Bizə yazın

Hamiləliyin 40-cı həftəsi

09.06.2016

Hamileliyin 40ci heftesi Doğuş artıq günbəgün deyil, saatbasaat yaxınlaşır. O, istənilən an başlaya bilər. Amma bütün müddətləri təbiət təyin edir və bu müddətlər Sizin hesablarınıza uyğun gəlməyə bilər.

40-cı həftədə ana özünü necə hiss edir?

Ana 12-16 kq çəki topladıqdan sonra, nəhayət, çəki artımı dayanır və doğuşa qədər bu çəkini saxlayacaq. Qarnın dərisi o dərəcədə dartılıb ki, Sizdə mütəmadi olaraq qaşınma hissi yaranır. Hamiləliyin 40-cı həftəsində selikli tıxac çıxır, sancılar baş verir. 40-cı həftədə anaları iki məsələ narahat edir:
1) Körpə niyə hələ doğulmayıb?
2) O, doğulmağa başlasa, neyləməli?

Sakit olun. Körpəniz doğuşa fizioloji və psixoloji cəhətdən hazır olduqda dünyaya gələcək. Gələcək anadan az narahatlıq çəkməyən bütün qohumlar da sakitləşməlidirlər.

İkinci doğuş

Beləliklə, hamiləliyin 40-cı həftəsində ikinci doğuş birinci doğuşdan fərqlənəcək. Bunu Sizə hər bir ginekoloq deyəcək. Amma onun müddətini dəqiq təyin etmək mümkün deyil. İkinci doğuş zamanı uşaqlıq boynu daha tez açılır, çünki orqanizm artıq bir dəfə «bu yolu keçib». Bununla əlaqədar olaraq, sancı müddəti də ilk dəfəkindən daha qısa olur.

Körpə özünü necə hiss edir?

Körpə bütünlüklə uşaqlığı tutur, onun hərəkətləri ləngiyir, fəallığı üçün yer qalmır. Körpənin çəkisi indi 3,2–3,8 kq, boyu isə 50–52 sm-dir. Bunlar əsl doğuş parametrləridir. Qızlar daha az çəki ilə doğulsalar da, boyu oğlanlardan daha uzun ola bilər. Körpə bətninizdə olarkən qaranlıqdan, son həftələrdə isə həm də darısqallıqdan yorulub. İndi estrogenin böyük miqdarda olması səbəbindən onun döş vəziləri bir qədər şişmiş olur – doğuşdan bir neçə həftə sonra hər şey qaydasına düşəcək.  Yeni doğulmuş qızlarda estrogenin yüksək miqdarda olması səbəbindən vaginal ifrazatlar baş verə bilər. Hələ doğulmamış körpələrin bağırsaqlarında ilkin nəcis steril olsa da, dünyaya gələn kimi bağırsaqlarına müxtəlif mikroorqanizmlər dolur.

Yeni doğulmuş körpə necə olur?40 hefte Uzi

Yeni doğulmuş körpə öz valideynlərini hər şeylə təəccübləndirə bilər. Birincisi, onun doğum tarixi gözləntilərdən bir neçə gün fərqli olur. İkincisi, yeni doğulmuş körpələr qəribə görkəmə malik olur: başı düzgün formada ola bilər (amma bu, 1–2 gün ərzində düzəlir); dərisi qeyri-təbii rəngdə — bozumtul göy rəngdən qonur rəngədək və hətta sarımtıl rəngdə olur. Bu zaman körpənin dərisi hələ ilkin sürtgü maddəsi ilə, Sizin qanınızla və ya ilkin nəcislə örtülü olur. Bundan əlavə, yeni doğulmuş körpənin bədənində piqment ləkələri və ya qasnaqlar ola bilər, amma bir müddətdən sonra onlar tamamilə yoxa çıxacaq.

Qışqırmaq vacibdir

Yeni doğulmuş hər bir körpə qışqıraraq dünyaya gəlməsindən xəbər verməyə borcludur. O, qışqırdıqca nəfəs alır, ağciyərlərini genişləndirir və müstəqil tənəffüsə başlayır. Əgər körpə qışqırmaq istəmirsə, yançağına yüngülcə sillə vurmaqla qışqırdırlar.

Ən zəruri məqam

Doğuşun baş verməsini gözləyərkən sakit qalmağa çalışın. Hər xırda şeyə görə əsəbiləşməyin. Yüksək əhval-ruhiyyənizi qorumağa çalışın. Sancı zamanı relaksasiya və düzgün tənəffüs üsullarını tətbiq edin.  Əsl sancılar başlayan kimi özünüzü itirməyin və qabaqcadan hazırlanmış plan üzrə hərəkət edin. Siz böyük bir iş görmüsünüz! Bu çətin yolu tam surətdə keçmisiniz! Sizin mükafatınız – Sizin körpənizdir! Siz dünyaya yeni insan, öz davamçınızı gətirmisiniz! Sizi təbrik edirik!

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan