Bizə yazın

Hamiləliyin 38-ci həftəsi

09.06.2016

Hamileliyin 38ci heftesiDoğuş indi də, sabah da baş verə bilər. Əgər Siz qız gözləyirsinizsə, böyük ehtimalla, elə bu həftə ana olacaqsınız. Qızlar, adətən, dünyaya gəlməyə tələsirlər. Çalışın, uzun müddət tək qalmayasınız. Əgər yanınızda heç kim yoxdursa, həmişə telefonu yanınızda saxlayın. Hamiləliyin 38-ci həftəsində doğuş vaxtında və mükəmməl hesab olunur.

Ana özünü necə hiss edir?

İndi ciftin çəkisi 1–2 kq, diametrinin ölçüsü 20 sm-dir. Bu dövrdə Siz daha artıq narahatlıq hiss edə bilərsiniz: bu həftə gələcək ananı şişkinlik, pis yuxu, eləcə də yalançı sancılar müşayiət edə bilər.  Əgər yata bilmirsinizsə, yatmazdan əvvəl bir stəkan qaynar süd için və sol böyrünüz üstə yatmağa çalışın; ayaqlarınızın çox şişməməsi üçün uzun müddət oturmamağa və ayaq üstə qalmamağa çalışın, duzlu yeməklər yeməyin, ayaqlarınızı hündürlükdə saxlayın. Əgər Sizi sancılar narahat edirsə, amma Siz bu sancıların yalançı, yaxud həqiqi olduğunu bilmirsinizsə, sancı başlayan kimi otaqda gəzişin – yalançı sancılar hərəkət zamanı keçir. Döşləriniz ağırlaşır və təbii parçadan tikilmiş geyim tələb edir. İndi Siz möhkəm pambıq parçadan tikilmiş büsthalter geyinməlisiniz. Orqanizminiz doğuşa hazırlaşır, hormonal fon dəyişilir, çanaq sümükləri aralanır, qığırdaqlar və bağlar yumşalır. Çox güman ki, Siz artıq oğlan, və ya qız doğacağınızı bilirsiniz.

Qarın

Ananın qarnı maksimal ölçülərə çatır. Dəri dartılır və mütəmadi olaraq qaşınır. Bunun qarşısını almaq üçün hər gün dartılma əleyhinə yağlı krem, yaxud badam yağı sürtmək olar. Həmçinin, hamiləliyin 38-ci həftəsində bir çox qadınlarda qarnın aşağı hissəsində ağrı olur, göbək öz yuvasından çıxaraq «köpüyə» çevrilir. Bu zaman məyus olmağa dəyməz – doğuşdan sonra hər şey keçəcək və öz əvvəlki vəziyyətinə qayıdacaq.

İkinci hamiləlik

Əgər Sizdə hamiləliyin 38-ci həftəsidirsə və bu Sizin ikinci hamiləliyinizdirsə, doğuşun qəflətən baş verməsinə hazır olmalısınız. Bilmək lazımdır ki, ikinci və növbəti övladların dünyaya gəlməsi daha sürətlə və bir çox hallarda daha asan baş verir. Bununla belə, ağrı hissləri bəzən daha güclü olur. Beləliklə, ikinci hamiləliyin 38-ci həftəsində qadının bədəni artıq doğuşa hazır olur və «nə etmək lazım olduğunu» bilir. Öz hisslərinizə diqqət yetirin və doğuşun başlanmasına hazır olun!

Körpə özünü necə hiss edir?38 hefte Uzi

Körpənin çəkisi artıq 3,1 kq-a yaxındır, boyu 48 sm-dir. O, cift vasitəsi ilə qidalanır. Bu dövrdə oğlanlarda yumurtalar xayaya düşür. Hamiləliyin 38-ci həftəsində uşaqlıqda körpənin yeri daralır, buna görə də  körpənin təkanları azalır. Amma onun hərəkətləri daha nizamlı olur və o artıq uşaqlıq divarlarından kənarda yaşamağa hazır olur. Körpənin ürək döyüntüsünün norması dəqiqədə 120–160-dır, uşaq başını çanağa sıxmış olur. Dünyaya gəlməyə tam hazırdır. Hamiləliyin 38-39-cu həftələrində bəzən elə olur ki, körpə darısqallıqda hərəkət edə, çevrilə bilmir. Odur ki, o, yatmağa üstünlük verir. Amma ana mütəmadi olaraq müəyyən hərəkətləri hiss etməlidir. Körpəni də, özünüzü də dinləyin. Əgər körpədən uzun müddət hərəkət yoxdursa, həkimə müraciət edin, dərhal müayinədən keçin.

Facebook-da rəy bildir

Əlaqə üçün

Bakı şəhəri, Azərbaycan