Bizə yazın

Hamiləliyin 9-cu həftəsi

09.06.2016

Hamileliyin 9cu heftesiBu həftədə onun uzunluğu 22-30 mm, çəkisi isə 4 q – a çatmışdır. Hamiləliyin 9-cu həftəsində dölün xarici görünüşü dəyişir; bədən uzanır, baş yumurulaşır, gözlər öz yerinə buruna yaxın formalaşır, əzələlər aktiv inkişaf edir. Damarlarda qan dövr etməyə başlayır. Ürək dəqiqədə 120-150 dəfə vurur. Keçən həftə əllərdə barmaqların yarandığı kimi bu həftədə ayaqlarda barmaqlar formalaşır.

Ana

Tədricən bədəniniz hamiləlik vəziyyətinə uyğunlaşır. Artıq daxili orqanlarınız yeni rejimə adaptasiya olunub. Siz özünüzü rahat hiss edib, ətrafdan zövg almağa başlamısız. Bir çox qadınlarda bu ərəfədə ürəkbulanma və ya qusma keçir. Əgər sizdə bu hallar davam edirsə, narahat olmayın 12ci həftədə bunlar tamamilə keçib gedəcək. Siz yenə özünüzü enerji dolu  9 hefte Uzihiss edəcəksiniz.

  • Qarının aşağı hissəsində dartan ağrılar hiss oluna bilər, narahat olmayın bu uşaqlığın böyüməsi ilə əlaqəlidir. Amma spazm kimi ağrılar hiss edirsinizsə, dərhal həkiminizlə məsləhətləşin.
  • Gəbizlik yarandığı halda bol-bol su için, bol meyvə yeyin. Seherleri iliq su ilə başlayın, həkiminizlə məsləhətləşin.
  • Əgər gün ərzində özünüzü yorğun yuxulu hiss edirsinizsə, bu normaldır mümkün qədər dincəlməyə çalışın.
Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan