Bizə yazın

Hamiləliyin 41-ci həftəsi

09.06.2016

Heftenin 41ci heftesi Hamiləliyin 41-ci həftəsi olsada, 9 ay keçsə də, körpə hələ dünyaya gəlməyib? Doğuş baş verməyib? Bu, hələ narahatlıq üçün əsas vermir. Yalnız 42-ci həftədən sonra hamiləlik uzun sürən hamiləlik hesab olunur. Sizin hələ müəyyən qədər vaxtınız var.

Ana özünü necə hiss edir

Ötən həftədən bəri orqanizmdə heç bir mühüm dəyişiklik baş verməyib. Günlər gözləntilərlə keçir. «Doğuş nə vaxt baş verəcək?» sualı ən aktual olaraq qalır.

Nə özünüzü, nə körpənizi, nə də təbiəti tələsdirməyin. Hamiləliyin 41-ci həftəsində  doğuşu həkimlər vaxtında doğuş hesab edirlər, bu müddətdə doğulan körpə bətndə həddən artıq qalmış hesab olunmur. Ehtimal olunan doğuş tarixi EHTİMALDAN başqa bir şey deyil, yəni 100% dəqiq ola bilməz. Dəqiq müddəti bir sıra amillərdən – yumurta hüceyrəsinin dəqiq çıxma müddətindən, mayalanma vaxtından asılılığı ehtimal edir.  Siz bütün bunları dəqiqəbədəqiqə hesablaya bilərsinizmi? Xeyr. Amma təbiət hesablayır. Təbiət Sizə müəyyən müddət gözləməyi və dünyaya gözəl bir körpə gətirməyi təklif edir. Hamiləliyin uzanmasına səbəb olan amillər dölətrafı suların həcminin kəskin aşağı düşməsi və bununla əlaqədar olaraq doğuş fəaliyyətinin çox zəif gedişi; öz suların olmaması (hamar kisə); uşaqlıq boynunun yetkin olmaması; ilkin nəcisdən suyun bulanması; körpənin kəlləsindəki tikişlər; körpənin dərisinin quruluğudur. Əgər hamilə qadının yaşı 30-dan çoxdursa və bu onun ilk hamiləliyidirsə, hamiləliyin uzun müddət sürməsi ehtimalı artır. 42-ci həftədən sonra doğuş müxtəlif üsullarla stimullaşdırılır.

Hamiləliyin davam etməsi

Beləliklə, biz aydınlaşdırdıq ki, əgər hamiləliyiniz 10-cu ay sürsə də, bu normaldır. Körpəni bətninizdə daşımaqda davam etməyi, yaxud doğuşu stimullaşdırmağı özünüz seçirsiniz. İstənilən halda, başa düşməlisiniz ki, bu dövrdə ciftdə qan dövranı pisləşir və uşağa qida maddələrinin ötürülməsi kəskin azalır. Qərar qəbul etmək üçün dölün və ciftdə qan dövranının vəziyyətini müəyyən edən bir sıra müayinələrdən keçmək lazımdır. Əgər hər şey qaydasındadırsa, hamiləliyi sakitcə davam etdirə bilərsiniz.

Körpə özünü necə hiss edir?41 hefte Uzi

Körpə doğuşa hazırdır. Onun bütün orqanları və sistemləri kifayət qədər inkişaf edib və istənilən an öz funksiyalarını sərbəst şəkildə icra etməyə başlaya bilər. Sürtkü maddəsi yoxa çıxıb və yalnız qatlarda və  yuvacıqlarda – müdafiəyə ehtiyacı olan ən həssas nahiyələrdə qalıb. Dırnaqlar və saçlar eyni qaydada artmaqda davam edir. Bağırsaqların peristaltikası normadadır, onun bəzi hissələrində ilkin nəcis toplanıb. Hamiləliyin 41-ci həftəsində cift tədricən köhnəlir, dölü ananın orqanizmindən ayıran qılaflar nazilir, onların daxilindən daha çox molekul nüfuz edir. Sizin bədəninizdən əks-cisimciklər körpənin qanına nüfuz edərək onu, Sizin immun sisteminizin asanlıqla öhdəsindən gəldiyi xəstəliklərdən qoruyur.

Dırnaqlar və saçlar eyni sürətlə artmaqda davam edir. Bağırsaqların persitaltikası normaldır, onun bəzi hissələrində ilkin nəcis toplanır.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan