Bizə yazın

Hamiləliyin 7-ci həftəsi

09.06.2016

Hamileliyin 7ci heftesiArtıq balanızın boyu 8-10mm, çəkisi isə 1.7 qr yaxın olmuşdur. 7-ci həftədə onu görəbilmə imkanınız olsaydı üzünü və göz bəbəklərının yerini görə bilərdiz. Bundan artıq onun ağzı, dodaqları, burun və burun dəlikləri, xarici  və daxili qulaqları, əl və ayaqlarda barmaqlar formalaşıb. Beynin hər iki yarımkürəsi formalaşır. Ürək dəqiqədə 150 dəfə vurur. Cift dahada qalinlaşır, bu da körpənizin xaricdən gələ biləcək zərbələrdən və temperatur dəyişikliklərinə qarşı qoruyur. Daxili orqanlarda inkişaf etməkdədir; tənəffüs orqanları, böyrəklər, vəzilər, cinsi orqan (USM ilə uşağın hələki cinsiyətini bilmək olmaz) inkişaf etməkdədir.

Hiss etdikləriniz

Ananın orqanizmi hər tərəfli daşınan uşağın cəki və boyuna görə nizamlanır. Döl inkişaf etdikcə uşaqlıqda böyüyəcək. 7-ci həftədə uşaqlıq 2 dəfə (təxmini narıncı kimi) böyümüşdür, amma qarın ölçüsü hələki dəyişməmişdir. Bu həf7 hefte Uzitədə uşaqliqda yaranan selikli tıxac bütün hamiləlik boyu uşaqlığı xarici zərərli amillərdən qoruyacaq. Çox gözlənilən zaman gəlib çatanda, bu selikli tıxac doğuşun ilk əlaməti olacaq. Bu həftədə bir çox qadınlarda baş ağrıları, qəbzlik, tüpürcəyin artması, həzmin çətinləşməsi, qarında tünd zolağın yaranması, döşün şişməsi və döş gilələrinin tündləşməsi, damarların görünməsi kimi hallar yarana bilər. Bütün bunlar normaldır.

  • Hər şeydən vacib yeməyinizə, istirahətinizə fikir verməyiniz vacib şərtdir! Çalışın bol-bol su içəsiniz.
  • Bu vaxtda qarın hələ görünməsədə içindəki varlıqla danışmaq istəyirsən. Gözəl və sakit musiqilərə qulaq asın, qarnınızı sığallayaraq gələcək balanızla danışın.
Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan