Bizə yazın

Hamiləliyin 6-сı həftəsi

09.06.2016

Hamileliyin 6ci heftesi6-cı həftədə embrionun artıq əl və ayaqları formalaşmağa başlayır. Bundan başqa onun kəllə beyin, üz ( göz, qulaq, burun, çənə) nahiyyəsi formalaşmağa başlayır. Ürək artıq funksionallaşır, sağ və sol kameraları yaranmaqdadır. Onun ürək döyüntülərini ultrasəs müayinə zamanı eşitmək olar.

Hiss etdikləriniz

Artıq bu ərəfədən yemək dadınız dəyişə bilər. Əvvəl sevdiyiniz yeməkləri indi istəməyə bilərsiz və ya əksinə. Toksikoz daha da çoxala bilər ( bu hər bir qadında fərqli ola bilər). Tez-tez qarin aşağısında ağrılar hiss oluna bilər. Bu ağrı hamiləliyin normal keçməsinin (səbəb progesterionun artması, uşaglığın böyüməsi), və ya əks olaraq ektopik hamiləlik və ya infeksiyanın olacağının göstəricisi ola bilər. Bu barədə həkiminizlə məsləhətləşməyiniz lazımdır.6 hefte Uzi

 

Müayinə

Bu ərəfədə sizin çanaq, çəki və qan təzyiqiniz ölçülməlidir.

  • Əgər qusma gün ərzində 2-3 dəfədən artıq baş verirsə həkimə müraciət etməyiniz məsləhətdir. Bu cür toksikoz müalicə tələb edir.
  • Gələcək ananın imuniteti hazırda aşağıdır və 80% hamilə qadının virus infeksiyasını tutma ehtimali ola bilər. Bunun üçün insanların sıx ola biləcək yerlərdə olmayın, itburnu dəmləməsi içə bilərsiz, otağınızın havasını tez-tez dəyişin, təmiz havada gəzin.
  • Vitamin və təbii şirələr qəbul edin.
Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan