Bizə yazın

Hamiləliyin 5-ci həftəsi

09.06.2016

Hamileliyin 5ci heftesi Hamiləliyin 5-ci həftəsində artiq embrionun ölçüsü 3 mm-ə çatır. Onun görünüşü sürətlə dəyişirək  “C” hərifinə bənzəyir və təxminən baş qarin və ayaqlarının yeri görünür. Onun artıq ürəyi formalaşmağa başlayib və həftənin sonuna artıq döyunməyə başlayacaq. Bundan başqa onun sinir sistemi, onurğa və qan damar sistemi formalaşmağa başlamışdır. Bu mərhələdən Vitamin kompleksi (B9) və Fol turşusunun qəbulu mütləqdir.

Hiss etdikləriniz

Keçən həftəyə nəzərən narahatçılıqlar arta bilər. Güclü baş ağrıları, ürək bulanma, iştahsızlıq, sidiyə tez-tez getmə, yuxusuzluq, sinə nahiyəsində şişmə və həssaslılıq kimi hallar arta bilər. Bundan başqa da əhvalınz tez-tez dəyişə bilər. Bütün bunlar toksikozun əlamətləridirki, o uşağın inkişafı üçün çox enerji sərf edir. Toksikoz sizi çox narahat edirsə, həkimə müraciət etmək lazımdır.

Müayinə

İlk əvvəl 4cü həftədən hamiləliyin təsdiqini qanda olan Hamiləlik hormonunun (betaHCG) miqdarı göstərə bilər. 5ci həftənin sonu artıq bu maddənin miqdarı sidikdə də artır və siz hamiləliyinizi adi hamiləlik testi ilə yoxlaya bilərsiniz. Erkən USM diaqnostikasi etmək hamiləliyin ektopik olub olmadığını müəyyən etmək olar. Bu da həyat üçün təhlükəli olan fəsadların qarşısını almağa kömək edər.

Cinsi münasibət

Bu ərəfədə cinsi münasibətə həvəsiniz müxtəlif ola bilər. Əgər siz cinsi əlaqə zamanı hec bir ağrı, qanaxma müşahidə etmirsinizsə, cinsi münasibətin heç bir ziyanı yoxdur.

Axıntı və qanaxma

Hamiləliyin müəyyən edilməsindən sonra qanaxma müşahidə edilərsə həkimə müraciət etməyiniz mütləqdir. Hormonal deyişikliklərin 5 hefte Uzinəticəsi olaraq axınti çoxalacaq. Esas olaraq axıntı açıq sarımtıl, yüngül turş iyli olmalıdır.

  • İlk olaraq həkim ginekoloqunuzun məsləhəti ilə hamilələr üçün olan vitamin kompleksini qəbul etməlisiniz müraciət etməyiniz vacibdir.
  • Özünüzü soyuqdəymədən qızdırma və stressdən
  • Əgər sizin ürəkbulanma və ya qusmanız varsa vəziyyətinizi yüngülləşdirməyə çalışın. Məsələn qidani 5-6 dəfə az porsiyalarla qəbul edin. Ürəyinizi bulandıracaq qidalardan bir müddətə təxirə salın. Rasionunuza bol meyvə – tərəvəz, süd və ət məhsulları əlavə edin.

 

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan