.
Artıq iki aylıq körpə, yeməyini, yatmağını, istirahətini istəyəcək. Anaya yalnız körpənin belə səylərini dəstəkləmək və onları möhkəmləndirmək lazım olacaq. Körpənin hər “işarətinə” qarşı həssas olmaq və diqqət göstərmək lazımdır. Əgər görürsünüz ki, o, gözlərini sürtür, başını yana döndərir, barmağını sorur, onda bu nişanları  tanıyaraq, diqqətdən qoymayın. Körpənizi ana laylasına və ya uşaq üçün xüsusi sakitləşdirici müsiqilərə öyrədin.

Bir illik uşaq haqqında danışırıqsa, bəzən belə olur ki, körpə bir gün içərsində, əvvəlki rejimdə yaşamasına imtina edir.O, iki dəfə yatmaq istəmir, tez-tez yemək istəmir. Bu yaşda uşaqlar bəzən axşam yuxusuna səy göstərmirlər. Bütün bunlar ananı əsəbiləşdirir, onun planlarını pozur. Bu onu deyir ki, körpə böyüyür və o, köhnə rejimi qəbul etmir. Bu da valideynlərə olan bir işarədir. Uşağın doyunca yatması, gümrah və sağlam olması üçün, fərdi və ümumi qəbul edilən gün rejimi təyin etmək lazımdır.

Gündə bir dəfə yuxu rejimi – bağça rejiminə uyğundur və bu yolla siz uşağı tez bir zamanda bağça rejiminə uyğunlaşdıra bilərsiz. Amma nəzərə alın ki, onda siz uşağı axşam tez yatırmalısız və gündüz yuxusu ən azı 2 saat olmalıdır.

1 yaşadək uşağın təxmini gün rejimi

Uşağın günlük cədvəli, ilk növbədə, onun yaşından asılıdır. Yeni doğulandan – 3 aya qədər olan körpə gün ərzində 7 dəfə, 3-6 aylıq körpə 6 dəfə, 6-9 aylıq körpə gün ərzində 5-6 dəfə qidalanır. Artıq 10 aylıq uşaq bəzən gün ərzində 5 və ya 4 dəfə qidalana bilir. Yuxuya qaldıqda, yenidoğulan körpə gün ərzində 4 dəfə, 3-6 aylıq 3 – 4 dəfə, 6- 9 aylıq körpə 3 dəfə, 9 – 1.5 aylıq körpə gün ərzində 2 dəfə yatır. Göründüyü kimi uşağın yaşına görə həyat tərzi fərqlənir.  Lakin, mövcud tələblərə əsaslanaraq, günü nizamlı şəkildə planlaşdırmaq lazımdır.

0-12 aylıq uşağın, günlük rejim cədvəllərinin nümunələri:

0-3 aylıq uşağın günlük rejim cədvəlinin nümunəsi

0-3-ayliq-usaq-rejimi-anayam.az

3-6 aylıq uşağın günlük rejim cədvəlinin nümunəsi

6-9-ayliq-usaq-rejimi-anayam.az

6-9 aylıq uşağın günlük rejim cədvəlinin nümunəsi

6-9 aylıq üşağın günlük rejiminin nümunəsi

9-12 aylıq uşağın günlük rejim cədvəlinin nümunəsi

9-12-ayliq-usaq-rejimi-anayam.az

Biz sizə 0-12 aylıq uşaq üçün təxmini günlük rejim cədvəllərini təqdim etdik.

Lakin bu rejim cədvəllərini  yoxlamadan evvəl, körpənizin öz rahat rejiminə və həkim pediatrın məsləhətinə fikir verməyiniz məsləhətdir.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan