Bizə yazın

Hamiləliyin 8-ci həftəsi

09.06.2016

Hamileliyin 8ci heftesi8-ci həftə – embrionun inkişafında çox mühüm mərhələdir. Onun uzunluğu 14-20 mm, çəkisi isə 3 q – a yaxın olmuşdur. Embrion təxminən üzüm dənəsi ölçüsündədir. Embrion artıq fəal hərəkət edərək yerini dəyişə bilir, lakin ana hələ bunu hiss ede bilməz. Bundan başqa bu həftə ərzində embrionun fəal olaraq üreyi, qan dövranı, böyrək, sidik kisəsi, sinir sistemi və  beyni formalaşır.  Həftənin sonu onun qida borusu, mədə və bağırsağı formalaşıb bitir. Artıq onun əl barmaqlarını seçmək olar.

Hiss etdikləriniz

Əvvəl müşahidə olunan əlamətlər hələdə davam edəcək. Hazırda sizin uşaqlıq böyüdüyü üçün o birbaşa sidik kisəsinə təzyiq edir. Buna görədə siz tez-tez ayaqyoluna getməli olursuz. Bu normal 8 hefte Uzihaldır. Əgər bu zaman siz müəyyən ağrı və ya yanğı hiss edirsizsə, həkiminizə müraciət etməyiniz lazımdır. Bu sistit ola bilər və onu tez bir zamanda düzgün müalicə  üsülu ilə aradan qaldırmaq lazımdır. Axıntı əvvəlki kimi açıq rəngli və turş iyli olmalıdır. Əgər axıntı dəyişmiş olarsa, bu hansısa infeksiyanın əlaməti ola bilər. Bu halda həkimlə məsləhətləşmaniz mütləqdir.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan