Bizə yazın

İstifadəçi təlimatı

Hazırki İstifadəçi Müqaviləsi (sonradan «Müqavilə» adlandırılacaq) İnternet şəbəkəsi İstifadəçisinə (sonradan «İstifadəçi» adlandırılacaq), www.anayam.az Saytında (sonradan «Sayt» adlandırılacaq) nəzərdə tutulmuş Xidmətlərdən istifadə olunması haqqında Müqavilə bağlamaqdan ibarətdir.

page-img1. Ümumi müddəalar
1.1. İstifadəçi tərəfindən Saytdan və Xidmətlərdən istifadə olunması hazırki Müqavilə ilə tənzimlənir.

1.2. Hazırki Müqaviləyə, eləcə də Saytın və Xidmətlərin istifadəsi ilə əlaqədar Saytla İstifadəçi arasındakı münasibətlərə Azərbaycan Respublikasının qanunvericiliyi şamil olunur.

1.3. Saytda qeydiyyatdan keçməklə, yaxud Saytda hər hansı səciyyəyə malik istənilən məlumatın və ya materialların (sonradan “Məlumat” adlandırılacaq) yerləşdirilməsi və ya Saytda hər hansı məlumatın nəzərdən keçirilməsi imkanından, yaxud Saytın və ya Xidmətin hər hansı digər funksional imkanından istifadə etməklə, İstifadəçi hazırki Müqavilənin bütün şərtləri ilə qeyd-şərtsiz razılaşdığını ifadə edir və həmin şərtlərə riayət olunmasına görə cavabdehlik daşıyır. İstifadəçi hazırki Müqavilənin bütün şərtləri ilə qeyd-şərtsiz razılaşmadıqda, Saytın və Xidmətlərin istifadəsini dərhal dayandırmalıdır.

2. Məlumatın təqdim olunması, yerləşdirilməsi və istifadəsi
2.1. Yalnız qeydiyyatdan keçmiş İstifadəçi Saytdan və Xidmətlərdən tam şəkildə istifadə edə, o cümlədən İstifadəçinin profilini yarada, Məlumat yerləşdirə, digər İstifadəçilər haqqında dolğun məlumatlarla tanış ola və məlumat göndərə bilər.

2.2. İstifadəçi öz loginin və parolunun təhlükəsizliyinə görə özü cavabdehdir və onları üçüncü şəxslərə vermək, yaxud açıqlamaq hüququ yoxdur. İstifadəçiyə məxsus login və paroldan istifadə etməklə Saytda aparılan bütün əməliyyatlar İstifadəçi tərəfindən icra edilmiş hesab olunur.

2.2. İstifadəçi Məlumatı yerləşdirdikdə və Xidmətdən digər bir şəkildə istifadə etdikdə aşağıdakı şərtlərə və məhdudiyyətlərə əməl etməlidir:

2.2.1. İstifadəçi tərəfindən yerləşdirilən Məlumat (o cümlədən, hər hansı materiallar) müəllif hüquqlarını, əmtəə nişanları üzərində hüquqları, eyniləşdirmə vasitələrini və / və ya üçüncü şəxslərə məxsus digər əqli mülkiyyət obyektlərinə olan hüquqları pozmamalıdır;

2.2.2. Saytda, eləcə də Xidmətlərdən istifadə etdikdə digər istifadəçilərin aldadılmasına səbəb olacaq hərəkətlərə yol verilməməlidir;

2.2.3. Sayt çərçivəsində üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozan Məlumat və şərhlərin (o cümlədən, öz fotoşəkillərinin və ya öz iştirakı ilə çəkilmiş videoçarxın Saytda yerləşdirilməsinə icazə verməmiş şəxsin əsas obyekt qismində çıxış etdiyi fotoşəkillərin və videoçarxların, eləcə də reklam, erotik, pornoqrafik və ya təhqiramiz səciyyəli materialların) yerləşdirilməsi qadağandır.

2.2.4. Sayt çərçivəsində aşağıdakılar qadağandır:
• Zorakılığın, eləcə də irqi, cinsi, milli və dini ayrı-seçkiliyin təbliği;
• Yolverilməz ifadələrdən istifadə olunması;
• İstənilən formada kommersiya fəaliyyətinin həyata keçirilməsi, o cümlədən malların və xidmətlərin, internet resurslarının və xidmətlərinin reklam olunması, eləcə də şəxsi məlumatlar vasitəsi ilə reklam göndərilməsi. Kommersiya mənfəəti əldə etmək məqsədi ilə şəxsi məlumatlar vasitəsi ilə digər İstifadəçilərlə istənilən növ yazışmaların aparılması qadağandır;
• Bir mövzunun bir neçə dəfə yerləşdirilməsi, eləcə də müxtəlif icmalarda eyni mövzunun bir neçə dəfə yerləşdirilməsi;
• Bir İstifadəçi tərəfindən bir neçə akkauntun yaradılması;
• Hər hansı müsabiqədə səs vermək haqqında xahişin yerləşdirilməsi;
• Sayt rəhbərliyinin rəyinə əsasən, portalın tematik siyasətinə və məqsədlərinə müvafiq olmayan digər məlkumatların Saytda yerləşdirilməsi;
• İstifadəçinin avatarı və anketindəki fon təsviri məxfi məlumat hesab olunur və orada aşağıdakılar olmamalıdır:

• Qeyri-etik təsvirlər;
• Saytın firma üslubunun elementləri;
• Forumdakı dərəcələri təqlid edən təsvirlər;
• Saytın rəhbərliyi ilə razılaşdırılmamış reklam;
• Saytın rəhbərliyinin rəyincə, anayam.az portalının siyasətinə və dəyərlərinə müvafiq olmayan məlumatlar və ya təsvirlər;
• Müsahiblərə qarşı hörmətsiz münasibət və şəxsiyyətin təhqir olunması (müsahibin peşəsinə, milliyyətinə, tutduğu vəzifəyə, fiziki qüsurlarına, psixi pozğunluqlarına, şəxsi keyfiyyətinin qiymətləndirilməsinə, hərəkətlərinə dair kobud ifadələr);
• Ailə, ana və uşaq haqqında mövzularla bilavasitə və ya dolayı yolla bağlı olmayan siyasi məsələlərin müzakirəsi;
• Aşağıdakı mövzuların təbliği və gizli reklam olunması:
• Hamiləliyə qarşı vasitələr;
• Abort;
• Spirtli içkilər və tütün məmulatları;
• Kreditlər;
• Ulduz falı, falabaxma, spiritizm xidmətləri;
• Kompüter oyunları;
• İntihar;
• Narkotik və psixotrop vasitələr;
• Pedofiliya, pornoqrafiya.

2.2.5. İstifadəçi razılaşır ki, Saytın rəhbərliyi moderatorların şəxsində istənilən materialları silmək, yaxud səbəbini izah etmədən istifadəçilərin profillərini bloklaşdırmaq və ya ləğv etmək hüququna malikdir.

2.2.6. İstifadəçinin hərəkətləri vətəndaşların, Saytın digər istifadəçilərinin hüquqlarını, o cümlədən şəxsi həyatın toxunulmazlığı, şəxsi və ailə sirri, şərəf, ləyaqət və təmiz ad hüquqlarını pozmamalıdır. İstifadəçi Xidmətin digər İstifadəçilərinin yerləşdirdiyi məlumatları toplamaq, sistemləşdirmək, saxlamaq və ya hər hansı üsulla yaymaq, eləcə də İstifadəçiyə verilmiş Xidmət hüququndan istifadə etməklə, üçüncü tərəflərin bu əməliyyatları həyata keçirməsinə imkan yaratmaq hüququna malik deyil.

2.3. İstifadəçi razılaşır ki, onun Saytda yerləşdirdiyi Məlumat, İstifadəçinin Saytda yerləşdirdiyi həcmdə, istər bilavasitə Saytda, istərsə də ilkin mənbəyə istinad etməklə müxtəlif texniki vasitələrlə ötürmə yolu ilə (poçt göndərişi, RSS, embed code və s. köməyi ilə) digər istifadəçilər üçün açıqdır.

2.4. İstifadəçi razılaşır ki, girişi bağlı və ya məhdud olmayan Məlumat (onun hər hansı hissəsi) hamı üçün açıqdır və onun məxfiliyik rejiminin qorunması tələb olunmur.

2.5. İstifadəçi razılaşır ki, Saytın və ya onun Xidmətlərinin köməyi ilə hər hansı Məlumatı yerləşdirməklə və ya yaymaqla, o, hazırki Müqaviləyə müvafiq qaydada, İnternet İstifadəçilərinin (o cümlədən, Saytın qeydiyyatdan keçməmiş İstifadəçilərinin) bu Məlumatdan təmənnasız və müddətsiz qaydada istifadə etməsinə imkan yaradır (əgər bu istifadə qanunvericiliyə zidd deyilsə). Bu zaman İstifadəçi digər İstifadəçilərin yerləşdirdiyi məlumatlardan istifadə olunması ilə əlaqədar bütün riskləri müstəqil şəkildə qiymətləndirməlidir.

2.6. İstifadəçi razılaşır ki, Saytın rəhbəriyi üçüncü şəxslərə, o cümlədən naşirlərə və reklam şəbəkələrinə Saytda reklam yerləşdirməyə icazə vermək hüququna malikdir. Bununla əlaqədar olaraq, İstifadəçi razılaşdır ki, bu cür üçüncü şəxslərdən hər hansı biri, hər dəfə İstifadəçiyə onlayn-reklam göndərdikdə, İstifadəçinin kompüterini hər zaman eyniləşdirmək məqsədi ilə İstifadəçinin kompüterində kuki-fayllar yerləşdrmək hüququna malikdir. Bu zaman İstifadəçi dərk edir ki, Saytın rəhbərliyi reklamın yerləşdirilməsi zamanı İstifadəçinin kuki-fayllarından istifadə olunmasına nəzarət etmir. İstifadəçi özünün şəxsi məlumatlarının reklam yayımı məqsədi ilə üçüncü tərəflərin istifadə etməsinə qadağa qoya bilər. Bu cür qadağa Saytdakı reklam məlumatlarının nəzərdən keçirilməsi imkanına təsir göstərməyəcək.

3. Məsuliyyət
3.1. İstifadəçi Saytdan və Xidmətlərdən istifadə zamanı həyata keçirdiyi əməliyyatlara, o cümlədən bu əməliyyatların qanunvericiliyin tələblərinə müvafiq olmasına və üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmamasına görə təkbaşına məsuliyyət daşıyır. İstifadəçi Xidmətdən istifadə ilə əlaqədar üçüncü şəxslərin bütün iddiaların müstəqil şəkildə və öz hesabına aradan qaldırılmasına görə cavabdehlik daşıyır.

3.2. Sayt İstifadəçi tərəfindən yerləşdirilmiş məlumatları xəbərdarlıq etmədən tam və ya qismən poza bilər (xüsusən, İstifadəçi tərəfindən Saytda hazırki Müqavilənin tələblərinə cavab verməyən Məlumat və ya şərh yerləşdirdikdə, yaxud Müqavilənin tələblərinə cavab verməyən digər hərəkətlərə yol verdikdə).
3.3. Hazırki Müqavilənin və digər müvafiq sənədlərin tələbləri pozulduqda, İstifadəçinin Saytdan və Xidmətdən istifadəsi məhdudlaşdırıla və / və ya onun profili xəbərdarlıq edilmədən ləğv oluna bilər.

3.4. Sayt İstifadəçi tərəfindən Saytda yerləşdirilmiş Məlumatdan üçüncü tərəflərin istifadə etməsinə, o cümlədən istər Sayt və Xidmət çərçivəsində, istərsə də digər mümkün vasitələrlə bərpasına və yayılmasına görə məsuliyyət daşımır.

3.5. Sayt İstifadəçinin Sayt və Xidmətlər çərçivəsində yerləşdirdiyi məlumatları yoxlamır, dəyişmir, həmin məlumatların məzmununa nəzarət edilməsinə görə məsuliyyət daşımır, həmin məlumatların dəqiqliyinə, qanuniliyinə keyfiyyətinə, eləcə də onların Xidmət istifadəçilərinin sorğu və tələblərinə cavab verməsinə görə məsuliyyət daşımır.

3.6. Sayt özünə məxsus olmayan və istinadları məlumatın məzmununda göstərilən Məlumatların məzmununa görə məsuliyyət daşımır və onların əlverişliliyinə, düzgün işləməsinə və tələb edilən mövzuya müvafiq olmasına zəmanət vermir.

3.7. Sayt Saytın və / və ya Xidmətlərin istifadəsinə, yaxud istifadəsinin mümkün olmamasına görə İstifadəçiyə və ya üçüncü tərəflərə birbaşa və ya dolayı yolla vurulan ziyana görə məsuliyyət daşımır.

4. Digər şərtlər
4.1. Xidmət Sayt tərəfindən «olduğu kimi» təqdim edilir. Sayt məlumatın və Xidmətlərin İstifadəçinin məqsədlərinə və gözləntilərinə müvafiq olmasına görə, onun fasiləsiz və səhvsiz işləməsinə, eləcə də İstifadəçinin profilinin və İstifadəçi tərəfindən Saytda yerləşdirilən məlumatların təhlükəsizliyinə məsuliyyət daşımır.

4.2. Saytın və / və ya Xidmətlərin istifadəsi və ya istifadəsinin mümkün olmaması ilə əlaqədar bütün iddialar info@anayam.az elektron poçtuna göndərilməlidir.

4.3. Sayt üçüncü şəxslərin sorğusu əsasında Anayam.az İstifadəçilərinin məzmununu ləğv etmir.

4.4. Sayt istənilən vaxt İstifadəçini xəbərdar etmədən hazırki Müqavilənin mətnini, eləcə də Saytın və Xidmətlərin istifadəsi ilə əlaqədar hər hansı digər şərtləri dəyişə bilər. Hazırki Müqavilədə nəzərdə tutulmayan hallarda rəhbərlik öz sərəncamına uyğun hərəkət etmək hüququna malikdir.

 

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan