Bizə yazın

Hamiləliyin 4-cü həftəsi

09.06.2016

Hamileliyin 4cu heftesiNehayet siz artıq hamilesiz. Təbiiki bu dövr hər bir qadının həyatında ən gözəl, ən həyacanlı andır. Bu gözəl xəbəri alan hər gələcək ana hər mərhələdə körpəsinin inkişafının necə keçəcəyi ilə maraqlanmağa çalışır. Təsəvvür  edinki sizin körpənizin uzunluğu  0,36 – 1mm, çəkisi 0,5qr-dır.  4-cü həftədə hamiləliyi təyin etmək üçün bir çox simptomlar baş verir. İlk növbədə menstruasiyanın gecikməsidir.

Hiss etdikləriniz

Aydındırki, bədəninizdə kardinal dəyişikliyi müəyyən etmək hələ tezdir. Ancaq çox hissiyyatlı qadinlar nəsə hiss edə bilər. Adətən bir çox hallarda qadınlar menstruasiya qabağı olan simptomları hamiləlik simptomları ilə səhv salır. Hamiləliyin 4-cü həftəsində qarın aşağısında, döşlərdə ağrılar hiss edə bilər. Bundan başqa tez-tez əhvalın dəyişməsi hətta toksikozunda yaranması baş verə bilər.  Bəzəndə menstruasiya əvvəli qəhvəyi selikli axıntıda müşayyət oluna bilər.

4cü həftədən rüşeym artıq dölə çevrilməyə başlayır. Bu mərhələdə Plasenta və Amniotik maye yaranmağa başlayır. 3 əsas qat yaranır ( ektoderm, endoderm, mezoderm). Məhz 4 hefte Uzionların beynin, mədəaltı vəzinin, qan və sklet əzələ formasının yaranmasıda əsas rol rolu vardır.

Bu müddət  riski Ektopik hamiləliyin olmasıdır. Ektopik hamiləlik mayalanmış yumurtanın uşaqliqdan kənarda boruda yerləşməsi deməkdir. Bu halda hamiləlik kənarlaşdırılır. Sevindirici haldırki bu nadir hallarda olur, buna təmkinli olub, hamiləliyinizin hər anından həzz almaq lazımdır. Ultrasəs Müayinə üçün hələ tezdir. Uzm nəticəni 8ci həftədə göstərə bilər.

  • Hamiləliyin ilk həftələrindən fol turşusunun qəbulu mühümdür. Onu hamiləliyin 12ci həftəsinı qədər qəbulu mütləqdir. Fol turşusu uşağın sinir sisteminin, bir çox orqanlarin eləcədə dərinin inkişafında mühüm rol oynayır. Hamilələr üçün xüsusi olan vitamin komplekslərindən istifadə etməyə başlamaq olar. O uşağın inkişafında və ananında sklet möhkəmləməsində, hemoqlabinin nəzarətində kömək edəcəkdir.
  • Anetezyadan mümkün qədər qaçmalısız. Hətta diş müalicəsini mümkün qədər hamiləliyin 2ci üç ayliq dövrünə qədər təxirə salmalısız. Digər dərmanlar yalnız həkimin məsləhəti ilə qəbul olunmalıdır
Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan