Bizə yazın

Hamiləliyin 39-cu həftəsi

09.06.2016

Hamileliyin 39cu heftesiƏgər hələ azad olmamısınızsa, məhz hamiləliyin 39-cu həftəsində azad olmaq üçün bütün şanslarınız var. Körpə artıq dünyaya gəlməyə tam hazırdır. Buna ananın orqanizmi də hazırdır. İndi, sadəcə, doğmaq qalır.

Ana özünü necə hiss edir?

Hamiləliyin 39-cu həftəsi ərzində Siz 11–16 kq çəki toplamısınız. Çəkiniz daha artmayacaq – əksinə, bir qədər azala bilər. Hamiləliyin 39-cu həftəsində doğuşun əlamətləri özünü büruzə verməyə başlayır. Cift köhnəlir, körpənin oksigen çatışmazlığı hiss etməməsi üçün tez-tez təmiz havada olun. Uşaqlıq sidik kisəsini daha çox sıxır və Siz ayaqlarınızın arasında deşici ağrılar hiss edə bilərsiniz. Sancıların həqiqi və ya yalançı olduğunu, doğmaq vaxtının gəlib-gəlmədiyini qadın sərbəst şəkildə, yaxud həkimin köməyi ilə müəyyən edə bilər. Əsas odur ki, sancılar başlayanda özünüzü itirməyəsiniz. Siz vaxtında və müvəffəqiyyətlə azad olacaqsınız. Doğuşdan əvvəlki son mərhələ başlanıb. Bəzi son «çətinliklər» qalıb – bir azdan körpə sakitcə Sizin qucağınızda uyuyacaq. Hamiləliyin 39-cu həftəsində qarın daşlaşır, vaxtaşırı olaraq kəsilən ağrılar baş verir, ətraflar şişkinləşir. Bütün bunlar bir müddətdən sonra sona çatacaq. Körpə anadan olan kimi hər şeyi unudacaqsınız!

İkinci hamiləlik

Əgər Siz hamiləliyin 39-cu həftəsindəsinizsə və bu, Sizin ikinci hamiləliyinizdirsə, bilin ki, doğuşqabağı simptomlar ilk dəvə doğan qadınlarda doğuşdan xəbər verən əlamətlərlə çox oxşardır. Amma hamiləliyin 39-cu həftəsində ikinci doğuş əvvəlki kimi keçmir: körpə doğuş yollarından sürətlə keçdiyindən, körpənin doğulması prosesi qat-qat tez gedir. Sizin orqanizminiz ilk təcrübəsinə əsaslanaraq artıq «hər şeyi bilir». Öz bədəninizə etibar etsəniz, hər şey yaxşı olacaq!

Körpə özünü necə hiss edir?

Körpə artıq formalaşıb və böyüməkdə davam edir. Bu balaca, lakin müstəqil insanın çıkisi 3250 kq, bütövlükdə boyu 48–50 sm-dir. O, ana bətnində olarkən göbəkbağı və cift vasitəsi ilə bütün qida maddələrini qəbul edir, ağciyərləri isə artıq ilk nəfəsi almağa hazırdır. Bağırsaqlarda qidanın hərəkətinə cavabdeh olan tükcüklər formalaşıb, mədədə qidanın parçalanması üçün zəruri olan fermentlər yaranır. Körpənin tərpənməsi üçün yer çatışmır – o böyüyüb. Dərisi xoşagələn açıq-çəhrayı rəng alıb, deməli, dərialtı qat yaxşı inkişaf edib. Körpə yemək yeyərkən onun gözləri anasının üzündən 20–30 sm məsafədə fokuslaşır. Körpənin ziddiyyət və kəskinlik hissləri inkişaf edir, artıq həcmli və rəngli görmə qabiliyyəti, hərəkət və sayrışmalara reaksiya mövcuddur.

Göbəkbağının kəsilməsi qaydaları

Bütünlüklə hamiləlik dövründə göbəkbağı əhəmiyyətli rol oynayıb. Amma doğuşdan sonra da göbəkbağı ilə son dərəcə ehtiyatlı olmaq lazımdır. Hamiləliyin 39-cu həftəsində göbəkbağının körpənin boynuna dolanması ehtimalı böyükdür. Bunu nəzərə alan mama həkimləri körpəni son dərəcə ehtiyatla çıxarırlar, göbəkbağının nəbzvurmasının dayanmasını gözləyib, sonra kəsirlə və qabaqcadan iki yerdə sıxıb, spirtlə təmizləyirlər. Göbəkbağı kəsildikdən sonra onun qısa hissəsi quruyub düşür. Bu, doğuşdan təxminən 5-7 gün sonra baş verir. Bu, əlamətdar hadisədir – körpə gözəl göbəyə sahib olur. 39 hefte Uzi

Qarşılıqlı dəstək

İndi Sizə ən çox lazım olan doğmalarınızın, yaxınlarınızın, əzizlərinizin dəstəyidir. Bəzən bircə söz çoxsaylı dərmanları və bütöv bir təbib ordusunu əvəz edə bilər. Hamiləliyin 39-40-cı həftələrində körpəyə Sizin dəstəyiniz lazımdır! O, dünyaya gəlməyə çox tələsir, çox çalışır. Körpəyə kömək edin – onunla danışın, bildirin ki, hər şey yaxşı olacaq.

Görəcəksiniz: HƏR ŞEY YAXŞI OLACAQ!

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan